İlham Əliyev Belarus dövlət katibi ilə görüşdü

18 Sentyabr 2019 - 16:20
67 oxunma

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Reportyor.info xəbər verir ki, Prezident İlham Əliyev nümayəndə heyətinin üzvlərini salamlayıb:

“Xoş gəlmisiniz. Sizi yenidən görməyimə şadam. Siz artıq ilk dəfə deyil ki, bizim ölkəmizə gəlirsiniz. Sizin hər səfəriniz qarşılıqlı maraq doğuran məsələlər haqqında danışmaq üçün yaxşı imkandır. Münasibətlərimizin xarakteri və ruhu haqqında danışmağa ehtiyac yoxdur. Biz onları çox yüksək qiymətləndiririk. Onlar dostluğa, qarşılıqlı anlaşmaya, qarşılıqlı dəstəyə əsaslanır. Əminəm ki, sizin bu səfəriniz də münasibətlərimizin gələcək inkişafına töhfə verəcək.

Bizim siyasi qarşılıqlı fəaliyyətimizin səviyyəsi çox yüksəkdir. Demək olar ki, dövlət başçılarının, digər rəsmi şəxslərin müntəzəm səfərləri, ticari-iqtisadi sahədə yaxşı irəliləmələr, birgə layihələr, birgə istehsal, təhlükəsizlik sahəsində, o cümlədən hərbi-texniki sahədə əməkdaşlıq mövcuddur. Belə ki, münasibətlərimiz dərin məzmunla zəngindir və nəticəyə yönəlib. Bir də demək istərdim, münasibətlərimizin fərqli xüsusiyyəti ondadır ki, biz qərar qəbul edirik, qərarların həlli yollarını müəyyənləşdiririk və nəticəsini görürük. Düşünürəm ki, bu müsbət dinamika gələcəkdə də saxlanılacaq, münasibətlər uğurla inkişaf etdiriləcək, ölkələrimizə və xalqlarımıza fayda gətirəcək. Sizi bir daha Azərbaycanda salamlayıram”.

Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas deyib:

“Sağ olun, hörmətli cənab Prezident, hörmətli İlham Heydər oğlu. Bugünkü görüşə görə sağ olun. Sizinlə görüşmək, söhbət etmək mənim üçün böyük şərəfdir”.

Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"