14-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

İcra başçısı hüquqşünası həbs etdirir

12 Avqust 2020, 10:00
Seçmə
A A
İcra başçısı hüquqşünası həbs etdirir

Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev bu rayonun sakini, hüquqşünas Fərid Qəribovu həbs elətdirmək istəyir. Səbəb isə hüquqşünasın bu icra başçısının sərvəti, oğlunun maaşına adekvat olmayan bahalı maşını, həmçinin rayonda əhalinin susuzluqdan əziyyət çəkməsi, torpaqlarının əllərindən alınması, Balakəndə abadlaşdırmaya ayrılan büdcə vəsaitlərinin yeyintisi və s. haqda yazdıqlarıdır.

Reportyor.info xəbər verir ki, 31 yaşlı Fərid Qəribov həmin yazıları iyulun 24-də “Facebook” hesabından paylaşıb. Buna görə də icra başçısı onun haqqında xüsusi ittiham qaydasında iddia qaldırıb. Hüquqşünasın Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə cəzalandırılmasını tələb edir. Avqustun 11-də Balakən rayon Məhkəməsində hakim Zamin Talıbovun sədrliyilə bu iş üzrə məhkəmənin hazırlıq iclası keşirilib.

İcra başçısı iddia ərizəsində yazıb ki, onun harın həyat tərzi sürməsi, büdcə vəsaitlərinin mənimsənilməsi və s. haqda yazılanlar şər-böhtandır.

Fərid Qəribov isə deyir ki, o, icra başçısını nə təhqir edib, nə də böhtan atıb, İ.Rzayevin Balakənin icra başçısı olduğu 9 il ərzindəki fəaliyyətini təhlil edib.

O,  açıqlamasında bildirib ki, sosial mediada icra başçısı haqqında paylaşımından sonra Balakən rayon Polis Şöbəsinə çağrılıb, orada kobud rəftarla üzləşib. Həmçinin telefonuna müdaxilə edilərək, icra başçısı haqqında tənqidi statusu pozublar: “Mənə deyirdilər ki, müxalifətçilik eləyirsən. Dedim ki, birincisi, müxalifətçi də adamdı, bu nə yanaşmadı. İkincisi, mən Yeni Azərbaycan Partiyasının üzvüyəm. Deyirdilər ki, icra başçısını təhqir eləmisən. Cavab verdim ki, təhqir yox, tənqid eləmişəm”.

Fərid Qəribov bildirir ki, bunun ardınca atasını da 42 il çalışdığı işindən uzaqlaşdırıblar. Onun sözlərinə görə, atası Qarabağ müharibəsinin iştirakçısı olub. Nə bunu, nə pandemiya dövrünü, nə də təqaüdə çıxmasına cəmi 11 ay qalmasını nəzərə almadan, atasını ərizə yazmağa məcbur edib, işdən çıxarıblar: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə çağırıb, işdən çıxarıblar. Atam Prezident Administrasiyasına, Əmək və Əhalinin Sosial Müdafiə nazirinə və digər dövlət orqanlarına şikayət edib”.

Daxili İşlər Nazirliyi Fərid Qəribovun Balakən rayon Polis Şöbəsində kobud rəftara məruz qalması haqda deyilənləri təkzib edib.

Əvvəlki yazı

AMİP alternativsiz namizədlə qurultaya gedir

Sonrakı yazı

Otelçilik və müxalifətçilikdən deputatlığa: Müşviq Cəfərov kimdir? – Dosye/Video

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.