İŞİD öldürülmüş rusiyalı hərbçilərin görüntüsünü yaydı –Moskva münasibət bildirməyib

8 Aprel 2019 - 10:39
97 oxunma

İŞİD terrorçu qruplaşması ilə əlaqəli “Amaq” informasiya agentliyi rusiyalı hərbçilərə aid olduğu iddia olunan iki meyitin görüntüsünü yayıb.

Reportyor.info  teleqraf.com-a istinadən bildirir ki, videoçarx internetdə ekstremistlərin dərc etdiyi materialları izləyən “SITE Intelligence Group” təşkilatının diqqətini çəkib. Yaraqlılar yük maşınının kuzovuna yüklənmiş meyitlər arasında rusiyalı hərbçilərdən başqa əsir düşmüş yaralı suriyalı hərbçinin də olduğunu bildirir. Onların Homs əyalətində baş verən toqquşma zamanı həlak olduğu iddia olunur.

Müdafiə Nazirliyi yayılmış videoçarxa hələlik münasibət bildirməyib. Martın 25-də Rusiya Müdafiə Nazirliyi Suriyada üç hərbçinin öldüyü barədə məlumat yaymışdı. Məlumata görə, onlar fevralın sonunda Deyr-əz-Zorun yaşayış məntəqələrindən birinə humanitar yardım çatdıran zaman mühasirəyə düşüb.

Moskva rusiyalıların döyüşdüyünü və itkin düşdüyünü açıqlasa da, sonradan onların öldüyünü təsdiqləmişdi. Müdafiə Nazirliyi rusiyalı hərbçilərin öldürülməsində əli olan terrorçuların məhv edildiyini açıqlamışdı.

 

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"