Reportyor
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Reportyor
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor
Nəticə yoxdur
Bütün nəticələrə bax
Əsas səhifə Gündəm

İCRA BAŞÇISI SABİQ NAZİRİ RAYONDAN QOVUB – “Bir daha ayağın Şəmkirə dəyməyəcək…”

2019-02-24
in Gündəm
0
İCRA BAŞÇISI SABİQ NAZİRİ RAYONDAN QOVUB – “Bir daha ayağın Şəmkirə dəyməyəcək…”
0
Paylaşılıb
12
Oxunub
Facebook-da paylaş"Twitter"-də paylaş

Biznes imperiyasını idarə etmək üçün şirkətlərin başına keçən sabiq vergilər nazirinə “öz adamı”ndan ağır zərbə

Bənzər Yazılar

YAP Veteranlar Şurasının tam tərkibi məlum oldu – SİYAHI

Əli Əhmədov yenidən YAP-ın sədr müavini oldu

Bu şəxslər YAP-ın İdarə Heyətindən çıxarıldı

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov sabiq nazir Fazil Məmmədova rayon ərazisində sahibkarlıq fəaliyyəti göstərməyi qeyri-rəsmi olaraq qadağan edib. Hətta musavat.com-un Şəmkirdən aldığı bir məlumata görə, Fazil Məmmədov rayon ərazisindən qovulub.

Məsələnin kuryoz tərəfi budur ki, Alimpaşa Məmmədov Fazil Məmmədovun öz kadrıdır, hətta yaxın adamlarından biridir. F.Məmmədov onu ən sadiq və etibarlı adamı kimi öz “qalasına” – Şəmkirə göndərib. Bu rayon və onun ətrafında Fazil Məmmədovun milyonlarla yatırım etdiyi müəssisələr, özəl mülklər, tərpənməz əmlaklar var. İndi aydın olur ki, “qala” içdən çöküb – Alimpaşa öz xeyirxahına qarşı çıxıb.

Dünən məlumat vermişdik  ki, müalicədən sonra Fazil Məmmədov özünün malik olduğu biznes imperiyasının başına keçib və onu bilavasitə idarə etmək qərarına gəlib. Sitat:“Fevralın 8-də ”ölüm” xəbəri yayılan sabiq vergilər naziri Fazil Məmmədovun səhhəti normaldır və hazırda Bakıda biznes işləri ilə məşğuldur. Yaxın çevrəsində olan mənbənin yerli mediaya verdiyi məlumata görə, F.Məmmədova əvvəlki biznesi İlə məşğul olmaq icazəsi verilib. Bu səbəbdən də o, hazırda əsas diqqətini “Synergy Group” MMC şirkətlər qrupuna yönəldib”.

“Synergy Group” MMC ile ilgili görsel sonucu

Məlum olduğu kimi, “Synergy Group” MMC şirkətlər qrupu hələ Fazil Məmmədov nazir olduğu dövrdə yaradılıb, rəsmi olmasa da, de-fakto ona məxsus olub.

2010-cu ildə təsis edilmiş, şüarı “Davamlı gələcəyə doğru” olan “Synergy Group” MMC Azərbaycanda fəaliyyət göstərən ən iri özəl investisiya şirkətlərindən biridir. “Synergy Group” MMC qeyri-neft sektorunda müxtəlif və inkişaf yönümlü şirkətlərdən ibarətdir.

“Synergy Group” istehsalat, tikinti, kənd təsərrüfatı, İKT, hotelçilik, təhsil, səhiyyə və bank işi sahələri üzrə iri yatırımlar etməkdədir. Şirkətlərin böyük əksəriyyəti Bakıdan kənarda yerləşməklə, regionların sosial-iqtisadi inkişafında mühüm paya malik olduğu bildirilir. Qrupa rəsmi olaraq, 30-a yaxın, qeyri-rəsmi isə 60-dan çox şirkət daxildir. Bu şirkətlərin bəzisində xarici kapital da iştirak edir. “Synergy Group”un  tərkibindəki “Excelsior Hotel Shamkir”, “AzAqro” qızılgül istixanaları, Zəyəm Texnologiyalar Parkı, “Zəka” Gənclər Mərkəzi kimi bəzi şirkətlər Fazil Məmmədovun hələ də kurasiyasında olan Şəmkirdə yerləşir.

