İCRA BAŞÇISININ OĞLU OBYEKT ALIB – 1 milyona

29 İyun 2018 - 00:51
711 oxunma

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin oğlu 1 milyon manat dəyərində obyekt alıb.

“Reportyor.info” Unikal.org-a istinadla xəbər verir ki, icra başçısının oğlu Dəyanət Seyidəliyev paytaxtın Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsindəki “Bellezza” gözəllik mərkəzini istifadəyə verib.

Bundan əlavə icra başçısının oğlunun yeni yaşayış binasının 1 və 2-ci mərtəbələrini əhatə edən gözəllik mərkəzinin təmirinə və oradakı avadanlıqlara yüz min manatlarla vəsait xərclədiyi bildirilir.

Qeyd edək ki, D. Seyidəliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında sədrin müşaviri vəzifəsində çalışır.

Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491,
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"