04-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“İqtidar müxalifətə nəfəs vermək istəyir” – Politoloq

10 Mart 2020, 15:20
Siyasət
A A
“İqtidar müxalifətə nəfəs vermək istəyir” – Politoloq

“Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevin siyasi partiya təmsilçiləri ilə görüşü xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan müstəqil olandan sonra siyasi partiyalar cəmiyyətin həyatında müəyyən rol oynasalar da, sonradan tədricən zəiflədilər.

Bir müddət sonra dini və etnik yönümlü partiyalar daha üstün mövqeyə gəldilər. Bu proses dünyəvi siyasət yürüdən partiyaların zəifləməsi ilə müşayiət olundu.

Ölkə Prezidenti də istəyir ki, Azərbaycanda yeni, təklif verən, konstruktiv müxalifət olsun. Bizə işi-gücü mitinq keçirməkdən ibarət olan deyil, hadisələrə çevik reaksiya verən, konstruktiv təkliflərlə çıxış edən müxalifət lazımdır”.

Bu sözləri Yenisabah.az saytına açıqlamasında SİTM sədri, tanınmış politoloq Mübariz Əhmədoğlu deyib.

Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevin siyasi partiya təmsilçiləriylə görüşünü şərh edən politoloq daha sonra qeyd edib ki, yeniləşən Administrasiya dövlətin və cəmiyyətin qarşısında hansı vəzifələrin dayandığını yaxşı bilir: “Ədalət müəllimin gördüyü bu iş dövlətçiliyin, vətəndaş cəmiyyətinin qorunması istiqamətində atılan mühüm addımdır.

Təqdirəlayiq haldır ki, bu görüşlər ölkədəki bütün siyasi spektri əhatə edir. Ədalət Vəliyevin siyasi partiya sədrləri ilə görüşü 1994-cü ildə ümummilli lider Heydər Əliyevin bu istiqamətdə həyata keçirdiyi siyasətin davamıdır. Bu ideyanı alqışlamaq, yaşatmaq lazımdır. Ağız büzməyə, kinayə ilə yanaşmağa ehtiyac yoxdur.

Gedən proseslərin mahiyyətini düzgün başa düşmək lazımdır. Bu proses Azərbaycanın siyasi həyatında yeni seçim ortaya qoyur. Belə başa düşürəm ki, başlanan müzakirələr Azərbaycandakı partiyalaşmanı Qərb istiqamətinə aparacaq. Qərbdə də iki model var: Amerika və Avropa modeli”.

Ekspert tərəflər arasındakı görüşlərin iqtidar-müxalifət dialoqundan qat-qat üstün olduğunu söyləyib: “Azərbaycanda həmrəylik, milli birlik var. Əhalinin böyük əksəriyyəti Yeni Azərbaycan Partiyasını dəstəkləyir. Kiçicik azlıq var ki, onların da cəmiyyətdəki proseslərə böyük təsiri yoxdur.

Bunu mən iqtidar – müxalifət primasından dəyərləndirməzdim. Bunu iqtidarın müxalifətə nəfəs verməsi prizmasından dəyərləndirərdim. Prezident deyir ki, Azərbaycana müxalifət lazımdır. Hansı ölkənin prezidenti deyir ki, ölkəyə müxalifət lazımdır? Hansı prezident müxalifət arzulayır ki?

Prezidenti bilir ki, müxalifətsizlik cəmiyyətin normal inkişafına mane olur. Siyasi partiyalarla görüşü bu aspektdən dəyərləndirmək lazımdır. Yenə o fikrimə qayıdıram ki, cəmiyyətin dünyəvi inkişafı, sekulyar inkişafı hazırda gedən proseslərdən çox asılıdır”.

 

Əvvəlki yazı

Prezident: “Parlament seçkiləri xalqımızın iradəsini tam ifadə edir”

Sonrakı yazı

Qənirə Paşayeva komitə sədri seçildi

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39
Əməliyyat zamanı saxlanılan onlardır

Əməliyyat zamanı saxlanılan onlardır

30 İyun 2025, 18:36
Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

30 İyun 2025, 17:57
KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

30 İyun 2025, 17:42
Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.