Reportyor
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Reportyor
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor
Nəticə yoxdur
Bütün nəticələrə bax
Əsas səhifə Əyalət

İki başçını həbs gözləyir – Faktlar

2021-02-16
in Əyalət
0
İki başçını həbs gözləyir – Faktlar
0
Paylaşılıb
19
Oxunub
Facebook-da paylaş"Twitter"-də paylaş

Son 1 il ərzində Azərbaycanda 7 rayonun icra başçısı həbsə göndərilib. Bununla belə, hələ də qanunsuzluq edən həmkarlarının taleyindən nəticə çıxarmayanlar var. Bir sıra rayonlarda çox ciddi problemlər də qalmaqdadır. İcra başçıları dövlət büdcəsindən əhalinin sosial durumunun yaxşılaşdırılması üçün ayrılan məbləğləri müxtəlif yollarla nəğdləşdirməklə öz biznesinə xərcləyir, torpaqların ələ keçirilməsi də adi korrupsiya hallarıdır.

Azpolitika.info yazır ki, Tərtərdə baş verən hadisə icra başçısı Müstəqim Məmmədovun sonunu gətirə bilər. Belə ki, Tərtərin İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tələbə yoldaşı və “sağ əli” sayılan Tərtər Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin böyük məsləhətçisi Şahin Fətəliyev tərəfindən iri məbləğdə ziyana salınıb. Bir sahibkara satılan torpağın 250 min manat ödənişini təhvil alması üçün Tərtər rayon Xoruzlu kəndinə göndərilən Şahin Fətəliyev bu vəsaiti təhvil aldıqdan dərhal sonra rayonu tərk edib və Rusiyaya qaçıb. Məlumatda qeyd olunur ki, bu hadisədən Tərtərdə az qala hamının xəbəri var. Mənbə həmçinin iddia edir ki, rayonun müharibə zamanı zərər görən ticarət obyektlərinə ayrılan vəsaitlərin də bir qismi sözügedən şəxs tərəfindən mənimsənilib: “Həmin obyektlər arasında başçının şəxsi obyektləri də var. Bu obyektlərdən Şahin Fətəliyevin və başçının qeyri-rəsmi köməkçisi Tünarə Məmmədzadənin ailə üzvlərinin adına olanlar da olduğu üçün, təqdim edilən ödəniş kartlarının Şahin Fətəliyev tərəfindən nağdlaşdırılaraq, pulun başçıya təhvil verilməsi tapşırılıb. Lakin bu vəsaitlər də onun tərəfindən mənimsənilib” .

Bənzər Yazılar

“Biri ayağı dabanlı, biri dabansız geyinərsən” – Bərdə xəstəxanasında rəzalət

Bərdə xəstəxanasında biabırçı olay – Üzrü günahından betər… (SƏS YAZISI)

Bacı qardaşını öldürdü – Ağdaşda dəhşət

Müstəqim Məmmədov ile ilgili görsel sonucu

Müstəqim Məmmədov

Məlumatda qeyd olunur ki, bu hadisələrdən şoka düşən başçı günlərdir özünə gələ bilmir.

Qazax rayonunda da durum fərqli deyil. 2016-cı ilin mayında Qazax Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Rəcəb Abbas oğlu Babaşov fəaliyyətinin ilk ilində ona göstərilən etimadı doğrulda bilmişdi. İcra başçısı özünü hər kəsə qanunçuluğun müdafiəçisi, rüşvətxorluğa qarşı ardıcıl mübarizə aparan, haqqın-ədalətin yanında olan rəhbər şəxs kimi təqdim etməyi bacarmışdı. Sonradan Rəcəb Babaşov da öz maraqlarını xalqın mənafeyindən üstün tutan başçıların sırasına qoşuldu. Onun adı bir-birinin ardınca korrupsiya əməllərində hallanmağa başladı.

 

2018-ci ilin bu günlərində Qazaxdan gələn xəbərlərdən birində deyilirdi ki, başçı rayonda gəzərkən yağışdan qorunması üçün ayrıca mühafizəçisi var, o, çətir tutur. Yəni Rəcəb Babaşov təvazökar məmur obrazını tez bir zamanda kral obrazına dəyişdi. Rəcəb Babaşov növbəti dəfə 2019-cu ilin noyabrında yenidən gündəmə gəldi. Bu dəfə başçı dəyəri 250 min manat olan avtomobil almışdı. “Rang Rover” markalı, Az 99 FF 099 dövlət nömrə nişanlı avtomobillə işə gedib gələn başçının vəzifə maaşı 1500-1925 manat arasında dəyişir.

