İcra başçısı məktəb direktorunu özünə yeni müavin təyin etdi –FOTO
16 İyul 2019 - 16:36
317 oxunma
Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov özünə yeni müavin təyin edib.
Reportyor.info Unikal.org-a istinadən xəbər verir ki, Siraqəddin Cabbarovun əmri ilə Ceyran Xəlilova Sabirabad rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri təyin olunub.
O, bu təyinata qədər Sabirabad rayon Ü.Hacıbəyli adına Musiqi məktəbinin direktoru vəzifəsində çalışıb.
Xəbəri Sabirabad rayon İcra Hakimiyyətindən təsdiqləyiblər.
Qeyd edək ki, bir müddət öncə Sabirabad rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin keçmiş müdiri Babayeva Şahnaz Feyzulla qızı öz ərizəsi ilə işdən çıxıb.
Sosial şəbəkədə paylaş
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com