“Hücuma keçib, İrəvana qədər getməliyik” – Müharibə çağırışı

11 İyun 2019 - 20:44
673 oxunma

“Ermənistandakı qaniçən rejim bütün sərhədləri keçib. Azərbaycan ermənilərin təxribatlarına adekvat cavab vermədikcə, düşmən daha da azğınlaşır”.

Bu fikirləri GÜNpress.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri səsləndirib. O bildirib ki, Azərbaycan mülayim xətt götürüb. Partiya sədrinin sözlərinə görə, Ermənistan tərəfi təxribatlarını davam etditrir, üstəlik bu təxribatları icra edən hərbiçilərini mükafatlandırır:
“Biz 26 ildir, diplomatiyadan danışırıq. Amma bizim diplomatiyamız tupikə dirənib. Azərbaycan xarici siyasətinin dişsizliyi bizi bu səviyyəyə gətirib çıxarıb. Xalq olaraq. Bütün siyasi təşkilatlar olara. Bir araya gəlməliyik, Ali Baş Komandanın ətrafında birləşərək ciddi addımlar atmalıyıq. Biz heç kimi gözləməməliyik. Öz torpaqlarımızı erməni separatçılarından təmizləmək üçün heç kimdən icazə almamalıyıq. Gücümüz çatırsa. Torpaqlarımızı azad etməliyik. Əminəm ki, bizi gücümüz çatar. Ordumuz da var, xalqın əzmi də var. Hakimiyyətin daxilində olan mənfur qüvvələr imkan vermir ki, biz öz bildiyimizi edək. Dünya ölkələri bizim ərazi bütövlüyümüzü tanıyır, BMT-nin müvafiq qərarları var. Biz öz torpaqlarımızı terrorçulardan azad eləsək, hansı dövlət bizə qarşı çıxacaq? Heç biri”.

Partiya sədri onu da nəzərə çatdırb ki, Azərbaycan tərəfi iradə nümayış etdirməsə, ermənilərin mənfur siyasətinin ikinci dalğası işə düşə bilər: “Ona görə də biz qəti surətdə hərəkətə keçməliyik, torpaqlarımızı işğaldan azad etməliyik. İrəvan da bizimdir, hətta hücuma keçib, İrənava qədər getməliyik. Qoy, ondan sonra dünya bizi qınasın ki, Azərbaycan işğalçı dövlətdir. 25-26 ildir, nə edirlər? Bu müddət ərzində ermənilər artıq bizim kəndlərinizdə məskunlaşırlar. Buna dözmək qeyrətsizlikdir. Ortaya ciddi mövqe qoyulmalıdır. Qarabağda bir nəfər də erməni qalmamalıdır. Əvvəlcə Qarabağı azad edək, ermənilərə gücümüzü göstərək, sonra Göyçənin, Zəngəzurun, İrəvanın söhbətini apararıq”.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"