İSTANBULUN YENİ BƏLƏDİYYƏ BAŞQANI İMAMOĞLU OLDU – Yıldırım rəqibini təbrik etdi

23 İyun 2019 - 21:04
369 oxunma

Bu gün İstanbulda keçirilən təkrar bələdiyyə seçkilərinin nəticələri açıqlanmağa başlayıb. Sandıqların 98 faizi artıq açılıb.  Səsvermənin ilkin nəıticələrinə görə, Əkrəm İmamoğlu seçiçilərin səsinin 53,9 faizini, Binəli Yıldırım isə 45, 2 faizini qazanıb. 

Binəli Yıldırım sandıqların tam açılmasını gözləmədən çıxış edərək, Əkrəm İmamoğlu qələbəsi münasibətilə təbrik edib.  

Beləlilklə, İstanbulun yeni bələdiyyə başqanı Əkrəm İmamoğlu oldu! 

***
Bu gün İstanbulda keçirilən təkrar bələdiyyə seçkilərində səsvermə başa çatıb. Bakı vaxtı ilə saat 9.00-da başlayan səsvermə saat 18.00-da yekunlaşıb. Qeyd edək ki, İstanbulda 31186 seçki dairəsi üzrə 10 milyon 560 min 963 nəfərin səsvermə hüququ olub.

İlkin məlumata görə, budəfəki seçkiyə rekord sayda seçici qatılıb. Saat 18.00-dan qutular açılaraq, səslərin sayılmasına başlanılıb.

Nəticələrin Bakı vaxtı ilə saat 20:30-dan etibarən  elan ediləcəyi gözlənilir.

Xatırladaq ki, seçkidə əsas rəqabət AKP-li Binəli Yıldırımla CHP-li Əkrəm İmamoğlu arasında gedir.

***

Bu gün İstanbulda təkrar bələdiyyə seçkisi keçirilir.APA-nın xəbərinə görə, İstanbul Böyük Şəhər Bələdiyyəsi sədrliyinə əsas namizədlər Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırımdır. Səsvermə yerli vaxtla saat 08.00-17.00 (Bakı vaxtı ilə 09.00-18.00) arasında olacaq. Saat 18.00-dan sonra nəticələrin açıqlanmasına başlanacaq.

Qeyd edək ki, martın 31-də Türkiyədə bələdiyyə seçkisi keçirilib. İstanbul Böyük Şəhər Bələdiyyəsi sədrliyi uğrunda ən çox səsi Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırım toplayıb. Ali Seçki Qurumu (YSK) Əkrəm İmamoğlunun 26 min səs fərqi ilə qalib gəldiyini açıqladıqdan sonra AKP seçkinin nəticələrinə etiraz edib və bir çox rayonda səslər yenidən sayılıb. Aprelin 17-də səslərin təkrar sayılması prosesi başa çatıb və səs fərqi 12 min nəfərədək düşüb.

AKP İstanbulda keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinin ləğvi və yenidən keçirilməsi tələbi ilə bağlı YSK-ya müraciət edib.

YSK aprelin 17-də İstanbul bələdiyyə sədri mandatını Əkrəm İmamoğluna təqdim edib, mayın 6-da isə İstanbulda seçkinin nəticələrinin ləğvinə qərar verib. Ə. İmamoğlunun mandatı geri alınıb.

YSK CHP və İYİ Partiyanın İstanbulda keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinin bütövlükdə ləğv olunması ilə bağlı şikayətini isə təmin etməyib.

Xatırladaq ki, paytaxt Ankara və ölkənin üçüncü ən böyük şəhəri olan İzmirdə CHP-nin namizədləri qalib gəlib. Mansur Yavaş Ankara, Mustafa Tunç Soyer İzmirin bələdiyyə sədrləri olub.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"