İlham Əliyevdən müxalifətçi alimə böyük jest

10 İyul 2019 - 20:15
157 oxunma

Prezident İlham Əliyev Cümhuriyyət dövrünün araşdırmaçısı Nəsiman Yaqublunun təltif edib.

“Reportyor.info” xəbər verir ki, prezidentin sərəncamı ilə tarixçi alim “Azərbaycan Xalq Cümhuriyyətinin Yubiley Medalı” ilə təltif edilib.

Müsavat Partiyasının üzvü olan N. Yaqublu bu təltifə belə reaksiya verib:

“31 illik cümhuriyyət tarixi araşdırmalarıma diqqət göstərildi.

Cümhuriyyət haqqında ilk məqaləmi 1988-ci ildə yazdım-Əhməd Cavadla və onun fəaliyyəti ilə bağlı. İkinci kitabımı 1990-cı ildə yazdım – M.Ə.Rəsulzadə ilə bağlı. Bütün bunlar sovet dövründə oldu.

Müstəqil Azərbaycan dövründə nəşr edilən kitablarımın sayı 23-ə qədərdir. Bu işlərə müəyyən diqqət göstərilməsi təbii ki, insanda məmnunluq doğurur. Lakin Cümhuriyyətimizə və başda M.Ə.Rəsulzadə olmaqla qurucularımıza daha da çox diqqət artırılmalıdır”.

İlham Əliyevdən müxalifətçi alimə böyük jest

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"