14-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

İqbal Ağazadə: “Bu, cinayətdir”

20 Sentyabr 2019, 11:53
Gündəm, Seçmə
A A
İqbal Ağazadə: “Bu, cinayətdir”

“Kiməsə şiddət tətbiq edilibsə, bu, cinayətdir”.

Reportyor.info xəbər verir ki, bu sözləri sabiq millət vəkili İqbal Ağazadə AXCP-nin sədr müavini Fuad Qəhrəmanlının ailəsində baş verən olaya münasibət bildirərkən deyib.

O, qeyd edib ki, Fuad Qəhrəmanlının qızının məktubunu oxuyub və olanlardan çox sarsılıb:

“Sosial şəbəkədən oxuduğum məktub məni sarsıtdı. Həm tanınmış bir ailədə baş verənlər, həm də ailənin xanım üzvlərinin şiddətə məruz qalması acısından. Kim haqlıdır? Sosial şəbəkələrdə hamı bu suala cavab verməyə çalışır. Kimi dünyagörüşünə, kimi siyasi mənsubiyyətinə, kimi də tərbiyəsinə uyğun… Qısaca fikirlərimi bildirəcəyəm:

1. Kiməsə şiddət tətbiq edilibsə, bu cinayətdir.

Söhbət uzun müddət davam edən, fiziki və psixoloji travma gətirən, nəhayətdə ictimailəşdirilməyə məcbur buraxılan şiddətdən gedir. Hər bir ailədə səs tonu yüksələ də bilir, hətta uşağı kimsə yüngülcə vura da bilir. Lakin valideyn sevgisinin böyüklüyü ona qarşı ediləni unutdurur, uşağa travma yaşatmır.

Qadına şiddət isə dartışılacaq mövzu deyil, bu, orta əsr təfəkküründən uzaqlaşa bilməməyin göstəricisidir.

2. Şiddət artıq onu ictimailəşdirmək dərəcəsinə çatıbsa, şəxsi, ailə məsələsi deyil- ictimai, sosial bəladır və o hamı tərəfindən qınanmalıdır ki, başqaları bunu bir daha etməsin.

3. Şiddət göstərdiyi iddia edilən ictimai-siyasi statuslu şəxsdirsə, cəmiyyətin onu müzakirə etməsi təbiidir və həm də çox vacibdir. Çünki ictimai-siyasi statusu olan şəxslər cəmiyyət qarşısında sorumludurlar, hərəkətlərinə görə də toplum qarşısında cavab verməlidirlər. Onun hansı mövqedə olması – iqtidar ya müxalifət – əhəmiyyət daşımır.

4. Qadının və qızın geyimini, davranışını, ictimai-siyasi fəaliyyət göstərməsini əsas gətirərək şiddət göstərdiyi iddia edilən şəxsi kimsə demokrat qiyafəsinə bürüyüb müdafiəyə çalışmamalıdır. Çünki uzun illər bu seçimə razı olub birgə yaşayıblarsa, demək ki, geyim, davranış, ictimai-siyasi fəaliyyət onların birgə qəbullandığı tərz olub.

Bunu ona görə qeyd etdim ki, bəziləri əsaslandırmağa çalışır ki, əgər tanıdığımız xanımlara mane olmayıblarsa, demək ki, deyilənlər həqiqət deyil.

5. Təşkilat sədrinin müavini haqqında bu fikir deyilirsə və bu şiddət və zorakılıq üzvlərlə müzakirə olunubsa, təşkilat gunahkardır. Çünki ideallar və dəyərlər uğrunda mübarizə apardığını bəyan edən bir təşkilat bu halı ört- basdır etməməli, ən yüksək vəzifə tutan üzvünun bu hərəkətinə göz yummamalı idi. Edibsə, ideallarına, mübarizəsinə, yoluna və dəyərlərinə xəyanət edib. Əgər üzvü olan bir xanımı öz ailəsində belə şiddətdən qoruya bilmirsə, cəmiyyətə bəyan etdikləri sadəcə bir hekayədir.

6. Mən Selcanın və Zümrüd xanımın yanındayam. Ona görə ki, bir körpə dözməyərək cəmiyyətə bağırırsa, səsini duyurmağa çalışırsa, qarşı tərəf ən azı məsələnin bu yerə gəlib çatmasına görə hüquqi və mənəvi məsuliyyət daşıyır.

P.S. İddiaçı tərəf Selcandır. Şübhəli tərəf atadır. Ata təqsirləndirilən tərəf olacaqmı? Bunu demək hələ çətindir. Lakin bir qız övladı atasından gördüklərinə görə ondan imtina edib bunu ictimaiyyətə duyurursa, digər övlad da eyni mövqe sərgiləyirsə, bəraətə yer yoxdur. Olanlar barədə az və ya çox deyilməyindən asılı olmayaraq.

P.P.S. Olay cəmiyyətimizin bəlasıdır. Biz bunları aradan qaldırmağı bacarmalıyıq. Birlikdə yaşaya bilməyənlər zamanında doğru qərar verməyi bacarmalıdırlar. Boşanmaq, ayrı yaşamaq faciə deyil. Əsl faciə bir yerdə bu cür yaşamaqdır. O kəslər bir yerdə yaşasınlar ki, ayrı yaşaya bilmirlər.

Əvvəlki yazı

“İndi qızımı atsam, onu məhv etmiş olaram” – Zümrüd Yağmur

Sonrakı yazı

Mehriban Əliyeva neftçiləri təbrik edib

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.