• Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Reportyor
Cümə axşamı, 25 Fevral 2021
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor
Nəticə yoxdur
Bütün nəticələrə bax
Əsas səhifə Manşet

İRAN TARİXİNİN İKİNCİ RZA XANI KİM OLACAQ? –Amerikalı analitik inqilab keşikçilərinin separatizm və iğtişaşları yatırtmaq gücünü şübhəyə alır

2018-12-17
in Manşet
0
İRAN TARİXİNİN İKİNCİ RZA XANI KİM OLACAQ? –Amerikalı analitik inqilab keşikçilərinin separatizm və iğtişaşları yatırtmaq gücünü şübhəyə alır
0
Paylaşılıb
8
Oxunub
Facebook-da paylaş"Twitter"-də paylaş

Maykl Rubin

Bənzər Yazılar

Azərbaycanda yoluxma kəskin azaldı, sağalanlar yoluxanları üstələdi

Prezident Böyükşor və Zığ gölləri ilə bağlı yeni fərman imzaladı

İlham Əliyev şəhid ailələri və müharibə əlilləri ilə görüşdü

“National Interest”

 

İranın şimal-qərbində isti bir səhər idi, baxmayaraq ki, qar dağların döşünü örtmüşdü. Mülki iğtişaşlar illərdir bölgədə davam edirdi. Mahabad şəhər meydanında qələbəlik toplaşmışdı. Uzun müddət gözləməli olmadılar. İraq Kürdüstan Demokratik Partiyasının qurucusu Qazi Məhəmməd tribunaya çıxdı və kürdlərin öz müqəddəratını təyin etmək haqqının olduğuna dair on beş dəqiqəlik nitq söylədi.

O, nitqini bitirəndə 300 tərəfdarı hadisəni qeyd etmək üçün havaya atəş açdı. Həmin gün İranın mərkəzi hökumətinin kölgəsi belə görünmürdü. Onun problemləri başından aşırdı və ordu fərari yığnağı idi. Hər halda, İran rəhbərliyi Tehranda təhlükəsizlik və sabitliyin qorunması, xarici qüvvələrdən müdafiəni əyalət ərazisində iqtidarını bərpa etməkdən üstün tuturdu.

Əlbəttə, xatırlanan hadisə ordunun regiona nəzarəti bərpa edə bilmədiyi, təxminən bir il davam edən Mahabad Respublikasına (22 yanvar 1946-cı il) aiddir. Ancaq İranın yaxın tarixində bu, XX əsrdə tez-tez təkrarlanan bir hekayətdir. Belə separat partlayışlar və üsyanlar Ali Lider Əli Xamnəinin ölümündən sonra da baş verə biləcək ssenaridir.

 

İğtişaş tarixi

Ancaq bir daha tarixə boylanaq: 20-ci əsrin ilk çərəyində Yaxın Şərqdə ingilis alimi və ingilis qəzetlərinin müstəqil müxbiri olan Edvard Qranil Braun İran monarxiyasına qarşı qiyamların xronikasını qeyd edib. Bir epizodda İranın ikinci ən böyük şəhəri olan Təbriz inqilabi hərəkatın episentri olub. Tehranda iqamət edən şah şəhərə nəzarəti itirib və onu tabe etdirmək istəyi uğursuzluğa düçar olub.

Daha sonra, 1920-ci ildə, İranda korrupsiya, diktatorluq və zorakılıq ucbatından doğan beş il ardıcıl qiyamdan sonra, məsələn, Mirzə Kuçek xan Xəzər dənizinin sahil zolağında Gilan Sovet Respublikasını elan edib.

Dörd il sonra – Qacar sülaləsinin süqutundan bir il əvvəl – mərkəzi hökumətin ayrı-seçkilik siyasəti nəticəsində əsasən ərəb əyaləti olan Xuzistanda qiyam baş verib. Bu gün Xürrəmşəhr kimi tanınan Mühəmmərdə Şeyx Xəzəl İran monarxiyasına qarşı çıxıb. Onun üsyanı iki ay davam edib. Xəzəlin nəvəsi bu gün Birləşmiş Ərəb Əmirliklərində yaşayır, babasının hədəfləri və irsinə sadiq qalır.

İkinci Dünya müharibəsi və onun nəticəsi olan xaos fonunda yalnız kürdlər baş qaldırmayıb, İran azərbaycanlıları da (kürdlər kimi, onlar da sovet dəstəyi alıblar) bu sırada olublar.

İslam inqilabı dövründə kürdlər yenə mərkəzi hökumətə qarşı çıxıb; bu üsyan qəddarcasına yatırılıb.

