14-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

İcra başçısının “tender əməliyyatları” – 10 manatlıq “möcüzəvi şirkətlər”

06 İyul 2020, 17:20
Manşet
A A
İcra başçısının “tender əməliyyatları” – 10 manatlıq “möcüzəvi şirkətlər”

Füzuli Rayon Mənzil İstismar İdarəsi və Füzuli Rayon Kommunal Müəssisələr Kombinatı “Şans-77” MMC ilə toplam maliyyə dəyəri 134 815.69 AZN olan 3 müqavilə imzalayıb. 

Reportyor.info xəbər verir ki, sözügedən MMC Füzuli Rayon Mənzil İstismar İdarəsi ilə bağladığı müqaviləyə əsasən (məbləğ 49 600.19 AZN) Horadiz şəhərində 20 yanvar küçəsini abadlaşdırmalıdır.

Füzuli Rayon Kommunal Müəssisələr Kombinatının “Şans-77” ilə bağladığı 2 müqaviləyə gəlincə, MMC Horadiz şəhərində “Heydər parkı”nda və qarşısındakı kiçik parkda abadlıq işlərini və işıqlandırma sisteminin yaxşılaşdırılmasını (məbləğ 49 498.5 AZN) və dəftərxana, təsərrüfat, maşın və mexanizmlərin təmiri işlərini (məbləğ 35 720 AZN) həyata keçirməlidir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən “Şans-77” MMC 24 dekabr 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Böyük Şor (Daş karxana), ev 190-da yerləşir. Şirkətin qanuni təmsilçisi isə Həşimli Nicat Miryəhya oğludur.

Açıq mənbələrdə Nicat Həşimli barəsində hər hansı məlumat yoxdur. Onun rəhbəri olduğu şirkətə gəlincə, bir ildir yaranmasına baxmayaraq artıq Füzuli rayonunun büdcə təşkilatlarının keçirdiyi bir neçə tenderin qalibi olub. Məsələn, az əvvəl MMC fəaliyyətdə olan körpələr evi-uşaq bağçalarına maşın və avadanlıqların 54 850 manat dəyərində satınalınmasının qalibi  olub.

Mediada gedən xəbərlərə görə, şirkət əslində Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin nəzarətindədir. Bildirilir ki, icra başçısı tez-tez bu sayaq MMC-lər təsis edir və tenderlər də adətən bu şirkətlərin arasında bölüşdürülür. Konkret olaraq may ayında Füzuli Rayon İcra Hakimiyyətinin keçirdiyi və toplam maliyyə dəyəri 538 690 AZN olan 3 tenderin qalibi yeni yaranmış şirkətlər olub.  Söhbət “Çinar-N” MMC (məbləğ 199 326 AZN), “Xəmsə-M.X” MMC (məbləğ 199 221 AZN) və “Ağçala-LM” MMC-dən (məbləğ 140 143 AZN) ilə bağlanan müqavilələrdən gedir.

Müqavilələrdə Horadiz şəhərində Bayraq meydanı ərazisində yolun, H.Əliyev prospektindən Horadiz şəhər qəbiristanlığına qədər olan avtomobil yolunun təmiri və “sair xərclər” nəzərdə tutulub. Bu şirkətlərin üçü də cari ilin fevral ayında yaranıb. Yəni, yaranmalarından 2 ay sonra onlar iri məbləğli tenderlərin qalibi olublar.

“Çinar-N” MMC 6 fevral 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Alatava 1, ev 131 olan MMC-nin nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi isə Hümbətov Məmmədhüseyn Məmmədhüseyn oğludur.

“Xəmsə-M.X” MMC isə 13 fevral 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Maraqlıdır ki, bu şirkətlə “Çinar-N” MMC-nin hüquqi ünvanı üst-üstdə düşür. Yəni, “Xəmsə-M.X” MMC də Yasamal rayonu, Alatava 1, ev 131-də yerləşir. Nizamnamə kapitalı 20 manat olan şirkətin qanuni təmsilçisi Mustafazadə Xəyal Aqil oğludur.

“Ağçala-LM” MMC-yə gəlincə,  bu şirkət 27 fevral 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan şirkətin qanuni təmsilçisi Bayramov Emin Elşad oğludur. MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Alatava 1, ev 95-də yerləşir. Bu şirkət də Füzuli rayon Kommunal Müəssisələr Kombinatının 191 000 manatlıq müqavilə imzaladığı “Qədim Yurd” MMC ilə eyni ünvanda yerləşir.

Əvvəlki yazı

Səidə müğənni həmkarlarına “qoyun” dedi – Qalmaqal

Sonrakı yazı

DİN-dən “Fairmont Baku”nun rəhbəri ilə bağlı açıqlama

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.