14-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

İrəvan kritik seçimə sürüklənir – Qərb Paşinyanı küncə sıxır

20 İyun 2018, 09:44
Siyasət
A A
İrəvan kritik seçimə sürüklənir – Qərb Paşinyanı küncə sıxır

 

 

“Rusiya qılıncı”na qarşı “Amerika qalxanı”?; ABŞ və Avropa Ermənistandakı inqilabla bağlı məyus durumda – mühüm gəlişmə; Fransa prezidenti Paşinyanı hələ də təbrik eləməyib – səbəb; politoloq: “Ermənistanı yeni qarşıdurmalar gözləyir…”

Ermənistanın yeni populist baş naziri Nikol Paşinyan hakimiyyətə gəlişindən 40 gündən çox keçməsinə rəğmən, hələ ki öz komandasını formalaşdıra bilməyib. Paralel surətdə o, cinayətkar-terrorçuları (Jirayir Səfilyan və dəstəsi) bir-bir həbsdən azad edərək, yerinə başqa qəbildən cinayətkarları (hərbi cani Manvel Qriqoryan və s.) türməyə salmaqla məşğuldur. ABŞ və Avropa Birliyi (AB) timsalında Qərb isə ondan real islahatlar və Qərbə inteqrasiya yönündə praktik addımlar gözləyir.

Maraqlıdır ki, zaman ötdükcə Qərbin Paşinyana ümid və etimadı azalmaqdadır. Bu ovqat İrəvanda keçirilmiş və Ermənistan-AB münasibətlərinin perspektivinə həsr olunmuş konfransda bariz şəkildə özünü büruzə verib. “Yeni Müsavat” erməni qaynaqlarına istinadən xəbər verir ki, həmin tədbirdə çıxış edən bir sıra avropalı diplomatlar (Avropa Birliyinin, Almaniyanın İrəvandakı səfirləri) bu xüsusda narahatlıqlarını gizlətməyiblər.

Erməni mənbələri yazır ki, diplomatlar yeni reallıqlar fonunda Ermənistandakı daxili situasiyadan və Paşinyan  hökumətinin Avropa siyasətindən həyəcanlı bir tonda danışıblar və mövcud vəziyyəti “bütövlükdə proqnoz edilməyən və hələ ki qeyri-müəyyən” adlandırıblar. Siyasi müşahidəçilər bu həyəcanı əsassız hesab eləmirlər.

*****

Göründüyü kimi, Qərb yeni hökumətdən, nəhayət, real seçim, Ermənistanın Rusiya orbitindən uzaqlaşmasını gözləyir ki, qarşılığında vəd elədiyi maliyyə və digər dəstəyi verə bilsin. İndiki məqamda böyük maliyyə isə Paşinyan hökumətinə ac-yalavac əhalinin güzəranını qismən yaxşılaşdırıb öz daxili dayaqlarını möhkəmlətmək üçün hava-su kimi lazımdır.

Ancaq başqa yandan, Rusiya ilə ənənəvi siyasi-hərbi bağları Qərbin, NATO-nun xeyrinə zəiflətmək və ya qırmaq yeni hakimiyyətdən ötrü “olum, ya ölüm” məsələsi kimidir. Çünki Rusiya yaxında, Ermənistanın içində, Qərb, Avropa isə uzaqdadır. Erməni ekspert ictimaiyyəti də etiraf edir ki, Ermənistanın rusiyayönlü kursdan hətta azacıq kənara çıxıb oriyentirləri Qərbin, Amerikanın xeyrinə dəyişməsi işğalçı ölkəyə eyni anda bir yox, bir neçə istiqamətdən böyük təhlükələr vəd edir.

İlgili resim

1in.am erməni nəşri bu xüsusda maraqlı bir detala diqqət çəkib. “Yeni Müsavat”ın məlumatına görə, nəşr Fransa prezidenti Emmanuel Makronun hələ də Paşinyanı baş nazir seçilməsi münasibətilə təbrik etməməsinin müəmmalı olduğunu yazıb.

“Avropalı diplomatların həyəcanına həm hakimiyyət, həm də cəmiyyət diqqət yetirməlidir, nədən ki, Ermənistanın Avropa siyasəti onların hər ikisinin məsuliyyət və qayğı çərçivəsində qalmalıdır. Bunu da anlamaq gərəkdir ki, narahatlıq yalnızca İrəvandakı diplomatik nümayəndələr səviyyəsində mövcuddur, yoxsa onlar Avropa paytaxtları səviyyəsindəki təlaşı ifadə edirlər? Yeri gəlmişkən, maraqlıdır ki, Ermənistanın yeni baş nazirini, 1 nömrəli məmurunu – Paşinyanı Ermənistandan ötrü, yumşaq desək, heç də təsadüfi olmayan bir dövlətin – Fransanın prezidenti bu günədək təbrik eləməyib. İrəvan yalnız Fransanın baş nazirinin təbrikini alıb. Bu kimi detalları görməzlikdən gəlmək olmaz, əks halda, mənzərə gözlənildiyindən də sürətli dəyişə bilər”.