İranın cənub-şərqi Bəlucistan bölgəsi də onilliklər boyu qiyamlardan başqa, Əfqanıstanda narkotik ticarətinin geniş yayılması ucbatından cinayətkarlıq sahəsidir. İslam Respublikasında bəluclar yalnız etnik mənsubiyyəti ilə deyil, eyni zamanda, sünni məzhəbi ilə şiə dövlətində ayrı-seçkiliyin məruz qalır. Bəluçistanda da müstəqillik oyunları gedir.

 

İranın sərhəd təhlükəsizliyi

İranın keçmişi sadəcə proloqdur. Dövlət zəif olduqda və ya hökumətlər dağıldıqda əyalətdəki azlıqlar üsyan edir.

Təhlükəsizlik qüvvələrinin nəzarəti itirməyə başlamasına dair geniş əlamətlər var. Təxminən bir il əvvəl başlamış iqtisadi etirazlar aralıqsız davam edir, lakin son aylarda terrorçuların və üsyançılar İranda getdikcə daha cəsarətli olurlar.

Neftlə zəngin Xuzistan əyalətinin ən böyük və İranın səkkizinci böyük şəhərini – Əhvazı xatırlayın. 22 sentyabr 2018-ci ildə silahlılar hərbi parada hücum edərək, 25 nəfəri öldürüblər (2010-cu ildə cənub şəhəri Çabaharda ən azı otuzdan çox adam öldürülmüşdü). İran hakimiyyətləri bunu 40 terrorçunun ayağına yazdı və onlardan 22-ni edam etdi.

Təxminən bir ay sonra İranın təhlükəsizlik qüvvələri İran-Pakistan sərhədinin qapısı olan Mircave postunda daha bir dağıdıcı hücuma məruz qalıb. Həmin hücumda üsyançılar və ya terrorçular bir neçə İran hərbiçisini əsir alaraq qaçırıb. 22 noyabr 2018-ci ildə Pakistan qüvvələri girovların beşini geri qaytarıb, digərlərinin taleyi məlum deyil.

Mircave postuna edilən hücum göstərir ki, İran əyalətlərində təhlükəsizlik zəifləməyə başlayıb.

Eyni zamanda, İran Kürdüstanı davam edən iğtişaşlar yeridir. Bu yay 10 inqilab keşikçisi hücuma məruz qalıb. Bölgədə qarşıdurmalar tez-tez baş verir və yalnız rejimin təzyiqi bölgəni açıq üsyandan saxlayır.

Hökumətin bu cür hadisələr barədə məlumat vermək məcburiyyəti problemi aradan qaldırıla bilməməsinə daha bir sübutdur.

Demoqrafiya və etnik müxtəliflikdən faydalanaraq bəzi İran siyasətçiləri tez-tez separatçı hərəkatlarla “etnik kart” kimi oynayırlar. Bu, böyük səhvdir. İranın vahid millət anlayışı etnik mənsubiyyət və dövlət anlayışından qabaqdadır. Əvvəllər əcnəbilər etnik iğtişaşlar yaratmağa çalışıb, amma bu, yalnız iranlıların bir bayraq ətrafında birləşməsinə səbəb olub.

İraq prezidenti Səddam Hüseynin 1980-ci illərdə İranı işğal etməsi əslində, İslam İnqilabını xilas edib. Xoşbəxtlikdən – və İranın təbliğatına əksinə olaraq – nə ABŞ, nə də başqa bir qüvvə post-inqilab dövründə İranda separatçı hərəkatlara dəstək verib.

 

Xamnəidən sonrakı dövrdə təhlükəsizlik problemləri

İranın Ali Lideri Əli Xamnəidən sonra yaranacaq vakuum, eyni zamanda, bir sıra yerli üsyanları nəzərdə tutur. İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) kağız üzərində güclü qüvvə olsa da, rejimin rəhbərliyi boş qaldıqda və baş komandir olmadıqda, Xuzistan, Kürdistan və digər ölkələrdə eyni vaxtda yerli əhali qiyam edə bilər. Ancaq aydın deyil ki, İİKK bu halda nə qədər təsirli ola bilər.

ABŞ kəşfiyyat cəmiyyətinin İİKK ilə əlaqəli iki böyük kor baxışı var.

Birincisi, fraksiyalı bölmələrdir. Hamı etiraf edir ki, İİKK yekcins deyil, bəzi insanlar onun vasitəsilə yalnız imtiyazlarını qoruyur. Təşkilat içində kim və nə qədər sayda adam ideologiya sahibidir, – bilinmir.

