Sabiq MTN polkovniki İlham İsmayılın bacısı oğlu koronavirus infeksiyasından dünyasını dəyişib.
Reportyor.info-nun verdiyi xəbərə görə, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. İlham İsmayıl xəbəri təsdiqləyib. Onun sözlərinə görə, bacısı oğlu bundan əvvəl infarkt keçirib.
“Həm də həddindən artıq kök idi. Bu tərəfdən də koronavirus infeksiyasına yoluxub və görünür ki, ilk gündən bunu bilməyib. Vəziyyəti ağırlaşandan təcili yardımla apardılar. Heç bir gün çəkmədi ki, dünyasını dəyişdi”, – deyə ekspert bildirib.