Zəyəm Texnologiyalar Parkı ile ilgili görsel sonucu

“Synergy Group”un yalnız bankı yox idi. 2015-ci ildə YAP-çı deputatlardan birinin qardaşına məxsus “Kövsər Bank”ı  “Synergy Group” alıb. “Kövsər Bank”ın 38 milyon manatlıq yeni səhm emisiyasını “Synergy Group “alıb”…

Bu məlumatlardan da göründüyü kimi, F.Məmmədovun biznes imperiyasına aid əhəmiyyətli komponentlər Şəmkir rayonunun inzibati ərazisində yerləşir. Biznesini öz vətənindən idarə etmək, yaxud da onun məlum komponentlərini yoxlamaq üçün Şəmkirə varid olan sabiq nazirin belə bir aqibətlə üzləşməsi onun planlarına ağır zərbədir.

İlgili resim

Mənbə bildirir ki, Fazil Məmmədov “Excelsior Hotel Shamkir”də özünə dəbdəbəli ofis hazırlıqları ilə məşğul imiş. Hətta sabiq nazirin ailəsi də Bakıdan Şəmkirə köçübmüş. F.Məmmədovun rayonda son dərəcə dəbdəbəli bir evinin olduğu deyilir. Ailəsi ilə birlikdə orda qalmağı planlaşdırırmış. Lakin Alimpaşa Məmmədov sabiq şefinin planlarını darmadağın edib.

Başçı F.Məmmədovun rayonla əlaqəsi olan başqa adamlarını da Şəmkirdən qovub.Mənbə bildirir ki, Fazil Məmmədovun yaxın adamlarından biri – qardaşının qaynı Turan Səidov bir vaxtlar sabiq nazirin rayondakı təmir-tikinti işlərini görürmüş. Onun “21-ci əsr” adlı şirkəti də var. Hazırda bu şirkətin fəaliyyəti iflicdi. Bildirilir ki, Şəmkirin icra başçısı özünün yaxın adamlarına yeni şirkətlər açıb, rayonla bağlı bütün təmir-tikinti işlərini yaxın çevrəsinin əli ilə gördürür.

Zəyəm Texnologiyalar Parkı ile ilgili görsel sonucu

Alimpaşa Məmmədov ötən ay Turanı yanına çağıraraq deyib ki, “bir daha ayağın Şəmkirə dəyməyəcək”. Ardınca da elə Fazil Məmmədova ismarışını yollayıb: “Ona deyin, əziyyət çəkib ofis təmir etdirməsin, mən bu rayonda başçı olan müddətdə Fazil müəllim burda yaşaya, bizneslə məşğul ola bilməz”.

Deyilənə görə, başçının bu ismarışından sonra Fazil Məmmədov Şəmkiri tərk edib, Bakıya gəlib. Yaxınlarına deyib ki, o, Alimpaşayla üz-üzə gəlmək, konflikt yaratmaq istəmir. Hazırda F.Məmmədovun Şəmkirdə biznesini o, nazir olduğu dövrdə müşaviri vəzifəsində işləmiş Riyad Hüseynovun qardaşı Fərid Hüseynovun idarə etdiyi deyilir.

1540975833_bez-imeni-1

Maraqlıdı, Fazil Məmmədov işdən çıxarıldıqdan sonra da mühafizə və kortejlə gəzir. Bunu da sabiq nazirin yaxın ətrafından “Yeni Müsavat”a bildiriblər. Həmçinin biznesini də qoruyub saxlayıb. Ona bu qədər güzəşt edildiyi halda, Şəmkirin icra başçısı nədən keçmiş nazirlə bu cür davransın?

