01-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

İqbal Ağazadə: “O, deputat nədir, adamlığa layiq deyil”

13 Noyabr 2019, 12:08
Cəmiyyət, Seçmə
A A
İqbal Ağazadə: “O, deputat nədir, adamlığa layiq deyil”

Milli Məclisin deputatı Araz Əlizadə son günlər sosial şəbəkələrdə və mətbuatda qalmaqallı açıqlamaları ilə müzakirə olunur. O, İctimai Televiziyada yayımlanan “3D” verilişində qonaq olarkən səsləndirdiyi bəzi xoşagəlməyən fikirləri ilə yenidən tənqid hədəfinə tuş gəlib.

Deputat Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın 1918-ci ildə Azərbaycanda pul müqabilində döyüşdüyünü və azərbaycanlılarla türklərin heç bir qan bağlılığının olmadığını bildirib. Bu açıqlamalarının ardından deputat nəinki ictimaiyyət, həm də həmkarları tərəfindən tənqidlərə tuş gəlib.

Ard-arda onu fikirlərinə ən sərt formada reaksiyalar verilir. Hətta onun deputatlıq mandatından məhrum edilməsi barədə tələblər də səslənməkdədir. A.Əlizadənin həmkarlarına onun məsələsinin parlamentdə qaldırılması barədə çağırışlar edilir.
Hətta Araz Əlizadənin seçildiyi dairənin sakinlərinin ötən parlament seçkilərində onun rəqibi olmuş, sabiq deputat İqbal Ağazadəyə müraciət etdiyi də bildirilir. Sosial şəbəkələrdə səsləndirilən iddialara görə, sakinlər İ. Ağazadədən növbəti seçkilərdə yenidən namizədliyini irəli sürməsinin və onları A.Əlizadədən qurtarmasını istəyib.

Bununla bağlı Modern.az-a danışan İ. Ağazadə isə deyilənləri fərqli bir cavabla təkzib edib: “Araz Əlizadənin heç bir seçicisi yoxdur və olmayıb. Seçicisi olmadığına görə, mənə müraciət edən də olmayıb”.

Sabiq deputat deyib ki, A. Əlizadəni nə o, nə də seçici qiymətləndirə bilər: “Kim ora qoyubsa, o da qiymətləndirsin. Onu mənim yerimə seçməyiblər, təyin ediblər. Araz Əlizadənin nə mənə, nə seçiciyə aidiyyəti var. Ümumi götürəndə isə onun heç Azərbaycan xalqına da aidiyyəti yoxdur.

O, deputat nədir, adamlığa belə layiq deyil. Bu adam millətini təhqir edir, xalqını aşağılayır. Azərbaycan xalqına layiq deyil”.

İ. Ağazadə gələn il parlament seçkiləri üçün namizədliyini yenidən irəli sürəcəyini açıqlayıb: “Mən öz dairəmi bilirəm. Seçicilərim məni tanıyır, həmişə mənə səs veriblər. Əlbəttə, gələn il namizədliyimi verəcəm. Məgər, mən 2015-də Araz Əlizadəyə uduzmuşam ki? Mən onda da seçkini qazanmışam.

Seçicilərim mənə səs verib. Protokolumu dairə və məntəqələr möhürləyib, hamısı təqdim edib. Daha nə olmalı idi? Qalanını onu ora göndərənlər bilsin. Görünür, Azərbaycana münasibətinin o şəkildə olması kimlərinsə mənafeyinə uyğundur. Araz Əlizadə də orada kiminsə mənafeyini müdafiə edir”.

Əvvəlki yazı

Arif Hacılının müavininə həbs verildi

Sonrakı yazı

Elinanın yaxınları hökmdən narazıdır

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39
Əməliyyat zamanı saxlanılan onlardır

Əməliyyat zamanı saxlanılan onlardır

30 İyun 2025, 18:36
Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

30 İyun 2025, 17:57
KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

30 İyun 2025, 17:42
Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13
Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.