İsmayıllıdan reaksiya: Mirdaməd Sadıqov haqda iddialar səhv çıxdı

12 Oktyabr 2018 - 18:59
343 oxunma

Ötən gün İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqov barəsində adını anonim saxlayan yerli sakinlərdən biri elektron poçtumuza məlumatlar göndərmişdi.

Reportyor.info saytının əməkdaşı həmin informasiyaların səhihliyinə arxayın olmadan, dəqiqləşdirmədən və RİH mətbuat xidmətinin mövqeyini öyrənmədən işıqlandırıb.

Müxbirimizin ”KİV haqqında” qanunda nəzərdə tutulan prinsipləri pozaraq, qarşı tərəfin fikirlərini öyrənmədən məqaləni çap etməsindən sonra yazıdakı iddiaların yanlış, səhv olduğu aydınlaşıb.

Redaksiya tərəfindən aparılan araşdırma zamanı İsmayıllı RİH başçısı M.Sadıqovun haqqında səslənən ittihamların və anonsların doğru olmadığı üzə çıxıb, prezidentin Nazirlər Kabinetində keçirdiyi iclasdan sonra icra başçısının fəaliyyətinin nəzarətə götürüldüyü haqda iddiaların kökündən səhv olduğu bildirilib.

Hazırda İsmayıllıda sabitlik olduğu, RİH başçısı və nümayəndələri tərəfindən vətəndaşlarla mütəmadi olaraq hər həftə qəbullar keçirildiyi, kəndlərdə sakinlərlə görüşlər olduğu, vətəndaşları narahat edən məsələlərin həlli ilə bağlı icra başçısı M.Sadıqovun müvafiq qurumların rəhbərlərinə göstəriş verdiyi qeyd olunub. Rayonda abadlıq işləri getdiyi, sahibkarların fəaliyyətinə müdaxilələr olmadığı məlumat verilib.

Bir daha qeyd edirik ki, ötən gün saytımızda əməkdaşımızın dəqiqləşdirmədən yaydığı məlumatlar həqiqəti əks etdirmir.

Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491,
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"