12-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

İsmayıllının başçısını bitirən töhmət: şok detallar – Foto/Video

23 Aprel 2020, 11:40
Araşdırma, Banner
A A

İsmayıllının gənc icra başçısı Nahid Bağırovun siftəsi korlandı. Yəqin özü də istəməzdi belə olsun. Ona aprelin 21-də elə bir “sürpriz” etdilər ki, çətin uzun müddət özünə gələ bilsin.
N.Bağırov nə korrupsiyada, nə vətəndaşa qarşı qanunsuzluqda ittiham edilərək cəzalandırıldı, sadəcə, xüsusi karantin rejimini pozubmuş.
Bu, gənc icra başçısının pandemiya dövrü ilə bağlı yaddaşından silinməz izlər buraxacaq. İndi başçı İsmayıllı camaatına çağırış edə bilməz ki, evdə qalın. Adama deyərlər, birinci özün nümunə ol!
Reportyor.info xəbər verir ki, sosial şəbəkələr N.Bağırovdan danışır. O, karantin rejimini pozmasına görə prezidentin tərəfindən töhmət alıb. Onun reputasiyasına ciddi bir zərbə oldu.
Məlumata görə, icra başçısı aprelin 18-də turizm sahəsi üzrə bir qrup sahibkarla İsmayıllının Qalacıq kәndindә yerləşən Qovğadar dağına sәyahәt edib.
Əsas mәqsәd dağda piyada turist marşrutu və onunla əlaqədar turizmin digər imkanlarını yerində dəyərləndirmək olub. Sadəcə, N.Bağırov karantin rejimi qaydalarına əməl etməyib.
Yeri gəlmişkən, ilk dəfədir ki, dövlət başçısı sərəncamla bir icra başçısına töhmət verir. Buna qədər hansısa məmur şəxsi işinə yazılmaqla töhmət almışdı. Amma onun elan edilməsi ilkdir.
Üstəlik, bu postda ilk təyinatı olan bir gənc kadrın belə cəzalandırılması ürəkağrıdıcıdır. N.Bağırov səriştəsiz və təcrübəsiz olduğunu göstərib.
Bu da İsmayıllı kimi həssas bir bölgə üçün ciddi hadisədir. 2013-cü ildə Ələkbərovları devirən bu yerin camaatına təyin olunan başçı gərək diqqətli, məsuliyyətli olsun, səhv buraxmasın…
Maraqlıdır ki, icra başçısına töhmət verməsi ilə bağlı sərəncam ismayilli-ih.gov.az saytına yerləşdirilməyib. Bu barədə vəkil Səməd Vəkilov məlumat verib:
“Prezidentin İsmayıllı İcra Hakimiyyətinin başçısı Nahid Bağırovla bağlı sərəncamı İsmayıllı Rayon İcra Hakimiyyətinin rəsmi saytına niyə qoyulmayıb?
İcra Hakimiyyətinin vəzifəli şəxsləri və sayta cavabdeh şəxslər bilmirlər ki, Prezidentin həmin rayona aid sərəncamı dərhal sayta qoyulmalıdır? Bu töhmət olsa belə”.
Reportyor.info xəbər verir ki, bundan sonra onun vəzifədə uzun müddət qalacağı gözlənilmir. N.Bağırov cəmi 40 gün idi ki, vəzifədəydi, töhmət aldı. Məsələ burasındadır ki, icra başçısı son addımı ilə məsuliyyətsizlik nümayiş etdirib.
İcra başçısı rayondakı karantin qaydalarına ciddi riayət etmək, bununla bağlı vətəndaşlara nümunə olmaq əvəzinə, qaydaları elə özü pozub.
Halbuki yerli icra orqanının rəhbəri başçılıq etdiyi rayonda istər qanun-qaydalara riayət, istərsə də digər hərəkətlərində sakinlərə nümunə olmalıdır. Özü də belə həssas dövrdə.
Məsələ burasındadır ki, dünya ölkələrini ağuşuna alan, bir sıra dövlətlərin gizli düşmən adlandırdıqları koronavirus pandemiyası şəraitində ölkəmizdə vəzifəsindən, cinsindən, siyasi mövqeyindən asılı olmayaraq hər bir vətəndaş karantin qaydalarına ciddi şəkildə riayət etməlidir.
Qeyd edək ki, prezident töhmət alan icra başçısını martın 6-da qəbul edəndə xəbərdarlıq etmişdi.
Sitat: “Qanun qarşısında hamı bərabərdir, heç kim toxunulmaz deyil, heç kimin heç bir xüsusi imtiyazları yoxdur, heç kimin keçmiş xidmətləri nəzərə alınmayacaq.
Hər kəs keçmiş xidmətlərə görə dövlətdən layiqli qiymət alıbdır. Bundan sonra əgər kimsə dövlət işində, xüsusilə icra başçısı vəzifəsində işləmək istəyirsə, bax, bu prinsiplər əsas olmalıdır” deyə, dövlət başçısı demişdi.

https://www.youtube.com/watch?v=UrzZnSuW7Wo&feature=emb_title

Əvvəlki yazı

İlqar Məmmədova bəraət verildi

Sonrakı yazı

Məşhurlar Afaq Bəşirqızının müdafiəsinə qalxdı – Siyahı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.