10-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

İsmayıllı mədəniyyət şefi nazirə üç ayın pulunu “atıb” – Foto/Fakt

18 May 2020, 10:45
Araşdırma
A A
İsmayıllı mədəniyyət şefi nazirə üç ayın pulunu “atıb” – Foto/Fakt

Adamda gərək bəxt də ola…Düzünə qalsa, İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elnur Hüseynovun əməlli-başlı bəxti gətirib.
Reportyor.info xəbər verir ki, əgər Dövlət Təhlükəsizlik Xidməti Mədəniyyət Nazirliyində korrupsiya ilə mübarizə çərçivəsində əməliyyat keçirməsəydi, E.Hüseynov üç ayın “tas”ını ödəməyə məcbur olacaqdı.
DTX-ın keçirdiyi əməliyyat zamanı üzə çıxan maddi dəlillərdən biri də nazir müavini Rafiq Bayramova rüşvət verən mədəniyyət idarələrinin siyahısı idi.
Sən demə, İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi, hörmətli Elnur Hüseynov nazirliyə üç ayın pulunu borclu imiş.
Həmin siyahıdan görünür ki, E.Hüseynov hər ay nazir müavininə 1500 manat xərac verirmiş. Ancaq kasıblığın üzü qara olsun, idarə rəisi son üç ayda ödəniş edə bilməyib. Əlbəttə, biabırçılıqdır, o yekəlikdə nazir müavini regional mədəniyyət idarəsinin aylıq 1500 manatına qalıbmış.


Bu heç rüşvətxorluq da deyil, dilənçilikdir. Nazir Əbülfəs Qarayevin adını batıran bir hadisədir. Deyəsən, nazirlik korrupsiyanın nə olduğunu heç görməyib. Belə çıxır ki, onlar milyonluq talan, mənimsəmə nədir bilmirlər, E.Hüseynovun 1500 manatının ümidinə qalıblarmış…
İndi bu həbslərə sevinənlərdən biri də yəqin ki, İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi olar. E.Hüseynov ödəməli olduğu 4500  manatlıq borcdan azad oldu.
O, 2017-ci ildən idarənin rəisidir. Bu üç il ərzində nazirliyi yemləməklə məşğul olub. Bəs, bu pulu haradan əldə edirmiş, maraqlıdır.
Hər halda musiqi məktəblərindən, kitabxanalardan, kənd klublarından qəpik-qəpik yığaraq aylıq “hesab”ı çatdırırmış.
Bu hadisələrdən sonra nazirliyin E.Hüseynovdan yerdə qalan borcu istəyəcəyi inandırıcı görünmür.
Amma rüşvət verənlər siyahısında adı keçdiyi üçün İsmayıllı mədəniyyət şefinin də istintaqa dəvət olunaraq dindirilməsi gözləniləndir. Nə olar, borclu borclunun sağlığını istər…
Qeyd edək ki, İsmayıllı Regional Mədəniyyət idarəsini rəisi Elnur Hüseynov, məsləhətçisi Şamo Nuğayev və rəis müavini Azər Abbasovun idarənin işçilərdən rüşvət alması, sıxışdırması barədə mətbuatda getmiş yazılara rast gəldik.
Bildirilir ki, idarənin rəisi Elnur Hüseynovun özü və onun təyinatında böyük rolu olan Mədəniyyət nazirliyinin Aparat rəhbərinin müavini Namiq Qulamova İsmayıllının Talıstan kəndində villa tikdirib.


Həmin villanın tikilməsi üçün lazım olan pullar isə əsasən İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeçiliyində olan 5 rayonun (İsmayıllı, Ağsu, Şamaxı, Qəbələ, Qobustan) mədəniyyət müəssisələrindən qeyri-qanuni şəkildə mənimsənilib.
Bu barədə hətta Qobustan rayon Təklə kənd musiqi məktəbində təsərrüfat işlərinə cavabdeh olan Fəyaz İmamverdiyev mədəniyyət naziri Əbülfəz Qarayevə ünvanladığı şikayət ərizəsində bildirmişdi.
Görəsən, kimdən kimə şikayət edib? Bir mahnıda deyildiyi kimi, Sənə yar, səndən yar, şikayətim var”

REPORTYOR.info

Əvvəlki yazı

Bakı polisi əməliyyat keçirdi: “Azərpoçt”un xanım əməkdaşları tutuldu

Sonrakı yazı

Sahibə Qafarova daha bir köməkçisini işdən çıxardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.