15-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

İran halal ət kəsimini Azərbaycan şirkətinə etibar etdi (FOTO/VİDEO)

21 May 2018, 13:20
Cəmiyyət
A A
İran halal ət kəsimini Azərbaycan şirkətinə etibar etdi (FOTO/VİDEO)
“Təmizlik bütün gigiyenik qaydaların əsasıdır”.
Bunu “Report”a açıqlamasında Azərbaycanın ət istehsalçısı – “Azmeat Production” MMC-nın baş mütəxəssisi Beyrək İsmayılov deyib.
“Peşəkarlıq və məsuliyyət birləşəndə gözəl işlər ərsəyə gəlir. Bu səbəbdən İran kimi ərzaq məsələsinə diqqətli və ehtiyatlı yanaşan dövlət bizə ixrac üçün lisenziya verib və ölkəsinə Azərbaycandan ət məhsullarının idxalına imkan yaradıb. Bu uğuru daha da irəliyə aparmaq üçün şirkətin əməkdaşları daim öz üzərilərində işləyirlər. Kəsim İslam qaydalarına uyğun şəkildə aparılır”, – o qeyd edib.
Mütəxəssisin sözlərinə görə, o da daxil olmaqla bütün işçilər səhər saat 7-də işə gələndə, ilk növbədə, yuyulmuş və dezinfeksiya edilmiş paltarlar geyinir: “Bundan sonra isə dizbaryer aparatından keçirik. Hər gün xüsusi qaydada bütün avadanlıqlar təmizlənir və dezinfeksiya edilir”.
Bundan başqa, müəssisədə heyvanlar kəsilməzdən öncə mütləq baytar həkiminin müayinəsindən keçir. “İribunuzlu heyvanlarla yanaşı, xırdabuynuzlu heyvanların da gündəlik kəsimi həyata keçirilir. Həkim heyvanı kəsim üçün münasib hesab etdikdən sonra işə başlanılır. Gətirilmiş hər bir heyvan karantin müddətinə uyğun olaraq bir gün saxlanılır. Ondan qan analizləri götürülür. Bundan sonra, kəsimə icazə verilir. İş günü qurtardıqdan sonra bütün geyimlərimiz və avadanlıqlarımız, kəsim yerimiz tam təmizlənir. Avadanlıqlar xüsusi qidaya uyğun məhlulla yuyulur və dezinfeksiya olunur. Bu, həm iş prosesində, həm də işdən sonra edilir. İş prosesində istifadə olunan bıçaqlar 80 dərəcəlik su qurğusunda isti suda dizenfeksiya edilir. Bıçaqlar hər dəfə ətə dəyəndən sonra bu qayda tətbiq edilir. Kəsimdən sonra ət soyuması üçün, təqribən, 1 saat qalır, sonra 0-4 dərəcədə soyudulması üçün soyuducuya yerləşdirilir. Məhsul istifadəyə göndərilməmişdən əvvəl onun temperaturu yoxlanılır və həkim arayışı ilə istifadəçiyə göndərilir. Müəssisəmizdə eyni zamanda, azotlu və azotsuz vakuum qablaşdırma həyata keçirilir. Ardınca hazır məhsul marketlərə tədarük edilir. Ətin çatdırılmasına da hər gün səhər saatlarından başlanılır”, – B.İsmayılov bildirir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Bakı Şəhər Baytarlıq İdarəsinin müəssisəyə təhkim etdiyi baytar həkimi Mədət Qocayev isə deyir ki, kəsim məntəqəsinə heyvanlar sağlam təsərrüfatlardan qəbul edilir: “Bunun üçün heyvanlar “Forma 1″ adlanan sənədlə qəbul edilir. Həmin sənəddə heyvanın hansı təsərrüfatdan gətirildiyi və hansı profilaktik tədbirlərin görüldüyü qeyd edilir. Heyvanlara bir sutka dincəlmə vaxtı verilir. Kəsimdən sonra kliniki baxış keçirilir. Ətin temperaturu yoxlanılır. Əgər hər hansı nöqsanlı hal olsa, dərhal nəzarətə götürülür, lazımı müayinələr edilir. Həmçinin kəsimdən sonra heyvanın dilindən çənə altına, daxili orqanlarına da – ağ ciyərə, qara ciyərə və bütün cəmdəyə baxış keçirilir. Şübhəli hal qeyd olunsa, dərhal nümünə götürülür, laboratoriyada mikroskopik və bakterioloji müayinələrdən keçirilir. İlk növbədə, infeksion xəstəliklərin olub-olmadığı müayinə edilir. Mütləq qara yaranı yoxlayırıq. Hər hansı insan orqanizmi üçün infeksiyaların olub-olmadığını müayinə edirik”.

Əvvəlki yazı

Bakıda universitet tələbəsi intihar edib

Sonrakı yazı

“Hər il 100 mindən az olmayan yeni iş yeri yaradılmalıdır” – Əli Əhmədov

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.