İrandan Azərbaycana külli miqdarda narkotik keçirməyə cəhd göstərilib- Tutulanlar var

13 Aprel 2019 - 11:54
127 oxunma

Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində həyata keçirilmiş əməliyyat-axtarış və qoşun tədbirləri nəticəsində ölkə ərazisinə narkotik vasitələrin qeyri-qanuni gətirilməsinin qarşısı alıb.

DSX-nin Mətbuat Mərkəzindən “Report”a verilən məlumata görə, aprelin 11-i saat 01:25-də Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xid­məti ərazisində İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsi yaxın­lı­ğındakı sərhəd zastavasının xidməti sahəsində dövlət sərhə­din­dən qaçaq yolla İran İslam Respublikasından Azərbaycana narkotik vasitələri keçirmək istəyən və əraziyə “Mersedes-Benz” mar­kalı avtomobillə gələn 3 nəfər Azərbaycan və­tən­daşı 1978-ci il təvəllüdlü Şirinov Ramil İmamverdi oğlu, 1970-ci il təvəllüdlü Eyvazov İntiqam Eldar oğlu və 1974-cü il təvəllüdlü Abdullayev Qurban Cəmil oğlu şübhəli şəxs qismində saxlanıl­ıblar.

Saxlanılan şəxslərə və nəqliyyat vasitəsinə baxış keçirilərkən ümumi çə­kisi 6 kq 330 qr olan qurudulmuş marixuana və 55 ədəd toxum narkotik vasitə aşkar olunaraq götürülüb.

Qeyd olunan fakt üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir, saxlanılan şəxslər barəsində cinayət işi başlanıl­ıb.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"