İrqçiliyə görə “İdman Azərbaycan”dan uzaqlaşdırıldı

18 Avqust 2019 - 14:36
155 oxunma

 

İngiltərə Premyer Liqasının ilk turunda keçirilən və “İdman Azərbaycan” telekanalı vasitəsilə canlı yayımlanan “Mançester Yunayted” – “Çelsi” matçı zamanı irqçiliyə yol varən şərhçi İsmayıl Abdullayev bir ay müddətinə efirdən uzaqlaşdırılıb.

Unikal.org xəbər verir ki, bu barədə Abdullayevin özü İnstaqram hesabında paylaşım edib:

“Gözünüz aydın! Bir ay müddətinə şərhlərdə olmayacam. Bilmirəm, qayıdacam, yoxsa yox”.

Qeyd edək ki, həmin oyun zamanı şərhçilər Tərlan Şahinoğlu ilə İsmayıl Abdullayev arasında dialoq yaşanıb. Şahinoğlu “Çelsi”nin qaradərili futbolçusu N’Golo Kanteni nəzərdə tutaraq, “Kante geriyə qayıtdı, özünü oda atdı, amma yanmadı” deyib. İsmayıl Abdullayev isə cavabında “Yansaydı da, rəngində bir fərq olmayacaqdı” söyləyib.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"