04-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“İcra başçısının rayondan xəbəri yoxdur, heç bir ciddi iş görmür” – Sabir Rüstəmxanlı

01 İyun 2018, 10:26
Gündəm
A A
“İcra başçısının rayondan xəbəri yoxdur, heç bir ciddi iş görmür” – Sabir Rüstəmxanlı

Xəbər verdiyimiz kimi, Xalq şairi, VHP sədri, sabiq millət vəkili Sabir Rüstəmxanlı Yardımlı rayonunda təhsil aldığı orta məktəbdə şagirdlərlə görüş keçirmək istəyərkən rayonun icra başçısı Ayaz Əsgərovun qadağası ilə üzləşib. Öncədən görüş müvafiq qurumlarla, eləcə də icra başçısı ilə razılaşdırılsa da, son anda başçının əmri ilə ona məktəbə daxil olmasına icazə verilməyib. Yalnız Prezident Aparatının və Təhsil Nazirliyinin müdaxiləsindən sonra görüş baş tutub.

Xalq şairi özünə qarşı edilən bu hərəkəti hörmətsizlik kimi qiymətləndirərək, sosial şəbəkədə bu haqda etirazını bildirib.

S.Rüstəmxanlı “Yeni Müsavat” qəzetinə açıqlamasında ona qarşı edilən haqsızlığa bir daha etirazını bildirib: “Mən öz oxuduğum məktəbə şagirdlərlə görüşə getmişdim, öncədən icra başçısına zəng edib məlumat da vermişdim. Ayaz Əsgərov mənə telefonda dedi ki, gəlin, burada danışarıq, heç bir problem yoxdur. Daha sonra bildirdi ki, gərək Təhsil Şöbəsinin müdiri bununla bağlı Təhsil Nazirliyindən icazə alsın. Təbii, Təhsil Nazirliyinin yerli şöbələrdən belə bir tələbi ola bilər ki, məktəbə kimlərsə gələndə onlarla razılaşdırılsın. Bunu ona görə edirlər ki, müəyyən jurnalistlər, tanınmamış şairlər, yazıçılar, dini qurumların nümayəndələri gedir və aydın məsələdir ki, hər kəsi şagirdlərlə görüşə buraxmaq olmaz. Ancaq mən bu məktəbi bitirmişəm, 25 illik deputat fəaliyyəti dövrümün 15 ilini Yardımlının millət vəkili olmuşam. Mənim adım o şagirdlərin dərsliklərində var. İcra başçısı bütün bunlara rəğmən, mənə Bakıda ikən etirazını bildirmir, ”gəl” deyir. Daha sonra Yardımlıya gedib öncədən onunla görüşmüşəm… Bəhanə gətirdi ki, gərək Təhsil Şöbəsi Təhsil Nazirliyi ilə bu görüşü razılaşdırsın. Sonra bəlli oldu ki, Təhsil Şöbəsinin müdiri Lənkərana müşavirəyə gedib, məktəbin direktoru da yerində yoxdur, başçı da mənimlə danışdıqdan sonra telefonu söndürüb. Bütün bunlar mənim görüşümə mane olmaq üçün idi”.

1509086893_ayaz-esgerov-icraXalq şairinin sözlərinə görə, ötən illər ərzində təkcə məktəbin deyil, ümumilikdə rayonun təhsil uğurlarında geriləmə baş verib:“Məktəbdə gördüklərim ürəyimi ağrıtdı. Artıq nə məktəb, nə də müəllimlər əvvəlki kimi deyil. Müəllimlərə tapşırıq vermişdilər ki, görüş keçirmək olmaz, onlar da nə edəcəklərini bilmədən mənim üzümə baxırdılar. Müəllimlər görüşü təşkil etməyə cəhd etsələr də, ardıcıl zənglər gəlirdi ki, olmaz… Sanki təxribatçı bir insan məktəbə gəlib. Halbuki bu görüşün uşaqlar üçün əhəmiyyəti çox böyükdür. Nəhayət, icra başçısı ilə əlaqə yaratmağa nail oldum və ona sözümü dedim, bildirdim ki, sənin bunu etməyə haqqın yoxdur. Bundan sonra Prezident Aparatına zəng edib məlumat verdim, onlar bir neçə dəqiqə ərzində Təhsil Nazirliyinin də iştirakı ilə bu məsələni həll etdilər. Yalnız bundan sonra icra başçısının müavini gəldi ki, görüş yüksək səviyyədə keçməlidir və s. Bu nə demək idi? Necə oldu ki, 5 dəqiqəyə hər şey dəyişdi? Əgər Prezident Aparatı mənim xahişimi bir neçə dəqiqəyə həll etdisə, o zaman bu qadağanı qoyan kimdir? Ölkənin müstəqillik aktında imzası olan, xalq şairi adını daşıyan bir insan nə üçün məktəblərə gedə bilməz?”

Sabiq millət vəkili bu cür münasibəti özünə qarşı təhqir kimi qiymətləndirdi: “İcra başçısının nə haqqı var ki, məni təhqir etsin?! Bu insanın rayondan xəbəri yoxdur, heç bir ciddi iş görmür, oturduğu kabinetdən çıxmır… Rayonda təhsilin səviyyəsi də aşağı düşüb. Çox güman ki, icra başçısı mənim məktəblərdəki vəziyyətdən xəbər tutacağımı nəzərə alaraq belə bir görüşə mane olmaq istəyirmiş. Mən ona da təklif etdim ki, özü, ya müavini, ya da təhlüləsizlik orqanlarından hansısa nümayəndə gəlsin görüşdə otursun və görsün ki, biz şagirdlərlə nədən danışırıq. Görüşümüz müstəqilliyə həsr olunmuşdu, Azərbaycanın müstəqillik tarixindən, təhsildən danışırdıq”.

Xalq şairi hesab edir ki, icra başçısının görüşə mane olmaq istəməsinin əsas səbəbi baş verən neqativ halları gizlətmək olub: “Biz bilirik ki, müəlliflərin, şair və yazıçıların orta məktəblərə gedib görüş keçirməsi o şagirdlərin zehnində silinməz izlər buraxır, onların kitaba, ədəbiyyata marağını artırır. Əksinə, məktəb özü xahiş etməlidir ki, biz şagirdlərin görüşünə gedək. Mən 300 kilometr yol getmişəm, bunu dəyərləndirmək əvəzinə, tərbiyəsiz şəkildə mənim önümü kəsirlər. Bu, şagirdlərə də, müəllimlərə də çox pis təsir etdi. İcra başçısı kimi kimdən qoruyur, mənim məktəbimi, mənim rayonumu məndən qoruyur? Bu dövləti quranlardan biri də mənəm, sən bu dövləti məndənmi qoruyursan?”

Əvvəlki yazı

Xalqsız artist: Əbülfəs Qarayevin “Fəlakətə” aparan fəxri ad deqradasiyası…

Sonrakı yazı

DSX və DTX-nın birgə əməliyyatı –İrana keçmək istəyən əcnəbi tələbələr sərhəddə tutudu (FOTO)

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39
Əməliyyat zamanı saxlanılan onlardır

Əməliyyat zamanı saxlanılan onlardır

30 İyun 2025, 18:36
Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

30 İyun 2025, 17:57
KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

30 İyun 2025, 17:42
Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.