İkincisi, fərdlər məsələsidir. 2007-ci ildə İİKK-nin hazırkı rəhbəri Məhəmməd Əli Cəfəri hər vilayətdə korpusun bir (və Tehranda iki) bölməsini yaratmaqla, nizamın qorunmasını yenidən təşkil edib. Bununla belə, hər bir vilayətdə İİKK-yə rəhbərlik edən şəxsin həmin vilayəti təmsil edib-etməməsi məlum deyil. Yəni hərbi qulluqçular ailə, dostlar və ya sinif yoldaşlarını ehtiva edən kütləyə atəşə açma əmri verilərkən, ideoloji sadiqliyini qoruya biləcəkmi? Onlar rejimi inqilabçı ideologiya əsasında qoruyacaq, yoxsa evlərinə dağılışacaqlar?

Kürd, bəluc və bəlkə də ərəb üsyanları baş verərsə, İİKK əsasən İranın əsas şəhərləri – Tehran, Məşhəd, İsfahan və Təbriz, eləcə də İranın neft infrastrukturunun mühafizəsini tam təmin edəcək. Vakuumu dolduracaq iğtişaşçıların bəziləri müstəqillik elan edə bilər; başqaları, federalizmin müzakirələrinə başlayacaq.

1920 və 1940-cı illərin ortalarında və İslam inqilabı dövründə İran rejimi aylar və bəzi hallarda illər ərzində əyalətlərdə nizamı bərpa edib. Bəzən nizam-intizam yaratmaq üçün məhdudiyyət tanımayan zabitlərə ehtiyac yaranıb. Misal üçün, 1925-ci ildə üsyanları yatıran Rza xan əvvəlcə milli qəhrəmana, sonra şaha çevrilib.

İran ordusu və ya İİKK-də belə bir lider yetişəcəkmi? Tehranın, regionun və dünyanın  parçalanmaya münasibəti necə olacaq?

Əgər tarix bələdçidirsə, dünya intizarda çox qalmayacaq.

Tərcümə: Strateq.az

PaylaşTweetYollaYollaPaylaşQR oxut
Bizim Video
Əvvəlki yazı

“Qərbdəkilər gəlib, Azərbaycan polisindən nümunə götürsün” – Siyavuş Novruzov

Sonrakı yazı

Bu il Azərbaycanda evlənən cütlüklərin sayı 50 mini keçib –12 min adam boşanıb

Sonrakı yazı
Bu il Azərbaycanda evlənən cütlüklərin sayı 50 mini keçib –12 min adam boşanıb

Bu il Azərbaycanda evlənən cütlüklərin sayı 50 mini keçib –12 min adam boşanıb

Sahil Babayev jurnalistləri Şaxta Baba ümidinə qoyub: nazirliyin pul verməyə əli gəlmir

Sahil Babayev jurnalistləri Şaxta Baba ümidinə qoyub: nazirliyin pul verməyə əli gəlmir

“İKİ VİRAN QOYULMUŞ XƏSTƏXANA” – “Ələbaxan həkimlər və tibb bacıları…”

“İKİ VİRAN QOYULMUŞ XƏSTƏXANA” – “Ələbaxan həkimlər və tibb bacıları…”

Discussion about this post

Bizə Qoşulun

  • 21.1k Üzvs
  • 11.9k Abunəs
  • 1.2k Abunəs

Son Xəbərlər

Azərbaycanda yoluxma kəskin azaldı, sağalanlar yoluxanları üstələdi

Azərbaycanda yoluxma kəskin azaldı, sağalanlar yoluxanları üstələdi

2021-02-25
Prezident Böyükşor və Zığ gölləri ilə bağlı yeni fərman imzaladı

Prezident Böyükşor və Zığ gölləri ilə bağlı yeni fərman imzaladı

2021-02-25
İrəvan qarışdı: Qırıcılar havaya qaldırıldı – Video

İrəvan qarışdı: Qırıcılar havaya qaldırıldı – Video

2021-02-25
Cəbrayılda mülki şəxs minaya düşdü

Cəbrayılda mülki şəxs minaya düşdü

2021-02-25
Beş ilə 11 mindən çox şəhid ailəsi və müharibə əlili evlə təmin ediləcək

Beş ilə 11 mindən çox şəhid ailəsi və müharibə əlili evlə təmin ediləcək

2021-02-25
Türkiyəli həkimlər 3 günə 150-dən çox qazini müayinə ediblər

Türkiyəli həkimlər 3 günə 150-dən çox qazini müayinə ediblər

2021-02-25
Ledi Qaqa yeni görünüşdə – Fotolar

Ledi Qaqa yeni görünüşdə – Fotolar

2021-02-25
MMP Xocalı soyqırımı ilə bağlı BƏYANAT YAYDI

MMP Xocalı soyqırımı ilə bağlı BƏYANAT YAYDI

2021-02-25
Paşinyan: “Çevrilişin qarşısı alındı”

