Qubanın icra başçısının sabiq müavini nə üçün intihar edib? –Baş Prokurorluq açıqlama yaydı

16 Avqust 2019 - 11:08
171 oxunma

Baş Prokurorluğun mətbuat xidməti Quba Rayon İcra Hakimiyyəti başçısının sabiq müavininin intiharı ilə bağlı açıqlama yayıb.

Reportyor.info-ya daxil olan açıqlamada bildirilib ki, avqustun 15-də Quba şəhərində yaşamış 1959-cu il təvəllüdlü Abbasov Canpolad Şıxmurad oğlunun yaşadığı evin həyətində yardımçı tikilidə özünü asaraq intihar etməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Meyitin xarici müayinəsi zamanı boyun nahiyyəsində stranqulyasiya şırımından başqa hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmayıb.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

İntiharın səbəblərinin araşdırılması məqsədilə mərhumun ailə üzvlərinin, qonşuların və digər şəxslərin ifadələri alınıb.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, Canpolad Abbasov 2000-2002-ci illərdə Quba rayon İcra Hakimiyyəti başçısının müavini, 2006-2009-cu illərdə müxtəlif vəzifələrdə çalışıb, 2009-cu ildən isə təqaüdə çıxıb.

İlkin istintaqla sağlığında C.Abbasovla amansız rəftar edən, mütəmadi olaraq ləyaqətini alçaltmaqla hədə-qorxu gələrək özünü öldürmə həddinə çatdıran şəxs olmayıb, eləcə də mərhumun hər hansı şəxsə borcu olmaması müəyyən edilib.

Mərhumun ailə üzvləri və qohumları ifadələrində C.Abbasovun intihar etməsinə səbəb kimi 2014-cü ildə oğlunun intihar etməsi ilə bağlı günahkar olmasını, özünə qapanmasını, hətta əvvəllər də bu səbəbə görə 2 dəfə intihara cəhd etməsini bildiriblər.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
***
quba_rayon_icra_hakimiyyeti_esas_55Qubada keçmiş məmur özünü asaraq intihar edib.  hadisə Quba şəhəri 5-ci məhəllə ünvanında baş verib.  Belə ki, 1959-cu il təvəllüdlü Canpolad Abbasov özünü yaşadığı evin həyətində asaraq intihar edib. (“Report”)

Virtualaz.org Qubadakı mənbələrdən dəqiqləşdirib ki, Canpolad Abbasov Quba rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin rəhbəri işləyib. (Hazırda bu mərkəz DSMF-nin yerli şöbəsi ilə birləşdirilib, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Quba rayon şöbəsi adlanır,-red.)

Habelə mərhum Quba rayon İcra Hakimiyyətində yüksək vəzifə tutub, 2014-cü ildə qısa  müddət icra başçısının müavini işləyib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Quba rayon şöbəsinin işçilərindən biri virtualaz.org-a bildirib ki, Canpolad Abbasovun canına qıyması onları şoka salıb. “Mərhum çox sakit, təmkinli adam idi. Eşidəndə şoka düşdük. Bir neçə il əvvəl oğlu gənc yaşlarında intihar etmişdi, həmin hadisədən çox sarsılmışdı”,-mənbə deyib.

Canpolad Abbasovun oğlu Elvin Abbasov 2014-cü ildə özünü asaraq intihar edib. Onun intihardan əvvəl məktub yazaraq “həyatdan bezdiyini” bildiribmiş. Məlumatlara görə intihar edərkən 29 yaşında olan Elvin Abbasov Qubada kompüter xidmətləri göstərən ofisində özünü asıb. Onun iki uşağının olduğu, boşandığı deyilirdi…

Xatırladaq ki, bu gün Zaqatala rayon Məşğulluq Mərkəzinin direktoru, 1980-ci il təvəllüdlü Musa Feyzullayev yaşadığı Qax rayonunda, evlərində özünü asıb. Onun asılmış meyitini anası aşkar edib, faciənin səbəbləri məlum deyil.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"