*****

Putin Paşinyan ile ilgili görsel sonucu

Bəs Paşinyan düşdüyü, daha doğrusu, özü özünü saldığı  bu qəliz vəziyyətdən necə çıxacaq? Başı üstündə asılmış “Rusiya qılıncı”na qarşı “Amerika qalxanı” əldə edə biləcəkmi? Ən əsası, daxildə konsensusa nail olub, öz xalqına və Qərbə vəd elədiyi köklü islahatları necə reallaşdıracaq?

“Ermənistanı qarşıda daha ciddi qarşıdurmalar gözləyir, proseslərin daha da dərinləşəcəyi istisna edilmir”. “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri axar.az-a Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin sədri, politoloq Eldar Namazov Ermənistan və onun ətrafındakı hazırkı situasiyanı şərh edərkən bildirib.

Paşinyanın idarəçilik sahəsində heç bir təcrübəsinin olmadığına xüsusi diqqət çəkən politoloq daha sonra deyib:“Paşinyanın parlamentdə hazırladığı proqramın təsdiq olunması zamanı çıxışından da görmək olur ki, bu insan populist, real idarəçilik təcrübəsinə malik olmayan, məsələlərə inqilabi əhval-ruhiyyə prizmasından baxan bir siyasətçidir. Paşinyan yaxşı məqalələr yaza, mitinqlərin aparıcısı kimi məşhurlaşa və öz populist çıxışlarını elə mitinq meydanlarında davam etdirə bilərdi. Ancaq hər kəs yaxşı bilir ki, mitinqləri idarə etməklə dövləti idarə etmək eyni məsələ deyil. Bu mənada Paşinyanın son dövrdə atdığı addımlar, bəzi kadr təyinatları hətta onu dəstəkləyən insanlar arasında çaşqınlıq yaradıb. Artıq onun təyin etdiyi nazirlərdən istefa verənlər də var”.

Eldar Namazov ile ilgili görsel sonucu

E.Namazov Paşinyanın həyata keçirdiyi siyasəti nəzərə alaraq, onun hakimiyyətinin növbədənkənar seçkilərin keçirilməsinə qədər davam etməmə ehtimalının çox olduğunu vurğulayıb: “O cümlədən siyasi terrordan istifadə edən insanları həbsdən azad etmək Paşinyanın tərəfdarları arasında birmənalı qarşılanmadı. Çünki həmin hadisələr zamanı polis alayının binasına hücum təşkil olunmuşdu və orada bir neçə polis işçisi qətlə yetirilmişdi. Bu günlərdə keçirilmiş məhkəmə proseslərində bu hücumları həyata keçirənlərin azadlığa buraxılması həlak olan polis işçilərinin ailə üzvləri tərəfindən də etirazla qarşılanıb. Məsələlərə inqilabi prizmadan baxıb bu cür şəxsləri öz adamları kimi azad etmək heç bir hüquq normasına sığmır. Bundan əlavə, Paşinyana müxalifətdə olan Sərkisyan, Köçəryan, hətta üçüncü böyük fraksiyaya sahib Çarukyanın əlində milyardlarla dollar vəsait cəmləşib. Müxalifətin pulu hazırda iqtidarda olanların pulundan qat-qat çoxdur. Digər tərəfdən, iqtidarda olanların təcrübəsi də çox azdır. Bu isə hakimiyyətlə bağlı ciddi hadisələrin olacağından xəbər verir”.

*****

Proseslərin gedişatı göstərir ki, ciddi hadisələr çox uzaqda deyil. Bunu indi hər şeydən öncə İrəvanın Qərb tərəfindən seçimə sürüklənməsi diktə edir…

“Yeni Müsavat”ın analitik xidməti

Əvvəlki yazı

Hökumətdən “malades” medalı alan saytlar Qərb universitetinə niyə qahmar çıxır?

Sonrakı yazı

Pambıq tarlasında kütləvi zəhərlənmə – cinayət işi başlandı

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

12 Sentyabr 2025, 14:52
Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

12 Sentyabr 2025, 14:50
Xalq artisti oğluna toy edir

Xalq artisti oğluna toy edir

12 Sentyabr 2025, 14:01
Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

12 Sentyabr 2025, 13:59
Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.