Qazaxdan gələn ən son məlumatda isə deyilir ki, rayonun Heydər Əliyev prospekti 106A ünvanında yaşayan 1-ci Qarabağ müharibəsi iştirakçısı Məhəmməd Ziyəddin oğlu Kazımovdan rüşvət tələb olunur. M.Kazımov müxtəlif instansiyalara müraciətində yazır ki, qardaşım 2-ci qrup əlil və qazidir: “Övladımın səhhətində ciddi problemlər olduğundan o, 44 günlük Vətən müharibəsində iştirak edə bilmədi. Buna baxmayaraq, qardaşım oğlu Sərxan Kazımov könüllü ordu sıralarına qoşuldu. Suqovuşanın və digər ərazilərimizin erməni işğalçılarından azad olunması uğurunda keçirilən döyüş əməliyyatlarında iştirak etdi. Nəsillikcə Qazax rayonunda yaşayırıq. Bibimin övladı olmadığından o, qəzalı vəziyyətdə və yaşı təqribən bir əsr olan evini mənə verdi. Həmin evi söküb yerində təzə ev tikmək qərarına gəldim və bu məqsədlə rayonun baş memarına, icra başçısına müraciət edib, layihəmi də təqdim etdim. Məqsədim 2-ci qrup əlil və qazi olan qardaşım Oqtayın ailəsi ilə birlikdə burada yaşamaq idi. Etdiyim müraciətdən sonra RİH Aparatından gəlib həmin evə baxış keçirdilər və bu gün-sabah deyib işi uzatdılar. Təqdim etdiyim layihədə ev tikintisi göstərilsə də, onlar ”Sən burada obyekt tikəcəksən” deməklə, açıq-aşkar şəkildə məni “fırlatdılar”.

Yəni aramızda əmələ gələn söz-söhbətlərdən sonra məni çox incitdilər və hətta iki dəfə polisə də verdilər. Qeyd edim ki, tikinti işlərinə başlamazdan öncə kənar şəxslərdən beton tökmək üçün icarəyə “opalovka” götürmüşdüm. Elə ki, RİH-in əməkdaşları tikinti işlərinə başlamağıma maneə oldular və bu minvalla vaxtı uzatmağa çalışdılar, o halda onlara bildirdim ki, icarəyə götürdüyüm “opalovka” pulunun üstünə gündəlik faiz pulu yığılır. RİH-in rəsmləri bu yöndə danışıqlarıma əhəmiyyət vermədilər və hətta “opalovka”nı sökməyimə də icazə vermədilər. Belə olan halda bir kimsəyə məhəl qoymadan “opalovka”nı özbaşına sökməyə başladım, o halda polislər həmin yerə gəldilər və “Səndən RİH-ə şikayət olunub” deyərək, mənə 300 manat məbləğində cərimə də yazdılar. Bildirirəm ki, əsas işimə maneə olan şəxs Qazax RİH-in başçısının birinci müavini Məmməd Alıyev oldu. Bir neçə gün bundan öncə o, məni rayonun “Kərpic zavod” adı ilə tanınan ərazisinə çağırtdırdı. Həmin yerə çatarkən şahidi oldum ki, ayrı-ayrı şəxslər orada iş görürlər, Məmməd Alıyev və onun yanında olan şəxslər isə iş prosesinin gedişinə nəzarət edirdilər.

Rəcəb Babaşov ile ilgili görsel sonucu

 Rəcəb Babaşov

Bir sözlə, Məmməd Alıyevin olduğu yerə çatanda ona “işim necə olacaq və nə qədər xərcim çıxacaq” deyə sual etdim. O halda o, hər 2 əlindəki barmaqlari irəliyə uzadaraq mənə göstərdi. Yəni Məmməd Alıyev eşidilə biləcək səs tonu ilə deməsə də, mənə barmaqlarının işarəsi ilə xərcimin 10 min manat olacağını bildirdi. Öz-özümə sual etdim ki, bəlkə o, hansısa səbəbdən çaşıb və “0″ rəqəminin birini artıq deyir. Bir sözlə, Məmməd Alıyev başda olmaqla, bu gün RİH-in bəzi şəxsləri məni çıxılmaz vəziyyətə salıblar. Tikinti işlərində istifadə etmək üçün aldığım sementlər daşlaşıb, onlar mənimlə bir növ düşmənçilik aparırlar. İlk əvvəl mənə layihədə dəyişikliklər etməyi bildirdilər. Qeyd etdirdikləri dəyişiklikləri qaydaya saldırıb, bir daha layihə planını onlara təqdim etdim. Daha sonra bildirdilər ki, ”sən qonşundan da razılıq ərizəsi almalısan”. Bəli, həmin ərizəni də alıb RİH-ə təqdim etdim. Bundan sonra da layihə planını təsdiq edib mənə vermədilər. Belə olan halda iki-üç dəfə icra başçısının qəbuluna düşmək istədim, heç bir halda qəbula düşməyə imkan vermədilər. Bu gün mən Məmməd Alıyevə sərbəst sözümü deyə bilmirəm. 4 aydan çox vaxt keçsə də, sənədlərimi təsdiq edib vermirlər ki, tikinti işlərimə başlayım. Faktdır ki, məni süründürməklə məşğul olurlar”.