Bu sualı ünvanladığımız tanınmış şəmkirlinin qənaətinə görə, Alimpaşa Məmmədov özfəaliyyətlə məşğuldur. Onun Fazil Məmmədovla bu cür davranışını “yuxarılar” bilsə, başçı üçün işlər yaxşı getməz. Amma A.Məmmədov nə qədər qeyri-stabil şəxs kimi tanınsa da, belə sərt qərarları özbaşına qəbul etməz yəqin ki. F.Məmmədovun bundan sonra necə davranacağı və öz adamının zərbəsini necə dəf edəcəyi hələlik məlum deyil.

Sabiq nazirin də mövqeyini dərc etməyə hazırıq.

PaylaşTweetYollaYollaPaylaşQR oxut
Bizim Video
Əvvəlki yazı

BRÜSSELDƏ İZDİHAMLI XOÇALI MİTİNQİ - FOTOLAR, VİDEOXÜLASƏ

Sonrakı yazı

Qədim dünyanın dəhşətli seks macəraları - AĞLAGƏLMƏZ FAKTLAR

Sonrakı yazı
Qədim dünyanın dəhşətli seks macəraları – AĞLAGƏLMƏZ FAKTLAR

Qədim dünyanın dəhşətli seks macəraları - AĞLAGƏLMƏZ FAKTLAR

“RUSİYA BAKINI CƏZALANDIRMAQ ÜÇÜN XOCALI SOYQIRIMINI TÖRƏTDİ” – “2 nəfər ölüb” xəbərini kim vermişdi?

“RUSİYA BAKINI CƏZALANDIRMAQ ÜÇÜN XOCALI SOYQIRIMINI TÖRƏTDİ” - “2 nəfər ölüb” xəbərini kim vermişdi?

DİQQƏT! Bu ərazidə rənglənmə işləri aparılacaq..

DİQQƏT! Bu ərazidə rənglənmə işləri aparılacaq..

Discussion about this post

Bizə Qoşulun

  • 21.1k Üzvs
  • 11.9k Abunəs
  • 1.2k Abunəs

Son Xəbərlər

İnstaqramda narkotik qəbulunu təbliğ edən daha bir nəfər həbs olundu

İnstaqramda narkotik qəbulunu təbliğ edən daha bir nəfər həbs olundu

2021-03-06
Azərbaycanda yeni qoşun növü yaradılır – Türk general açıqladı

Azərbaycanda yeni qoşun növü yaradılır – Türk general açıqladı

2021-03-06
Qazaxda 10 manatlıq şirkətlə 40 minlik müqavilə

Qazaxda 10 manatlıq şirkətlə 40 minlik müqavilə

2021-03-06
Bu gün Rəsulzadənin anım günüdür

Bu gün Rəsulzadənin anım günüdür

2021-03-06
Vilayət Eyvazovdan növbəti təyinat (FOTO)

Vilayət Eyvazovdan növbəti təyinat (FOTO)

2021-03-06
Əfv Məsələləri Komissiyası yenidən toplanır

Əfv Məsələləri Komissiyası yenidən toplanır

2021-03-06
YAP Veteranlar Şurasının tam tərkibi məlum oldu – SİYAHI

YAP Veteranlar Şurasının tam tərkibi məlum oldu – SİYAHI

2021-03-05
“Qazilərimizi tezliklə normal həyata qaytaracağıq” – İlham Əliyev

“Qazilərimizi tezliklə normal həyata qaytaracağıq” – İlham Əliyev

2021-03-05
Azərbaycanda ilk dəfə jest dili lüğətinin veb səhifəsi hazırlanır

Azərbaycanda ilk dəfə jest dili lüğətinin veb səhifəsi hazırlanır

2021-03-05
Prezident Administrasiyasının 2 şöbə müdiri vəzifəsini itirdi

Prezident Administrasiyasının 2 şöbə müdiri vəzifəsini itirdi

2021-03-05
İlham Əliyev YAP-ın yeni proqramının hazırlanması barədə tapşırıq verdi

İlham Əliyev YAP-ın yeni proqramının hazırlanması barədə tapşırıq verdi

2021-03-05
Mingəçevirdə məktəbli oğlan itkin düşdü

Mingəçevirdə məktəbli oğlan itkin düşdü

2021-03-05
“Deyilənləri dərk etmək, fikrini çatdırmaq iqtidarında deyil” – Elmar Vəliyevə nə olub?

