İŞİD liderinin arvadı da həbs edilib – Ərdoğan açıqladı

6 Noyabr 2019 - 16:34
59 oxunma

İŞİD terror təşkilatının öldürülmüş lideri Əbubəkr əl-Bağdadinin həyat yoldaşı həbs edilib.

Reportyor.info bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Biz də İŞİD liderinin həyat yoldaşını həbs etmişik. Bu gün bunu ilk dəfə açıqlayıram”, – deyə Türkiyə Prezidenti vurğulayıb.

Ərdoğan xatırladıb ki, Əbubəkr əl-Bağdadinin bacısı da həbs olunub.

Xatırladaq ki, oktyabrın 27-də ABŞ Prezidenti Donald Tramp İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadinin ABŞ hərbçilərinin Suriyanın İdlib vilayətində keçirdiyi əməliyyat zamanı öldürüldüyünü bəyan edib.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"