İsrailin siyasətini qanunsuz sayırıq – Moqerini

19 Noyabr 2019 - 09:49
41 oxunma

Avropa Birliyi İsrailin İordan çayının Qərb sahilində apardığı məskunlaşma siyasətini qeyri-qanuni saymağa davam edir.

Reportyor.info xəbər verir ki, bunu Avropa Birliyinin baş diplomatı Federika Moqerini deyib. O, Təl-Əvivin bu fəaliyyətinin Fələstin-İsrail konfliktinin həlli imkanlarını zədələdiyini bildirib. Moqerini Avropa Birliyinin bundan sonra da konfliktin iki dövlət prinsipi əsasında həllinə dəstəyini göstərməyə davam edəcəyini söyləyib.

Qeyd edək ki, bundan öncə ABŞ Dövlət katibi Mayk Pompeo Vaşinqtonun artıq İordan çayının qərb sahilində İsrail məskunlaşmasını beynəlxalq hüququn pozulması kimi dəyərləndirmədiyini bildirib.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"