İLHAM ƏLİYEV KÜRÜ OĞURLAYAN SƏFİRİ GERİ ÇAĞIRDI! – Böyük qalmaqal (Yeniləndi)

19 Mart 2019 - 14:44
1030 oxunma

Prezidenti İlham Əliyev Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarovun geri çağırılması haqda fevralın 25-də sərəncam imzalayıb. Bu barədə virtualaz.org-a hökumət mənbələrindən məlum olub.

Martın 7-də isə xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirinin müavini Leyla Süleymanovanı bu ölkədəki müvəqqəti işlər vəkili təyin etmək barədə əmr imzalayıb. L.Süleymanova yeni səfirin təyinatına qədər müvəqqəti işlər vəkili vəzifəsini icra edəcək.

Bununla belə Azərbaycan XİN-in rəsmi saytında Daşqın Şikarov hələ də Birləşmiş Ərəb Əmirliklərindəki səfir kimi göstərilir.

Xəbər verdiyimiz kimi səfir D.Şikarovun adı biabırçı oğurluq qalmaqalına qarışıb. Məlum olub ki,  diplomat Azərbaycan hökumətinin Əbu Dabi hökmdarı Xəlif ibn Zayed əl-Nahayan üçün nəzərdə tutulmuş kürü hədiyyəsini mənimsəyib. Söhbət 10 banka kürüdən gedir. Habelə səfirlikdə 500 min dollara yaxın vəsaitin mənimsənildiyi üzə çıxıb və hazırda bununla bağlı araşdırma aparılır.

Daşqın Şikarov 2016-cı ilin yanvarında Birləşmiş Ərəb Əmirliklərində səfir olub. Ondan əvvəl isə Azərbaycanın Pakistandakı səfiri vəzifəsini tutub.

***

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarov Azərbaycan hökumətinin Əbu Dabi hökmdarı Xəlfi ibn Zayed əl-Nahayan üçün nəzərdə tutulmuş hədiyyəsini mənimsəyib.

Məlumatlı mənbələrdən virtualaz.org-a məlum olub ki, söhbət 10 banka kürüdən gedir.

Bundan başqa, hazırda Azərbaycanın Əbu-Dabidəki səfirliyində xüsusi komissiya işləyir, hansı ki, yarım milyon dolların yox olması faktını araşdırır. Şübhələr var ki, bu pul mənimsənilib.

Qeyd edək ki, Daşqın Şikarov kifayət qədər təcrübəli diplomatdır. Daha əvvəl o, Azərbaycanın Pakistanda və Əfqanıstandakı diplomatik missiyalarına başçılıq edib. O, Azərbaycanın BƏƏ-də səfiri vəzifəsinə 2016-cı ilin yanvarında təyin edilib.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"