03-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Hüseynqulu Bağırov 450 minlə bağlı dindiriləcək

26 Oktyabr 2020, 19:51
Cəmiyyət
A A
Hüseynqulu Bağırov 450 minlə bağlı dindiriləcək

Bakı Ağır Cinayətlər Məhkəməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxsləri – Hidrometeorologiya Departamentinin direktoru olmuş Əkbər Həsənov, departamentin baş mühasibi İlqar Hacıyev və əməkdaşlar Orxan Qasımov, Tural Hacızadə və Təbriz Əliyevin məhkəməsi keçirilib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Siyavuş Hacıyevin icraatında olan prosesdə istintaqın zərərçəkmiş kimi tanıdığı şəxslər ifadə verərək özlərini zərərçəkmiş hesab etmədiklərini deyiblər.

Daha sonra şahid Namiq Bağırov ifadə verərək deyib ki, bir müddət Departamentdə təcrübə keçsə də, onun adına nə qədər maaş yazıldığını bilmir: “Sadəcə təcrübə keçmişəm, işləməmişəm və maaş da almamışam”.

Məlum olub ki, istintaq materiallarında onun adından təqdim edilən ifadədə Departamentdə işlədiyini, əmək haqqı aldığını dediyi qeyd olunub. Təqsirləndirilən İlqar Hacıyev deyib ki, zərərçəkmişlərin bir çoxunu və şahidləri tanımır: “Onların zərərçəkmiş kimi dindirilməsi qərəzlidir”.

Şahid Cəmilə Muxtarova məhkəmədəki ifadəsində təqsirləndirilən şəxsləri tanımadığını deyib: “Məni Korrupsiyaya qarşı Mübarizə İdarəsinə çağırıb dedilər ki, adına pul köçürülüb. Heç bir yerdə də işləməmişəm, adıma pul köçürülüməsindən xəbərim olmayıb. Heç kimdən də pul almamışam”.

Təqsirləndirilən Orxan Qasımovun tələbə yoldaşı Kamil Bağırov şahid qismində ifadə verərək deyib ki, onu Departamentə təcrübə keçmək üçün Orxan dəvət edib: “Həmin müddətdə adıma pul köçürülməsindən xəbərim olmayıb” .

Bu dəfə də K. Bağırovun istintaqdakı ifadəsində adına ayrılan pulun mənimsənildiyini desə də, məhkəmədə bu ifadəsini təsdiqləməyib: “Müstəntiq məni aldadıb, mən belə bir ifadə verməmişəm”.
Təqsirləndirilən Orxan Qasımovun vəkili isə müstəntiq barəsində tədbir görülməsini istəyib.

İlqar Hacıyev məhkəməyə bildirib ki, müstəntiq bəzi şahid və zərərçəkmişlərdən ona qarşı qərəzli ifadə alıb: “Pulu kartlardan kimin çıxarması ilə bağlı dəqiq məlumat var. Bunu bankomatlardan pulun çıxarılması vaxtı və kamera görüntüləri ilə sübut etmək olar”.

İ. Hacıyev daha əvvəlki məhkəmə iclasında bildirmişdi ki, 450 min manat zərər Əkbər Həsənov vasitəsilə Hüseynqulu Bağırova verilib və tələb edib ki, sabiq nazir bununla bağlı məhkəmədə ifadə verməlidir. Hakim Hüseynqulu Bağırovun da məhkəməyə şahid kimi çağırılıb dindiriləcəyini bildirib.

Daha sonra İlqar Hacıyevin vəkili Ramil Məmmədzadə müdafiə etdiyi şəxsin zərəri ödədiyini bildirərək onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verib. Hakim isə bildirib ki, təqsirləndirilən şəxs zərəri ödədiyi üçün ev dustaqlığına buraxıla bilməz. Vəkil Ramil Məmmədzadə bildirib ki, İlqar Hacıyev zərəri ödəmədiyi üçün həbsdədir: “Sabiq nazir Hüseynqulu Bağırovun adı çəkilən bir cinayət işindən söhbət gedir.  Maraqlıdır ki, niyə bu işdə 5 nəfər təqsirləndirilən şəxs olduğu halda yalnız İlqar Hacıyev həbsdə olmalıdır? Niyə Əkbər Həsənov ev dustaqlığındadır və məhkəməyə evdən gəlib-gedir? Həm də sədrlik edən hakim olaraq hazırlıq iclasında verdiyimiz vəsatətə cavab olaraq bildirdiniz ki, zərər ödənilməyib və buna görə də ev dustaqlığına buraxılmaqdan söhbət gedə bilməz”.

Hakim vəkilin bu sözlərinə müdaxilə edib və bildirib ki, o belə söz deməyib.

Vəkil Ramil Məmmədzadə qeyd edib ki, səs yazısı və kamera görüntüsü varsa, bunu sübut edə və qeydləri götürmək olar. Hakim Siyavuş Hacıyev müşavirədən sonra vəsatətin əsassız olduğu üçün təmin edilmədiyini açıqlayıb.
İttihama görə, Əkbər Həsənovun rəhbərliyi ilə təqsirləndirilən şəxslər nazirlikdə şəbəkə quraraq külli miqdarda vəsaiti mənimsəyiblər. Belə ki, onlar əmək müqaviləsi bağlamayan işçilərin əmək haqlarını ayrı-ayrı kartlara köçürərək ələ keçiriblər.

Əvvəlki yazı

Düşmən Tərtəri “Smerç”lə atəşə tutub

Sonrakı yazı

Qubadlının işğaldan azad olunan Padar kəndi – Video

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39
Əməliyyat zamanı saxlanılan onlardır

Əməliyyat zamanı saxlanılan onlardır

30 İyun 2025, 18:36
Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

30 İyun 2025, 17:57
KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

30 İyun 2025, 17:42
Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.