03-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

II Qarabağ müharibəsində itkin düşən 13 əsgər… (FOTOLAR)

19 Yanvar 2021, 22:26
Cəmiyyət
A A
II Qarabağ müharibəsində itkin düşən 13 əsgər… (FOTOLAR)

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən 44 günlük Vətən müharibəsində 50 hərbçimiz itkin düşüb ki, bunlardan da 13-ü əsgərdir.
Reportyor.info xəbər verir ki, Vətən müharibəsi zamanı itkin düşmüş 13 əsgərlə bağlı ətraflı məlumatı təqdim edir:
Yusubov Orxan Allahverdi oğlu
Vətən müharibəsində itkin düşən Orxanın bu gün 29 yaşı tamam olur.
O, sentyabrda Kəpəz rayon Səfərbərlik Xidmətinin çağırışıyla təlimə yollanıb. N saylı hərbi hissənin “Həmlə” qrupunda olub. Orxan Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. 3 aydan artıqdır ki, ailəsi Orxandan xəbər ala bilmir. İtkin düşən əsgərimiz Kəpəzdə yerləşən marketlərin birində administrator işləyib. Orxan subaydır.
 
Səfərli Xəqani İlqar oğludur
1991-ci il təvəllüdlü Xəqani Vətən müharibəsinə Bakının Xətai rayon Hərbi Komissarlığının çağırışı ilə gedib. O, sonuncu dəfə ailə üzvləri ilə oktyabrın 4-də əlaqə saxlayıb. Həmin tarixdən sonra yaxınları Xəqanidən xəbər ala bilmir.
Salamov Qorxmaz Bayram oğludur
1996-cı il təvəllüdlü əsgərimiz Şəkinin Baş Göynük kəndindəndir. O, sonuncu dəfə ailəsi ilə oktyabrın 14-də əlaqə saxlayıb. Qorxmazın həmin vaxt Suqovuşan istiqamətində olduğu bildirilib. Lakin sonrada əsgərdən xəbər alınmayıb.
Qədirli Elnur Rəcəb oğlu
1997-ci ildə İsmayıllının Diyallı kəndində anadan olub. Sentyabrın 29-da Vətən müharibəsinə yollanıb. Ailəsi sonuncu dəfə Elnurla oktyabrın 7-də əlaqə saxlayıb. Həmin tarixdən sonra Elnurdan xəbər yoxdur.
Mustafayev Elvin Fuad oğlu
1997-ci ildə Gəncədə anadan olub. Vətən müharibəsinə könüllü yollanıb. Sonuncu dəfə ailəsi ilə Zəngilan işğaldan azad ediləndə əlaqə saxlayıb. Həmin tarixdən sonra Elvindən xəbər yoxdur.
Məmmədov Vüsal Elşən oğlu
1998-ci il təvəllüdlü Vüsal 8 noyabr tarixindən itkindir. Sonuncu dəfə onun Xocavənd isdiqamətində döyüşdüyü bildirilir. 2 aydan çoxdur ki, ailəsi Vüsaldan xəbər ala bilmir.
Bundan başqa, 1997-ci il təvəllüdlü Məmmədli Cavidan Valeh oğlu və 2002-ci il təvəllüdlü Ağayev Əmirağa Mahir oğlu da itkin düşən əsgərlərimizdəndir.
Ailəsi 2000-ci il təvəllüdlü Qalası ilə sonuncu dəfə noyabrın 2-də danışıb. Bu zaman o, Şuşaya (Daşaltına) döyüşə yola düşdüklərini bildirib. Artıq iki aydan çoxdur ki, əsgər Kərimlidən xəbər yoxdur.
Onud da qeyd edək ki, itkin əsgərimiz Zəngilan, Füzuli, Hadrut uğrunda da döyüşüb. O, Prezidentin sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif olunub.
İsmayılov Rəcəb Nəcəf oğlu
Rəcəb 2000-ci ildə İmişli rayonu, Əliqulular kəndində doğulub. Axırıncı döyüş yeri Qubadlı olub. İmişlidə itkin düşən iki nəfərdən biridir. Oktyabrın sonlarından sonra ailəsi Rəcəbdən xəbər ala bilmir.
İmanov Məmmədağa İqab oğlu
O, Neftçala rayonundan hərbi xidmətə yollanıb. Döyüşlər başlayanda Beyləqanda xidmət edib. Sonuncu dəfə ailəsi ilə sentyabrın 29-da əlaqə saxlayıb. 2001-ci il təvəllüdlü əsgərizdən 3 aydan çoxdur ki, xəbər yoxdur.
Feyzullayev Aydın Zakir oğlu
25 yaşlı Aydın Feyzullayev sentyabrda Suraxanı Səfərbərlik Xidməti tərəfindən təlimlərə çağırılıb. Döyüşlər başlayanda onları Horadizə aparıblar. Müharibənin ilk günləri ailəsiylə əlaqə saxlasa da, oktyabrın 1-dən ondan xəbər ala bilmirlər.
Əsgərimizin atası Zakir Feyzullayev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, oktyabrın 14-ü oğlunun dalınca Füzuliyə gedib, xidmət etdiyi hərbi hissəni, döyüşçü yoldaşlarını tapıb:
“Döyüşçü yoldaşları dedilər ki, ermənilərlə 30-40 metr məsafədə 500-600 əsgər üzbəüz vuruşub. Aydın da yanlarında olub, sonradan ətrafa baxıblar ki, Aydın yoxdur. Hara yox olub bilinmir. Deyilənə görə həmin gün, həmin yerdə şəhidimiz olub. Danışdığım uşaqlar qayıdıblar, oğlum isə itkin düşüb. Həmin ərazilər azad ediləndən sonra döyüşçü yoldaşları şəhidlərimizin nəşini ərazidən çıxarıblar. 3-4 nəfər dostu bütün ərazini axtarıb, qamışlığa qədər baxıblar, Aydının nə ölüsünü, nə də dirisini tapa bilməyiblər”.
Rajapov Əmrah XXX
Əmrah 2000-ci ildə Gəncədə anadan olub. Kiçik yaşlarında atasını itirən Əmrah, sonradan anası tərəfindən Gəncə şəhərində yerləşən Uşaq Evinə verilib. Orta məktəbdən məzun olduqdan sonra da, ona dövlət tərəfindən Masazır məzunlar evindən mənzil hədiyyə olunub. 2019-cu ilin oktyabrında hərbi xidmətə yollanıb.

V

Vətən müharibəsində Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. Məlumata görə, o, oktyabrın 8-də şəhidlik zirvəsinə ucalıb. Onun itkin siyahasında adının olmasına gəlincə, bunun Əmrahın tibbi-ekspertizasının hələ də davam etməsi ilə bağlı olduğu bildirilir. Məlumata görə, heç bir yaxını olmadığı üçün ekspertizanın nəticələri bu səbəbdən gecikir.
Əvvəlki yazı

Qarabağda 210 ədəd mina zərərsizləşdirildi (FOTO)

Sonrakı yazı

20 Yanvar faciəsindən 31 il ötür

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39
Əməliyyat zamanı saxlanılan onlardır

Əməliyyat zamanı saxlanılan onlardır

30 İyun 2025, 18:36
Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

30 İyun 2025, 17:57
KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

30 İyun 2025, 17:42
Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.