“İşıq gələn yerə barmaq tıxamaq lazım deyil ki, millət acından ölsün” –Sumqayıtda etiraz + VİDEO

12 Mart 2019 - 21:06
602 oxunma

Sumqayıtda taksi sürücüləri etiraz ediblər.

“Yeni Sabah” xəbər verir ki, sosial şəbəkədə yayılan videoda taksi sürücüləri işsizliyə görə etirazlarını bildiriblər.

Sürücülərdən biri ali təhsilli olduğunu, taksi sürücülərinə yuxarıdan aşağı baxıldığını vurğulayıb:

“Ali təhsilli adamam. 2001-ci ildə “Təfəkkür” liseyini, 2005-ci ildə isə Texniki Universiteti bitirmişəm. Dəfələrlə dövlət səviyyəli olimpiadalarda iştirak etmişəm. Söz veriblər, bağ belə, bostan belə, hər şey yaxşı olacaq. Heç bir xeyri də yoxdur. Savadım var, 5 dil bilirəm, amma bu gün taksi sürücüsü işləyirəm.

İnsaf da dinin yarısıdır. Sürücülərə  yuxarıdan aşağı baxırlar. Triqonometriyadan sual versəm, sudurğa keçirəcək, amma mənlə elə danışır ki…

İnsan çəkisinə görə danışmalıdır. Bir az münasib etmək lazımdır ki, hamı dolansın.

İşıq gələn yerə barmaq tıxamaq lazım deyil ki, millət acından ölsün. Bu, düzgün deyil, vətəndaşı qorumaq lazımdır”.

 

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"