Tərtərdə və Qazaxda baş verənlər ölkə rəhbərliyinin əhalinin sosial durumunun yaxşılaşdırılması yönündə apardığı siyasətə daban-dabana ziddir.  Prezident İlham Əliyev çıxışlarında deyib ki, bəzi yerli icra orqanlarında müşahidə olunan “biabırçı mənzərə” bütün xalqı hiddətləndirir.

“Bundan sonra da təmizləmə işləri aparılacaqdır, həm mərkəzi, həm də yerli icra orqanlarında, bütün dövlət qurumlarında. Mən demişəm, bir daha demək istəyirəm ki, əgər kimsə dövlət işində işləmək istəyirsə, onun niyyəti də, əməlləri də təmiz olmalıdır. Əgər hansısa bir adam özündə bu xüsusiyyətləri görmürsə, o, dövlət işindən getsin, sabah bədbəxt olmasın” – deyə prezident bildirib…

“Bakı Hüquq Şirkəti”nin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Prezidentin ən vacib tapşırıqlarından biri də icra başçılarının xalqa ləyaqətlə xidmət etməsi ilə bağlıdır: “İlham Əliyev icra başçılarına tapşırıb ki, öz ərazilərində sakinlərlə görüşüb, əhalinin problemlərini öyrənib həll etsinlər, ən azı buna çalışsınlar. Lakin rayonlardan gələn xəbərlər onu deməyə əsas verir ki, xalqına ləyaqətlə xidmət etməyən şəxslər, vəzifə səlahiyyətlərindən sui-istifadə edən, korrupsiya yolunu seçənlər hələ də vəzifələrdə var. Belə şəxsləri əlbəttə ki,  ciddi cəzalar gözləyir. Bu günə qədər artıq bir neçə icra başçısı vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi üçün həbs olunub. Bir çox başçılar həbsə gedən həmkarlarının aqibətindən nəticə çıxarmayıb. Hələ də xalqına ləyaqətlə xidmət etməyən, Prezidentin göstərişlərini yerinə yetirməyən icra başçıları var və onların da cəzalandırılacaqları gün uzaqda deyil”.

PaylaşTweetYollaYollaPaylaşQR oxut
Bizim Video
Əvvəlki yazı

"Ermənilər Türkiyə və Azərbaycanın əllərini öpməlidirlər" - Kılıç

Sonrakı yazı

“Proqress 2016” MTK qurbanları PA önündə aksiya keçirəcək

Sonrakı yazı
“Proqress 2016” MTK qurbanları PA önündə aksiya keçirəcək

“Proqress 2016” MTK qurbanları PA önündə aksiya keçirəcək

Zəngəzurdan keçən 21 kilometrlik yol Azərbaycana verilir

Zəngəzurdan keçən 21 kilometrlik yol Azərbaycana verilir

Dövlət büdcəsindən 10 siyasi partiyaya pul verildi (SİYAHI)

Dövlət büdcəsindən 10 siyasi partiyaya pul verildi (SİYAHI)

Discussion about this post

Bizə Qoşulun

  • 21.1k Üzvs
  • 11.9k Abunəs
  • 1.2k Abunəs

Son Xəbərlər

“Kapitalbank” 3 milyonu necə çıxarıb? – Yaşat Fondu bəhanəsi…

“Kapitalbank” 3 milyonu necə çıxarıb? – Yaşat Fondu bəhanəsi…

2021-03-02
Anar: “Qurultay pandemiyadan sonra keçiriləcək”

Anar: “Qurultay pandemiyadan sonra keçiriləcək”

2021-03-02
Məktəbdə 8 Mart üçün pul yığılarsa… – Nazirlik

Məktəbdə 8 Mart üçün pul yığılarsa… – Nazirlik

2021-03-02
YAP-da növbədənkənar qurultay: “yarpaq tökümü” gözlənir

YAP-da növbədənkənar qurultay: “yarpaq tökümü” gözlənir

2021-03-02
Deputat Operativ Qərargaha üsyan etdi – Bu mifik qurumda…

Deputat Operativ Qərargaha üsyan etdi – Bu mifik qurumda…

2021-03-02
Bərdə xəstəxanasında biabırçı olay – Üzrü günahından betər… (SƏS YAZISI)

“Biri ayağı dabanlı, biri dabansız geyinərsən” – Bərdə xəstəxanasında rəzalət

2021-03-02
Tural Abbaslıdan “Proqress 2016” MTK rəhbərinə ağır ittiham: Şəhidin evini satıb – Video

