19-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

İran sanksiyaları: Azərbaycan və Türkiyə seçim qarşısında

07 Noyabr 2018, 13:17
Gündəm, Uncategorized, Manşet
A A
İran sanksiyaları: Azərbaycan və Türkiyə seçim qarşısında

Analitiklərin fikrincə, Amerikanın İrana qarşı yeni sanksiyaları Cənubi Qafqaz və Yaxın Şərq bölgəsində kəskin siyasi manevrlərə yer qoymur və Azərbaycan və Türkiyənin bu müstəvidə necə davranacağı siyasi ekspertlərin diqqət mərkəzindədir. Bu yöndə “Yaxın Şərq-Qafqaz” araşdırmalar mərkəzinin (Rusiya) rəhbəri, vaxtilə Azərbaycan Dövlət Universiteti tarix fakültəsinin məzunu olmuş Stanislav Tarasovun analizini Strateq.az-ın oxucularına təqdim edirik.

 

Noyabrın 5-dən Amerikanın İrana qarşı yeni sanksdiyaları qüvvəyə minib. Bu, birinci növbədə neft hasilatı və bank sahələrinə və Tehranla kommersiya işləri aparan üçüncü ölkələrə aiddir. Amma bununla yanaşı hər şeydən qabaq Cənubi Qafqaz – Yaxın Şərq qovuşuğunda kəskin toqquşma yaradılır. ABŞ dövlət katibi Mayk Pompeo bildirib ki, Vaşinqton İran neftini idxal edən səkkiz ölkə üçün sanksiyalardan istisna edib. Amma onun sözlərinə görə, söhbət “ötəri istisna”dan gedir və “yalnız bu əsasda ki, оnlar İrandan xam neft idxalını mühüm şəkildə azaltmağı sərgiləycək”.

Biz bundan başlayaq ki, Amerika maliyyə nazirliyinin bildirişində məlumat verildiyi kimi, Vaşinqton qazın “Şahdəniz” yatağından Türkiyədən keçərək Avropaya tədarük  ediləcəyi Azərbaycan boru kəmərini sanksiya rejimindən çıxarıb. Əsaslandırma: o, Türkiyənin və Avropa ölkələrinin təhlükəsizliyini və Rusiya və İrandan energetik müstəqilliyini təmin edir. Və Avropa Birliyinin ABŞ sanksiyalarının yayılmayacağı ölkələr sırasına daxil olmadığı bir vaxtda. Əvəzində Türkiyəyə İran neftini almaq icazəsi verilib, amma Ankaranın həcmi tədricən azaldacağı şərtilə. Başqa bir şey təəccüblüdür. Pompeo bu fonda radioaparıcı Toni Katsla söhbətdə Türkiyəyə, az qala, ultimatum verib. Dövlət katibi bildirib: “Vaşinqton ümidini ifadə edir ki, Ankara NATO-nun müttəfiqi kimi qalmaq naminə seçim edəcək” və “alyansdan çıxmaq üçün kurs götürməyəcək”. Pompeo habelə qeyd edib ki, “Vaşinqton ümid edir ki, Türkiyə də, prezident Rəcəb Tayib Ərdoğan da yekunda nəticə çıxaracaq ki, İrandansa ABŞ daha üstün tərəfdaşdır, buna görə də ölkə məhz Ştatlar, NATO və Avropa ölkələrilə daha sıx işbirliyinə tərəfdar olmalıdır”.

Paradoks tam bundadır ki, Almaniya, Fransa və Böyük Britaniya XİN başçıları, habelə AB-nin diplomatik təmsilçisi “ABŞ prezidenti Donald Trampın noyabrın 5-dən İranı yenidən sanksiyalara məruz qoyduğu haqda təəssüf”ifadə olunduğu və “Tehranla əməkdaşlığı, habelə Birgə Əhatəli Fəaliyyət Planı (BƏFP) çərçivəsində maliyyə əməliyyatları və neft-qaz ticarətini saxlamaq niyyətində olduqları” təsdiqlənən birgə bəyanat imzalayıb. Ola bilsin, Pompeo əmindir ki, Vaşinqton hadisələrin gedişatında Brüsselin müqavimətini qırmağa nail olunacaq? Azərbaycan milli təhlükəsizlik nazirinin keçmiş birinci müavini Sülhəddin Əkbər bu qəliz durumu şərh edərək sıradakını deyir: “Tehrana münasibətdə sanksiya rejiminin sərtləşdirilməsi başlıca olaraq qonşu ölkələrdə ciddi əks olunacaq. Azərbaycan və İrana qonşu başqa ölkələr Tehranla Vaşinqtonun “arasında” qala bilər. Barəsində sanksiyaların sərtləşdirildiyi və Cənubi Qafqaz bölgəsi, Xəzər və hətta İranın özündə özəl maraqları olan Rusiyanı hələ demirəm”.

