İntihar edən qadın çempion imiş

10 İyul 2019 - 08:24
147 oxunma

Xəbər verdiyimiz kimi, ötən gün Bakıda 18 yaşlı qadın intihar edib.

Belə ki, Nizami rayonda yaşayan 2001-ci il təvəllüdlü Aynur Məmmədzadə yaşadığı binanın 4-cü mərtəbəsindən özünü atıb. 18 yaşlı qadın 3 saylı Kliniki Tibbi Mərkəzə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin təfərrüatına görə, A. Məmmədzadə bir müddət əvvəl həyat yoldaşından boşanıb. Azyaşlı övladı ilə ata evinə gəlib. Aynur bundan sonra bir nəfər şəxslə sevgi münasibəti yaşayıb, lakin anası qızına bu məsələ ilə bağlı qadağa qoyub.  Qız bundan sonra intihar edib. Onun azyaşlı bir qız övladı olub.

APA-nın məlumatına görə, A. Məmmədzadə Avropa çempionu olub. O, akrobatika üzrə dörtqat Avropa çempionudur.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"