İranın Kürdistan vilayətindəki Sakkez şəhərində toy mərasimində qaz balonu partlayıb.
Reportyor.info xəbər verir ki, bu məlumatı “Mehr” agentliyi yayıb. Məlumata görə, partlayış nəticəsində 5-i uşaq olmaqla 11 nəfər həlak olub.
Partlayış həmçinin 34 nəfərin yaralanmasına səbəb olub.