İlham Əliyev “Bakı 2019: Ulduzlar Finalı” qarşılaşmasında – FOTO

3 Mart 2019 - 15:44
127 oxunma

Bakının UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final matçına ev sahibliyi etməsi ilə əlaqədar ölkəmizdə təşkil olunan silsilə tədbirlər çərçivəsində martın 3-də paytaxtın mərkəzində, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qarşısında “Bakı 2019: Ulduzlar Finalı” adlı qarşılaşma keçirilir.

AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, qızı Leyla Əliyeva qarşılaşmaya baxırlar.

“Bakı 2019: Ulduzlar Finalı”nda məşhur futbolçular Yeju Dudek, Maykl Essien, Anderson Luis de Souza (Deku), Hamit Altıntop, Zaman Zahirzadə və Tural Dadaşovdan ibarət “Qərb ulduzları” komandası Şöhrət Qasımov, Nihat Kahveci, Andrey Arşavin, Revaz Arveladze, Vəli Qasımov, Nazim Süleymanov, Məhəmməd Tanrıverdiyevdən ibarət “Şərq ulduzları” komandası ilə qarşılaşır.

Əvvəlcə Prezident İlham Əliyev oyunda iştirak edən futbolçularla görüşüb.

UEFA Avropa Liqasının kuboku Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim edilib.

Sonra xatirə şəkli çəkdirilib.

Daha sonra oyun başlayıb.

Gərgin idman mübarizəsi şəraitində keçən görüş “Qərb Ulduzları” komandasının 11:10 hesablı qələbəsi ilə başa çatıb.

Sonra Prezident İlham Əliyev oyunu izləyən azarkeşlər və uşaqlarla görüşüb, xatirə şəkilləri çəkdirib.

275366_src

275370_src

275368_src

 

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"