Koronavirus infeksiyasından ölənlərin sayına görə İspaniya İranı keçərək, Çin və İtaliyadan sonra “qara siyahı”da üçüncü yerdə qərarlaşıb.
Reportyor.info xarici mətbuata istinadən xəbər verir ki, ötən 24 saat ərzində İspaniyada koronavirusdan ölənlərin sayı 767-dən 1002 nəfərə çatıb. Bu barədə İspaniyanın Fövqəladə Hallar Komissiyasının sədri Fernando Simon məlumat verib.
F.Somon hazırda İspaniyada 19 980 nəfərin koronavirus infeksiyasının daşıyıcısı olduğunu bildirib.