Tural Abbaslıdan “Proqress 2016” MTK rəhbərinə ağır ittiham: Şəhidin evini satıb – Video

2021-03-02
Vilayət Eyvazov daha bir polis zabitini Qubadan Suraxanıya gətirdi

Vilayət Eyvazov daha bir polis zabitini Qubadan Suraxanıya gətirdi

2021-03-02
Ərdoğan Azərbaycanla Türkiyə arasında daha bir vacib sənədi TƏSDİQLƏDİ

Ərdoğan Azərbaycanla Türkiyə arasında daha bir vacib sənədi TƏSDİQLƏDİ

2021-03-02
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək

Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək

2021-03-02
“Azərsu” mişar daşını hansı şirkətdən alır? – Tender oyunu ilə bağlı daha bir fakt

“Azərsu” mişar daşını hansı şirkətdən alır? – Tender oyunu ilə bağlı daha bir fakt

2021-03-02
“Türkiyən xüsusi qüvvələrinin İrəvanda yerləşdirilməsi…” 

“Türkiyən xüsusi qüvvələrinin İrəvanda yerləşdirilməsi…” 

2021-03-02
Əfqan Nağıyevin qardaşı haqda yenidən cinayət işi başlandı

Əfqan Nağıyevin qardaşı haqda yenidən cinayət işi başlandı

2021-03-02
YAP-ın gizli qərarı: Bu həftə islahat qurultayı olacaq

YAP-ın gizli qərarı: Bu həftə islahat qurultayı olacaq

2021-03-02
Sürücülərin nəzərinə: Sabah bu yolda hərəkət məhdudlaşdırılacaq

Sürücülərin nəzərinə: Sabah bu yolda hərəkət məhdudlaşdırılacaq

2021-03-01
Bakıda beşmərtəbəli binada yanğın, sakinlər təxliyə olundu

Bakıda beşmərtəbəli binada yanğın, sakinlər təxliyə olundu

2021-03-01
Erməni əsirliyindən xilas edilən qazimiz evinə döndü – VİDEO

Erməni əsirliyindən xilas edilən qazimiz evinə döndü – VİDEO

2021-03-01
Əsəd haqda 30 səhifəlik hesabat: işgəncə, təcavüz…

Əsəd haqda 30 səhifəlik hesabat: işgəncə, təcavüz…

2021-03-01
“Elşaddan sonra məhv oldum” – Oksana

“Elşaddan sonra məhv oldum” – Oksana

2021-03-01
Ermənistan referenduma gedir – SON DƏQİQƏ

Ermənistan referenduma gedir – SON DƏQİQƏ

2021-03-01

Seçmə

  • Bütün
  • SEÇMƏ
Anar: “Qurultay pandemiyadan sonra keçiriləcək”
SEÇMƏ

Anar: “Qurultay pandemiyadan sonra keçiriləcək”

2021-03-02
Tural Abbaslıdan “Proqress 2016” MTK rəhbərinə ağır ittiham: Şəhidin evini satıb – Video
SEÇMƏ

Tural Abbaslıdan “Proqress 2016” MTK rəhbərinə ağır ittiham: Şəhidin evini satıb – Video

2021-03-02
“Türkiyən xüsusi qüvvələrinin İrəvanda yerləşdirilməsi…” 
SEÇMƏ

“Türkiyən xüsusi qüvvələrinin İrəvanda yerləşdirilməsi…” 

2021-03-02
Vilayət Eyvazov baş leytenantı rəis TƏYİN ETDİ
SEÇMƏ

Vilayət Eyvazov baş leytenantı rəis TƏYİN ETDİ

2021-03-01
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin yeni inzibati binasının açılışı oldu
SEÇMƏ

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin yeni inzibati binasının açılışı oldu

2021-03-01
“Azərişıq”la qalmaqallı baş həkim arasında 2 milyonluq iş
Araşdırma

“Azərişıq”la qalmaqallı baş həkim arasında 2 milyonluq iş

2021-03-01
Reportyor

Baş redaktor: Arifə Əliyeva Vahid qızı
Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon - (99477) 399-55-66

Votsap - (99455) 3490491

Email - reportyor.info@gmail.com

Follow Us

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • Idman
  • Köşə
  • Kriminal
  • Manşet
  • Rəsmi
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Təhsil
  • Uncategorized
  • Əyalət

Son əlavələr

“Kapitalbank” 3 milyonu necə çıxarıb? – Yaşat Fondu bəhanəsi…

“Kapitalbank” 3 milyonu necə çıxarıb? – Yaşat Fondu bəhanəsi…

2021-03-02
Anar: “Qurultay pandemiyadan sonra keçiriləcək”

Anar: “Qurultay pandemiyadan sonra keçiriləcək”

2021-03-02
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2020 Qurdqanli Design.

© 2020 Qurdqanli Design.