02-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“İnsan kasıb olduğunu bildirir, amma telefona ayda 70-80 manat ödəyir. ..

18 Fevral 2019, 14:56
Gündəm
A A
“İnsan kasıb olduğunu bildirir, amma telefona ayda 70-80 manat ödəyir. ..

 

Azərbaycanda az təminatlı əhalinin ünvanlı yardım alması ilə bağlı kriteriyalara dəyişiklik ediləcək. Bu barədə nazir Sahil Babayev məlumat verib. Onun sözlərinə görə, artıq nazirlik bunnula bağlı təkliflərini hazırlayaraq təqdim edib.

Əsas dəyişikliklərdən biri krediti olan vətəndaşlara sosial yardım qadağasının aradan qaldırılmasıdır. Nazirin sözlərinə görə, əslində bu tələb (yəni krediti olan şəxslərə yardım verilməməsi) məntiqlə doğru olsa da, araşdırmalar göstərib ki, kasıblar arasında kredit götürənlərin əksəriyyəti bunu çətin maddi vəziyyəti ilə əlaqədar edib: “Araşdırdıq, gördük ki, bəziləri bunu çətin maddi vəziyyətinə görə edib, övladının müalicəsi və sair üçün. Bunu nəzərə alaraq nazirlik hökumətə təklif edib ki, bu qayda dəyişdirilsin, çünki əslində kredit gəlir deyil – onu qaytarmaq lazımdır”.

Amma Sahil Babayevin sözlərinə görə, bu yenilikdən sui-istifadə hallarının olub-olaması da araqdırılacaq: “Kimsə gedib “İphone” almaq üçün kredit götürürsə, biz ona güzəşt etməli deyilik, o aztəminatlı ailə kimi dövlətdən pul almalı deyil”.

Nazir deyib ki, artıq belə təbəqələrin sosial yardım alması ilə bağlı tələblərdən biri aradan qalırılıb: “Bu pay torpağı olanlara aiddir, əvvəllər pay torpağı olanlar sosial yardım almaq üçün həmin torpağa görə çıxarış da almalı idilər, amma yanvarın 28-dən bu tələb aradan qaldırılıb, çıxarışı olmayanlar da sosial yardım ala bilir”.

Bu sahədə digər mübahisəli məsələ kommunal və rabitə xərcləri ilə bağlıdır. Hazırda qüvvədə olan məhdudiyyətə görə, kommunal xərcləri müəyyən məbləğdən yuxarı olan ailələr ünvanlı yardım ala bilmirlər. Hazırda isə bu məsələ müzakirə edilir: “Bu məsələdə sui-istifadəyə meyllilik çox böyükdür. Şikayətlərin 70%-dən görürük ki, insan kasıb, maddi imkansız olduğunu bildirir, amma telefon danışıqlarına ayda 70-80 manat ödəyir. Biz onun gəlirini görmürük, amma bir ailə telefon danışığına ayda 70-80 manat ödəyirsə, onu kasıb saymalıyıqmı, məncə yox, amma araşdıracağıq”.

Nazir bildirib ki, kommunal xərclərdə vəziyyət fərqlidir. Çünki evi isitmə xərcləri də özünü göstərir.

S.Babayevin sözlərinə görə, bu sahədə əhalinin xeyrinə olan əsas yeniliklərdən biri yeni proqram təminatı olacaq: “Bu proqram işə düşəndən sonra vətəndaşa aid məlumatlar digər dövlət qurumlarından avtomatik götürüləcək, nəticədə onların unutduqları, bilməyərəkdən səhv daxil etdiyi məlumatlar onlara problem yaratmayacaq. Məsələn orada vətəndaş sahib olduğu telefon nömrələrini göstərməlidir. Bəziləri bir neçə nömlələri olduğu üçün birini unudub daxil etmirlər, nəticədə sistem onlara imtina verir, bu da əlavə narahatlıq yaradır. Yeni proqramın işə düşməsindən sonra bu baş verməyəcək”.

İndiyədək bu sahədə aztəminatlı insanlara ən böyük problem yaradan məsələlərdən biri proqrama yerləşdirilmiş “cəza” alqoritmi idi.

Keçmiş nazir Səlim Müslümovun vaxtında tətbiq edilən həmin alqoritmə görə, məlumatı səhv daxil edən və buna görə də sistem tərəfindən imtina alan şəxs, ünvanlı yardım almaq üçün bir də 3 ay sonra müraciət edə bilərdi. Nəticədə ən xırda texniki səhv ucbatından kasıb ailələr daha 3 ay yardımdan məhrum olurdu və bu haqlı narazılıqlar yaradırdı.

S.Babayev bildirib ki, həmin qayda ləğv edilib, artıq texniki səhvə yol verən şəxslər də ünvanlı yardım üçün ardıcıl olaraq dəfələrlə müraciət edə bilərlər. /fed.az

Əvvəlki yazı

BNA rəhbərliyi “tamah dişi”nin ağrısını necə kəsir: Yığılan milyonlar, korrupsiya və küçələrdəki xaos

Sonrakı yazı

“AZZA” şirniyyat evindən alınmış tortun içərisindən sellofan torba çıxıb

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39
Əməliyyat zamanı saxlanılan onlardır

Əməliyyat zamanı saxlanılan onlardır

30 İyun 2025, 18:36
Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

30 İyun 2025, 17:57
KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

30 İyun 2025, 17:42
Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13
Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.