Paşinyan: “Çevrilişin qarşısı alındı”

2021-02-25
İlham Əliyev şəhid ailələri və müharibə əlilləri ilə görüşdü

İlham Əliyev şəhid ailələri və müharibə əlilləri ilə görüşdü

2021-02-25
“Tökdüyümüz qan kifayətdir” – Arayik

“Tökdüyümüz qan kifayətdir” – Arayik

2021-02-25
Kremldən Paşinyana reaksiya – “İsgəndər” qalmaqalı…

Kremldən Paşinyana reaksiya – “İsgəndər” qalmaqalı…

2021-02-25
“Vaxt itirmədən Laçın dəhlizini götürməliyik” – İrəvanda gərginlik

“Vaxt itirmədən Laçın dəhlizini götürməliyik” – İrəvanda gərginlik

2021-02-25
İşsizlik statistikası saxtalaşdırılır – Alim

İşsizlik statistikası saxtalaşdırılır – Alim

2021-02-25
Bərdədəki həbslərlə bağlı rəsmi açıqlama

Bərdədəki həbslərlə bağlı rəsmi açıqlama

2021-02-25
“Azərişıq” baş həkimə 2 milyonluq tender verdi

“Azərişıq” baş həkimə 2 milyonluq tender verdi

2021-02-25
Eldar Əzizovun qul əməyi: küçələri belə təmizlədir – Foto

Eldar Əzizovun qul əməyi: küçələri belə təmizlədir – Foto

2021-02-25
Paşinyan Baş Qərargahın bəyanatını hərbi çevrilişə cəhd adlandırdı

Paşinyan Baş Qərargahın bəyanatını hərbi çevrilişə cəhd adlandırdı

2021-02-25
Qalmaqal: Harutyunyan Xankəndi ermənilərinə əxlaqsız dedi

Qalmaqal: Harutyunyan Xankəndi ermənilərinə əxlaqsız dedi

2021-02-25
Dünyada COVID-19-dan ölənlərin sayı 2.5 milyonu ötdü

Dünyada COVID-19-dan ölənlərin sayı 2.5 milyonu ötdü

2021-02-25

Seçmə

  • Bütün
  • SEÇMƏ
Prezident Böyükşor və Zığ gölləri ilə bağlı yeni fərman imzaladı
Manşet

Prezident Böyükşor və Zığ gölləri ilə bağlı yeni fərman imzaladı

2021-02-25
Cəbrayılda mülki şəxs minaya düşdü
SEÇMƏ

Cəbrayılda mülki şəxs minaya düşdü

2021-02-25
“Azərişıq” baş həkimə 2 milyonluq tender verdi
SEÇMƏ

“Azərişıq” baş həkimə 2 milyonluq tender verdi

2021-02-25
DYP yolların buz bağlaması ilə bağlı sürücülərə müraciət etdi
Rəsmi

DYP yolların buz bağlaması ilə bağlı sürücülərə müraciət etdi

2021-02-25
Abşeron icra başçısının bacısı oğlu həbs edildi
Kriminal

Abşeron icra başçısının bacısı oğlu həbs edildi

2021-02-24
Elton Məmmədovdan Ramiz Mehdiyevə ittihamlara reaksiya – Video
SEÇMƏ

Elton Məmmədovdan Ramiz Mehdiyevə ittihamlara reaksiya – Video

2021-02-23
Reportyor

Baş redaktor: Arifə Əliyeva Vahid qızı
Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon - (99477) 399-55-66

Votsap - (99455) 3490491

Email - reportyor.info@gmail.com

Follow Us

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • Idman
  • Köşə
  • Kriminal
  • Manşet
  • Rəsmi
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Təhsil
  • Uncategorized
  • Əyalət

Son əlavələr

Azərbaycanda yoluxma kəskin azaldı, sağalanlar yoluxanları üstələdi

Azərbaycanda yoluxma kəskin azaldı, sağalanlar yoluxanları üstələdi

2021-02-25
Prezident Böyükşor və Zığ gölləri ilə bağlı yeni fərman imzaladı

Prezident Böyükşor və Zığ gölləri ilə bağlı yeni fərman imzaladı

2021-02-25
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2020 Qurdqanli Design.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou

© 2020 Qurdqanli Design.