14-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

İnam Kərimovun “sağ əli” həbs edilib? – Şəmkir olayı…

10 İyul 2020, 11:30
Seçmə
A A
İnam Kərimovun “sağ əli” həbs edilib? – Şəmkir olayı…

Bir neçə gün əvvəl Şəmkirdən aldığımız məlumata görə, Hesablama Palatası Kənd Təsərrüfatı Nazirliyində yoxlamalara başlamış və külli miqdarda korrupsiya faktı aşkarlamışdı. 

Məlumata görə, aşkarlanan yeyinti faktı Şəmkirlə  də birbaşa əlaqədardı. İddia olunurdu ki, araşdırmalar nəticəsində Şəmkirdə 10 min hektar ərazinin gübrələnməsi adı altında 16 milyon manat silinib.

Guya, rayonun bir sıra bələdiyyələrinə külli miqdarda 46% azot elementi ehtiva edən karbamid gübrəsi verilib və bu gübrə torpağa səpilib. Korrupsiya faktının sənədləşdirilməsində bir sıra bələdiyyələrlə yanaşı Şəmkir İcra Hakimiyyətinin məsul şəxsləri də iştirak ediblər.

Külli miqdarda dövlət əmlakının mənimsənilməsinə KTN-nin məsul şəxslərinin də Şəmkir icra başçısı Alimpaşa Məmmədovla birlikdə xeyir-dua verdiyi bildirilirdi.

İddialara görə, KTN karbamid gübrəsini 70%-i dövlət hesabına ödənilməklə fermerlərə satılır. Bu gübrənin idxalı isə ölkədəki bir neçə özəl şirkətə həvalə edilib.

Şəmkir icra başçısı Alimpaşa Məmmədovla KTN rəhbərliyinin dövlətin bu xeyirxahlığından yararlanaraq özəl şirkətlər qurduğu və İqtisadiyyat Nazirliyindən fermer təsərrüfatı üçün ayırdığı güzəştləri mənimsədikləri iddia olunurdu.

Qeyd edilirdi ki, əslində 10 min hektar üçün nəzərdə tutulan gübrə ümumiyyətlə ixrac olunmayıb. Sadəcə bəzi özəl şirkətlər vasitəsilə sənəd üzərində ixrac-satış əməliyyatları yerinə yetirilib. Yalançı alış-veriş nəticəsində əldə olunan subsidiya pulu isə korrupsiya iştirakçıları arasında ata malı kimi bölüşdürülüb.

Məlumatı alarkən KTN-dən faktı dəqiqləşdirmək cəhdimiz baş tutmamışdı. Nazirliyin heç bir telefonu zəngimizə cavab verməmiş, biz də məcbur qalın onun “Qaynar xətt”inə müraciət etmişdik.

“Qaynar xətt”dən bizə bildirmişdilər ki, faktı dəqiqləşdirib sorğumuza cavab verəcəklər. Halbuki bizi birbaşa əlaqədar şəxslərə bağlaya bilərdilər. Aldığımız bu cavabın əslində başdan etməyə daha çox bənzədiyini anladığımızdan “torbada həqiqətən pişik” olduğu qənaətinə gəlmişdik.

Daha sonra Nazirliyin yetkili şəxslərindən birinin cib telefonu nömrəsini tapıb faktı ondan dəqiqləşdirməyə qərar vermişdik. Zəng etdiyimiz şəxs bizim “qədim dostlarımızdan” olduğundan zəngimizə cavab verilməyəcəyini bildiyimiz halda bu zəhmətə qatlanmışdıq. Sonra “bizdən niyə soruşmadınız”, deməsinlər deyə.

Dünən yayılan bir məlumat “torbada pişik olduğunu” bir daha təsdiqlədi. Qafqazinfo-nun yaydığı məlumatda iddia olunurdu ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Kənd Təsərüfatına dəstək üçün dövlət tərəfindən ayrılan subsidiyaları mənimsəyən vəzifəli şəxslərə qarşı genişmiqyaslı əməliyyata başlayıb.

Əməliyyatda Kənd Təsərüfatı Nazirliyinin əməkdaşları da iştirak edib.

Məlumatdakı son cümlənin KTN-ni həmin mənimsəmə faktından kənarda tutmağa çalışmaq niyyətindən xəbər verdiyi açıqdır. Ovqat.com-un əldə etdiyi məlumata görə isə KTN-dən də yüksək səviyyəli məmurlar göz altına alınıb. Hətta Kənd Təsərrüfatı naziri İnam Kərimovun “sağ əli” kimi tanınan müavini İlham Quliyevin də göz altına alınanlar arasında olduğu bildirilir.

KTN-nin aldığımız məlumata reaksiyasını gözləyirik. Mətbuata qapalı olmaq İnam Kərimovun “innovativ peyğəmbər” imiciylə bir araya sığmır.

Əvvəlki yazı

İŞİD-ə qarşı əməliyyat: Elbrus tutuldu

Sonrakı yazı

İcra Hakimiyyəti nin 32 milyon manatlıq tenderlərini bu şirkətlər qazandı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.