İranın ABŞ hərbi obyektlərinə aviazərbələrindən sonra Donald Trampın açıqlaması Yaxın Şərqdə gərginliyin azaldılması istiqamətindədir.
Bu sözləri Polşa Baş naziri Mateuş Moraveçki deyib.
“Bu konfliktdə iştirak edən ölkə liderlərinin sözlərini şərh etmək olduqca çətindir. Lakin anladığım qədəri ilə bu siqnallarda gərginliyin azaldılması səyləri var. Bu, çox vacibdir”, – deyə baş nazir bildirib.
Qeyd edək ki, İran İraqda ABŞ-ın hərbi obyektlərinə raket zərbələri endirib.
Tramp bununla bağlı açıqlamasında isə bu hücumlarda heç bir amerikalı əsgərin ölmədiyini, zərərin az olduğunu bildirib və İranı sanksiyalarla hədələyib.