Onun sözlərinə görə, “Ermənistanla müqayisədə Azərbaycan İran üçün mühüm strateji önəmə malikdir. Unutmağına dəyməz ki, İran əhalisinin 43%-i etnik azərbaycanlılar təşkil edir. Azərbaycanlılar İran elitasında – siyasi, hərbi, mədəni – görkəmli yer tuturlar”. Amma eyni zamanda: “Sanksiyalar noyabrın 5-dən qüvvəyə minir, bölgədə Bakının da maraqlarında bu və ya başqa cür ifadə oluna biləcək tamamilə başqa vəziyyət yarana bilər. Amerikalılar bir məsələdə Azərbaycana güzəştə gediblər. Mənə elə gəlir ki, Azərbaycan İrana qoyulan sanksiya rejiminə bütünlükdə tərəfdar olacaq, əks halda amerikalılar bizi cəzalandırmaq qərarına gələcəklər”. Yəni Bakı Amerikanın Tehrana qarşı sanksiyalarını dəstəkləməyən Avropa və Rusiyadan aralana bilər. Vaşinqton bununla yanaşı Azərbaycana münasibətdə “energetik kökə” fəndini işlədir. Lakin ABŞ “türk qambiti”ni uğurla oynamağa, Suriya istiqamətindəki  Rusiya-Türkiyə-İran alyansını dağıtmaq və Ankaranı özünün Yaxın Şərq siyasəti orbitinə qaytarmaqdan yana Suriya kürdlərini xırda pula çevirərək onlara dəstəkdən imtinaya hazırdırmı, daha dəqiqi, bacararmı? Ola bilsin, Vaşinqton Türkiyə ilə kürd kartını oynayacaq ki, Bakı və Ankaranı antiiran düşərgəsinə qovsun. Ya da başqa bir məsələ mümkündür. Azərbaycanın özünü hər halda “Qərbyönlü dövlət” kimi göstərdiyi, ABŞ-ın onu müttəfiq dövlət adlandırdığı nəzərə alınarsa, Türkiyənin bölgədə geniş gündəliyi və Vaşinqtonla ixtilafının təkcə kürdlərə adi olmadığına, Ankaranın İran və Rusiya ilə iqtisadi əməkdaşlığı genişləndirməkdə obyektiv maraq amilinin işarələndiyinə baxmayaraq, Azərbaycan kartının da oynadıla biləcəyi durum biçimlənir. Hadisələrin belə dönüşünə kim hazırdır? Əksər ekspertlər təsadüfən qeyd etmirlər ki, Ankara və Bakı birlikdə olduqca dar manevr durumunda ən mürəkkəb tarixi seçim qarşısında görünür. Bir yandan ABŞ, İsrail, Fars körfəzi ölkələri, Azərbaycan, o biri yandan isə Türkiyə, Rusiya və İran. Yaxud başqa variant: Vaşiqnton Türkiyə və Azərbaycanı eyni zamanda özünə sarı çəkməyə nail olarsa, onda Rusiya – İran – Çin koalisiyası meydana çıxacaq.

Belə ki, Tramp bölgədə nəticədən asılı olmayaraq yekunları böyük bir bölgənin yeni geopolitik simasını müəyyən edəcək kəskin oyun düzəldib. Birbaşa deyilsə, bu dövlətlərin müstəqillik əldə etdiyi andan bəri Ərdoğan və azərbaycanlı həmkarı İlham Əliyev üçün ilk dəfə asan seçimlərdən deyil. Necə deyərlər, belə dilemmada variantlar azdır. “Ameruika şəri” ilə yeni Rusiya və İran arasında seçim lazım gələcək.

Tərcümə Strateq.az-ındır.

Əvvəlki yazı

Manatı devalvasiya gözləyirmi? – iqtisadçıların şərhi

Sonrakı yazı

“Deputatların maaşı artılsın”

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

18 Fevral 2026, 16:58
12 ölkədə Ramazan ayı başlayıb

12 ölkədə Ramazan ayı başlayıb

18 Fevral 2026, 16:57
Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

18 Fevral 2026, 16:54
Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

18 Fevral 2026, 16:53
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 16:51
Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

18 Fevral 2026, 16:48
Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

18 Fevral 2026, 16:44
Bakıda 23° isti olacaq

Bakıda 23° isti olacaq

18 Fevral 2026, 14:04
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 14:02
Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

18 Fevral 2026, 14:00
“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

16 Fevral 2026, 17:13
Əli Əhmədovun oğluna yeni vəzifə verildi

Əli Əhmədovun oğluna yeni vəzifə verildi

16 Fevral 2026, 17:10
Güclü külək əsəcək – Xəbərdarlıq

Güclü külək əsəcək – Xəbərdarlıq

16 Fevral 2026, 17:08
TƏBİB-in yeni sədrindən AÇIQLAMA

TƏBİB-in yeni sədrindən AÇIQLAMA

16 Fevral 2026, 17:07
“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

16 Fevral 2026, 14:00
Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

16 Fevral 2026, 13:31
“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

16 Fevral 2026, 13:21
Sosial müavinətlə bağlı rəsmi məlumat

Sosial müavinətlə bağlı rəsmi məlumat

16 Fevral 2026, 13:16
Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

16 Fevral 2026, 13:15
Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

16 Fevral 2026, 13:14

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.