Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsindəki 295 nömrəli tam orta məktəbdə, həmin rayonun Maştağa qəsəbəsindəki Cəfər Cabbarlı adına 187 nömrəli tam orta məktəbdə, Zabrat qəsəbəsindəki 192 nömrəli tam orta məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.
“AzərTAc” xəbər verir ki, dövlətimizin başçısına məktəblərdə görülən işlər barədə məlumat verilib.