15-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

İqtidar erkən seçkiyə niyə getdi? – Açıqlama/Təhlil

28 Noyabr 2019, 15:27
Manşet, Banner
A A
İqtidar erkən seçkiyə niyə getdi? – Açıqlama/Təhlil

“YAP qərara gəldi ki, qanunverici orqan Prezidentin həyata keçirdiyi islahatlardan kənarda qalmasın”.

Bunu partiyanın sədr müavini – icra katibi Əli Əhmədov mətbuat konfransında deyib.

“Siyasi Şuranın bütün üzvləri bu məsələdə yekdillik nümayiş etdirdilər. Beləliklə, parlamentin buraxılması üçün Prezidentə müraciət olunması ilə bağlı deputatlara tövsiyə verdik”, – Ə.Əhmədov əlavə edib/Report.

***

Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurası bu gün keçirilən iclasında parlamentdə təmsil olunan üzvlərinə parlamentin buraxılması ilə bağlı təşəbbüslə çıxış etməyi tövsiyə edib.

Reportyor.info xəbər verir ki, Siyasi Şura bu qərarını Prezident İlham Əliyevin islahatlar kursuna və kadr islahatlarına dəstək məqsədi ilə verildiyini açıqlayıb.

Məlumata görə, partiya sabah bununla bağlı Milli Məclisdə məsələ qaldıracaq və gözlənilir ki, çoxluq parlamentin buraxılmasına səs verəcək.

Xatırladaq ki, bu gün saat 14.00-da hakim partiyanın üzvləri olan deputatlarla da toplantı keçiriləcək.

Yeri gəlmişkən, Milli Məclisin Daxili Nizamnaməsinin “Milli Məclisin buraxılması” adlı 23-2-ci maddəsində deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 981-ci maddəsinin I hissəsinə əsasən, Milli Məclisin eyni çağırışı 1 il ərzində iki dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən iki dəfə təqdim edildikdən sonra, bu Daxili Nizamnamənin 20-ci maddəsinin birinci hissəsində müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə Azərbaycan Respublikası Konstitusiyasının 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə, Azərbaycan Respublikasının Prezidenti Milli Məclisi buraxır”.

Jurnalist Eynulla Fətullayev isə gedişatı təhlil edərək yazıb ki, Azərbaycanda təkcə hakimiyyətdəki sifətlər deyil, həm də onun anlayışı, mahiyyətinin təbiəti dəyişir:

“Son aylar ərzində İlham Əliyev faktiki olaraq Azərbaycan hakimiyyətinin struktur-funksionalist interpretasiyasını dəyişdi.

2003 və 2005-ci illərdə baş vermiş iki təhlükəli dövlət çevrilişi cəhdindən sonra başladılmış, prezidentin tələbə gəncliyin qarşısındakı son çıxışında barəsində ətraflı bəhs etdiyi siyasi stabilizasiya dövrü ilə İlham Əliyevin başlıca missiyası başa çatdı-Azərbaycanda dayanıqlı və sarsılmaz siyasi sistem formalaşdı.

 

Əlbətdə ki, sual yarana bilər-doğrudanmı növbəti payıza, növbəti parlament seçkilərinə qədər gözləmək olmazdı, axı parlament seçkilərinin vaxtına elə də çox qalmır. Cəmi bir an-axı indiki parlamentin cəmi bir baharlıq ömrü qalırdı və sonra yay tətilinə yollanacaqdı. Bəli, hakim YAP şübhəsiz ki, növbəti payıza qədər də gözləyə bilərdi. Lakin prezidentin başlatdığı iqtisadi islahatlar gözləyə bilməz, islahatların sürətləndrilməsi ləngiyə və yolda ilişib qala bilər. Ortada mühüm və təxirəsalınmaz qanunvericilik və normativ-hüquqi aktların qəbul edilməsinin taleyi dayanır. İndiki parlament isə gücsüzdür, iş qabiliyyətli deyil və iflic olub, prezident isə belə parlamentlə yola davam edə bilməz.

Hökumət ölkənin bank, maliyyə və məhkəmə sisteminin yenidən  formalaşmasının yekun mərhələsinə yaxınlaşır. Məhz buna görə də siyasi məqsədəuyğunluğu yuxarı küncə qoyan YAP-parlament çoxluğu partiyası asan olmayan, ümumən daxili siyasi fəallaşma və mərkəzdənqaçma qüvvələrinin artımı baxımından riskli, amma islahatların sürətləndirilməsi rakursunda qanunauyğun addım ataraq Milli Məclisin özünü buraxmasının zəruriliyi haqda qərar verdi. Şübhəsiz ki, bu yüksək siyasi məsuliyyət hakim patiyanın nüfuzunu möhkəmləndirəcək. Öz əli ilə öz parlament hakimiyyətindən imtina etmək, öz qələbəsini gələcək dəyişikliklər naminə ləğv etmək  yüksək siyasi mədəniyyət nümunəsidir. Və prezidentin tarixi əhəmiyyətli islahatlarının sürətləndirilməsi strategiyasının dərkidir”.

Əvvəlki yazı

Lavrov Bakıya gəlir

Sonrakı yazı

Poliklinikada jurnalistə qarşı kobudluq

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.