İki dəfə işdən çıxarılma əmrini geri oxutduran direktor – ETSN-də son vəziyyət

3 İyul 2019 - 10:30
225 oxunma

Ağ Göl Milli Parkında Hikmət Əlizadə və Loğman Mehdiyevin “iş birliyi” ilə talan olunur


Muxtar Babayev Ekologiya və Təbii Sərvətlər naziri təyin edildikdən sonra ilk əvvəl qurumda islahatlar aparsa da sonradan müəmallı şəkildə kadr dəyişikliklərinə son verdi. AzEuroNews.com xəbər verir ki, sabiq nazir Hüseynqulu Bağırovun dövründə işləyən və daim mətbuatın gündəmindən düşməyən bir çox məmurlara Muxtar Babayevin yenidən etimad göstərməsi isə ictimai fikirdə heç də yaxşı qarşlanmadı.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev

Uzun müddətdi mətbuatın gündəmində olan Ağ Göl Milli Parkının direktoru olan Loğman Mehdiyevi  də iki ay öncə nazir Muxtar Babayev vəzifəsindən azad etməsi barədə xəbər yayılmışdı. Lakin sonradan müəmmalı şəkildə Loğman Mehdiyev işinə bərpa olundu. Daha doğrusu o, Ağ Göl Milli Parkının direktor müavini təyin edilib.

Loğman Mehdiyev

Qeyd edək ki, 5 ay öncəsəində də Loğman Mehdiyev işdən çıxarılmasına baxmayaraq cəmi 3 saat sonra yenidən vəzifəsinə bərpa edilmişdi. Loğman Mehdiyevin işdən çıxarılıb yenidən işinə bərpa edilməsi isə nazirlikdə birmənalı qarşılanmamışdı. Bu nazir Muxtar Babayevin zəifliyi kimi qəbul olunmuşdu.

Ağ Göl Milli Parkı

Saytımıza verilən məlumata görə, ikinci dəfə işindən azad olunub yenidən işinə bərpa olunması isə, Nazirlikdə Muxtar Babayevin biabırçılığı kimi dəyərləndirilib.  Çünki direktorluqdan çıxarılıb müavin təyin edilən Loğman Mehdiyev yenə də Ağ Göl Milli Parkının hakimi-mütləqidir və o yenə də Milli parkda brokonyerlərə geniş meydan tanımaqda davam edir.

Hikmət Əlizadə

Aldığımız məlumata görə Loğman Mehdiyev özünə yaxın olan şəxsi Ağ Göl Milli Parkına direktor gətirtmək  istəyir. Artıq bu  barədə himayədarı Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə ilə də razılaşdığı qeyd olunur.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"