04-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

İcra başçısının polis oğlu milyonları geri tələb edir – General və sabiq nazir müavinin qohumları savaşda

08 May 2018, 23:19
Cəmiyyət, Sosial
A A
İcra başçısının polis oğlu milyonları geri tələb edir – General və sabiq nazir müavinin qohumları savaşda
Xeyli vaxtdır ki, Tovuzun icra başçısının oğlu Qoşqar Zeynalovla sabiq nəqliyyat nazirinin müavini Arif Əsgərovun baldızı oğlu Rahib Hüseynov məhkəmədə bir-birinə qarşıdır. Onların arasında 4 milyon manatlıq qalmaqal var. CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla) dələduzluq maddəsi ilə təqsirləndirilən R.Hüseynov Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. O, biznes qurmaq adıyla adamlardan pul alıb qaytarmamaqda suçlanır. Biznes də «Azərbaycan Dəmir Yolları» QSC üçün xaricdən yataq dəstləri gətirilməsi olub. Qazancın 20 faizi pul sahiblərinə çatmalıymış. Milyonlarla dələduzluq işində sabiq nazir müavininin də adı hallanır 2015-ci ildə nazir müavini təyin olunana qədər 11 il «Azərbaycan Dəmir Yolları» QSC-nin rəhbəri olmuş Arif Əsgərovun da adı bu dələduzluq işində hallanır.
Elə mayın 8-də keçirilən məhkəmədə də R.Hüseynov bildirib ki, pullar xalasının həyat yoldaşı A.Əsgərovda olub. Q.Zeynalovun iddiasına görə, R.Hüseynova bir neçə dəfəyə ümumilikdə 7 milyon manatdan çox pul verib və həmin məbləğin bir hissəsi qaytarılsa da, 3 milyon 925 min manatı qalıb. İcra başçısının oğlu deyir ki, Rahibə verdiyi pullar özünün olmayıb, başqalarından alıb ona verib. Çünki R.Hüseynovdan alacağı 20 faizlik qazancın 10 faizi ona çatacaqdı.
Mayın 8-də məhkəmədə icra başçısının oğlunun iki şahidi dindirilib – Gəray Abbasov və Zeynal Bayramov. Deyiblər ki, Q.Zeynalov onlardan pul alıb, birgə biznes məqsədilə təqsirləndirilən R.Hüseynova verib.R.Hüseynov isə bildirib ki, icra başçısının oğlu Dövlət Yol Polis İdarəsində vəzifə sahibidir. Bu iki nəfər də onun qeyri-rəsmi işçiləridir.
Təqsirləndirilən R.Hüseynov onu da bildirib ki, pullar ona yox, xalası oğlu Elnar Əsgərova (sabiq nazir müavininin oğlu-red.) verilib: «Pulu geri istəyəndə özünə də demişdim ki, pul Arif Əsgərovdadır, oğlu Elnar gətirəcək. Mənə pul verənlər arxamda dayanan adamın kimliyini də bilirdilər. Ona görə verilib pul».
İcra başçısının oğlu ilə sabiq nazir müavininin oğlu həm də qohumdurlar. Onların həyat yoldaşları bacıdır. «Bizi şərləyir ki, pulları qaytaraq» R.Hüseynov ümumilikdə 4 milyon 300 min manatlıq dələduzluqda ittiham edilir. Bu cinayət işində icra başçısının oğlu ilə yanaşı, Namiq Mehdiyev adlı daha bir zərərçəkmiş də var. R.Hüseynov özünü təqsirli bilmir. Deyir ki. Q.Zeynalova təkcə 3 milyon 200 min qazanc verib. A.Əsgərovun oğlu Elnar da bu məhkəmədə prosesində dindirilib. O, xalası oğlunu onun və atasının adından sui-istifadə etməkdə günahlandırıb: «Məni və atamı şərləyir, adımızdan sui-istifadə edir ki, başqalarından alıb mənimsədiyi pulları biz qaytaraq».
R.Hüseynovun digər qardaşı Emil Hüseynov bir müddət öncə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib. O da biznes qurmaq adıyla adamları aldadıb, pullarını ələ keçirməkdə günahlandırılır. O işdə də E.Əsgərovun adı hallanırdı və həmin məhkəmədə də dindirilmişdi. Amma o işdə təqsirləndirilən xalası oğlu ilə yanaşı, zərərçəkmişlərin də bəziləri sabiq nazir müavininin oğlunu günahlandırır, pulu ona verdiklərini bildirirdilər.
Reportyor.info
Əvvəlki yazı

YENİ NAZİR KADR İSLAHATINA BAŞLADI – Aparat rəhbəri və 3 şöbə müdiri işdən çıxarıldı

Sonrakı yazı

Efirdə biabırçılıq: “Sənin üçün uşaq deyiləm, ay gədə” – Video

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.