“Deyilənləri dərk etmək, fikrini çatdırmaq iqtidarında deyil” – Elmar Vəliyevə nə olub?

2021-03-05
Gəncədə şəhidlərə hörmətsizlik: Bayraqlar zibil qutularına atıldı (VİDEO)

Gəncədə şəhidlərə hörmətsizlik: Bayraqlar zibil qutularına atıldı (VİDEO)

2021-03-05
Vilayət Eyvazovdan yeni təyinat

Vilayət Eyvazovdan yeni təyinat

2021-03-05
Müsavatdan İlqar Məmmədova reaksiya – Ağ edib…

Müsavatdan İlqar Məmmədova reaksiya – Ağ edib…

2021-03-05
Xəzər İH-də əməliyyat: Şöbə müdiri həbs edildi – Foto

Xəzər İH-də əməliyyat: Şöbə müdiri həbs edildi – Foto

2021-03-05
“Heç kimdən asılı deyilik” – İlham Əliyev

“Heç kimdən asılı deyilik” – İlham Əliyev

2021-03-05
BNA: Paytaxtın əksər yerləri tıxacdır – Foto

BNA: Paytaxtın əksər yerləri tıxacdır – Foto

2021-03-05
İcra hakimiyyətində əməliyyat: Şöbə müdiri həbs edildi

İcra hakimiyyətində əməliyyat: Şöbə müdiri həbs edildi

2021-03-05

Seçmə

  • Bütün
  • SEÇMƏ
Prezident Administrasiyasının 2 şöbə müdiri vəzifəsini itirdi
SEÇMƏ

Prezident Administrasiyasının 2 şöbə müdiri vəzifəsini itirdi

2021-03-05
“Deyilənləri dərk etmək, fikrini çatdırmaq iqtidarında deyil” – Elmar Vəliyevə nə olub?
SEÇMƏ

“Deyilənləri dərk etmək, fikrini çatdırmaq iqtidarında deyil” – Elmar Vəliyevə nə olub?

2021-03-05
Bahar Muradova YAP Qadınlar Şurasının sədri oldu
SEÇMƏ

Bahar Muradova YAP Qadınlar Şurasının sədri oldu

2021-03-05
Vasif Talıbov qurultaya maskasız gəldi – Foto
Banner

Vasif Talıbov qurultaya maskasız gəldi – Foto

2021-03-05
Bahar Muradovanın şübhəli tenderləri – Yeni yaranmış şirkətlə 200 minlik müqavilə
Araşdırma

Bahar Muradovanın şübhəli tenderləri – Yeni yaranmış şirkətlə 200 minlik müqavilə

2021-03-05
Korrupsiya faktları YAP-ın nüfuzuna xələl gətirib – MDHP sədri
SEÇMƏ

Korrupsiya faktları YAP-ın nüfuzuna xələl gətirib – MDHP sədri

2021-03-04
Reportyor

Baş redaktor: Arifə Əliyeva Vahid qızı
Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon - (99477) 399-55-66

Votsap - (99455) 3490491

Email - reportyor.info@gmail.com

Follow Us

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • Idman
  • Köşə
  • Kriminal
  • Manşet
  • Rəsmi
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Təhsil
  • Uncategorized
  • Əyalət

Son əlavələr

İnstaqramda narkotik qəbulunu təbliğ edən daha bir nəfər həbs olundu

İnstaqramda narkotik qəbulunu təbliğ edən daha bir nəfər həbs olundu

2021-03-06
Azərbaycanda yeni qoşun növü yaradılır – Türk general açıqladı

Azərbaycanda yeni qoşun növü yaradılır – Türk general açıqladı

2021-03-06
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2020 Qurdqanli Design.

© 2020 Qurdqanli Design.