16-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

HÖKUMƏT DOLLAR KREDİTLƏRİ İLƏ BAĞLI QƏRAR HAZIRLAYIR – Müzakirələr başlayıb

19 Fevral 2019, 12:09
Cəmiyyət, Seçmə
A A
HÖKUMƏT DOLLAR KREDİTLƏRİ İLƏ BAĞLI QƏRAR HAZIRLAYIR – Müzakirələr başlayıb

Mərkəzi Bank və Maliyyə Nazirliyinin banklarla müzakirələrə başladığı, dəqiq və işlək mexanizm hazırlanmasının 2-3 ay vaxt apara biləcəyi deyilir

Ölkə rəhbərliyinin atdığı bir sıra addımlardan sonra üç ildən çoxdur əhalini narahat edən əsas problemlərdən biri – vaxtı keçmiş kreditlər məsələsi də gündəmə gətirilib. Milli Məclisin üzvü Vahid Əhmədovun ölkə prezidentinə bu problemin həllinə dəstək verməsi ilə bağlı müraciət etməsindən sonra bir sıra ekspertlər məsələnin həllinə dair təkliflərlə çıxış ediblər.

Qeyd edək ki, Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il yanvarın 1-nə 1 milyard 585 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankının statistikasına görə, bu, ötən il dekabrın 1-i ilə müqayisədə 6,1 faiz, ötən il yanvarın 1-nə nisbətən isə 2,6 faiz azdır.

Dekabrın sonuna problemli kreditlərin ümumi kredit portfelində payı 12,2 faiz təşkil edib. Bu nisbət noyabrın sonuna 13,4 faiz, ötən ilin əvvəlinə isə 13,8 faiz olub.

Qeyri-rəsmi hesablamalara görə, Azərbaycanda 700 min nəfərdən çox insanın problemli krediti var. Bundan əlavə, mövcud problemli kreditlərin 95 faizindən yuxarısı xarici, əsasən isə ABŞ dollarında olan kreditlərdir. Onların böyük əksəriyyəti 2015-ci ildə baş verən devalvasiyalardan sonra yaranıb.

Qaytarılmayan kreditlərlə bağlı bank müraciətləri əsasında vətəndaşlara qarşı qaldırılmış məhkəmə iddialarının sayı 100 minlərlə ölçülməkdədir. Yüz minlərlə insanın əmlakına, əmək haqqına əl qoyulub, ölkədən çıxışı yasaqlanıb. Bütün bunlar isə əhalidə ciddi narazılıqların yaranmasına gətirib çıxarıb.

Buna görə də məsələnin geniş çevrələrdə müzakirəsindən sonra bütün nəzərlər ölkə rəhbərliyinə dikilib. Musavatşcom-un  məlumatına görə, Azərbaycan hökuməti geniş ictimaiyyətin ən çox gözlədiyi addımlardan birini atmağa – problemli kreditlər məsələsinə əl qoymağa hazırlaşır. Bu məqsədlə Mərkəzi Bank, Maliyyə Nazirliyi və banklarla müzakirələrin aparıldığı bildirilir.

merkezi

Məlumata görə, dövlətin problemin həllinə dəstəyi iki mərhələdə həyata keçiriləcək. İlkin mərhələdə ödənməmiş hissəsi 1500 dollara qədər olan bütün kreditlər banklar tərəfindən güzəşt kimi ləğv ediləcək. Bu zaman yaranan maliyyə yükünü banklar çəkəcək.

1500 dollardan 5000 dollara qədər olan kreditlərin isə mühüm bir hissəsinin dövlət tərəfindən qarşılanacağı, qalan cüzi hissəsinin ödənişi üçün vətəndaşlara daha uzun və faizsiz müddət müəyyənləşdiriləcəyi gözlənilir.

Etibarlı mənbələrdən verilən məlumata görə, hazırda banklardan problemli borclarla bağlı məlumatlar toplanmaqdadır. Həmin məlumatların analiz olunması və ümumiləşdirilməsi prosesinin bir qədər zaman aparacağı gözlənilir. Buna prosesi ağırlaşdıran bəzi amillər təsir edir. Bunlardan birincisi bankların problemli kreditlərin sayını və məbləğini gizlətməyə çalışmaları ilə bağlıdır.

Belə ki, əksər banklar ümumi göstəricilərinin pisləşməməsi üçün qaytarılmayan xeyli miqdarda krediti problemli kreditlər siyahısına daxil etmirlər. Bundan əlavə, banklardakı problemli kreditlərin xeyli hissəsi bank rəhbərləri və onlara yaxın çevrələrə verilmiş irihəcmli kreditlərdir. Bu səbəbdən də banklar onlar barədə məlumatları açıqlamaqda həvəsli deyillər.

Nəhayət, bir çox vətəndaşlar var ki, ödəniş imkanları olsa da, kreditləri qaytarmaqdan imtina edirlər. Bütün bunlar problemin həlli üçün dəqiq və işlək mexanizm hazırlanması müddətinin uzanmasına, azı 2-3 ay vaxt aparmasına səbəb ola bilər.

eli-hesenov

“AzPolitika.info” qeyd edir ki, dollar kreditləri ilə bağlı problemin həlli istiqamətində addımların atılacağına Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun dünən “Facebook” səhifəsindən paylaşdığı yazıda da işarə vurulub. Sitat: “Azərbaycan dövləti bilir ki, bu gün 12 mindən artıq şəhidə 11 min kompensasiya vermək gücündədir və müvafiq addım atır. Amma Əli Kərimli əhalinin kredit borcları üzərində ucuz şou düzəldəndə heç hesablayıbmı ki, bəhs etdiyi 500 min insanın banklara ümumilikdə kredit borcu nə qədər edir və dövlət hazırda bu yükün altına girə bilərmi? Siyasətçi heç olmasa bir az realist olmağı bacarmalıdır və şəxsi mənfəəti naminə cəmiyyəti populist bəyanatlarla aldatmamalıdır. Ümumən bu rəqəm özü də mübahisəlidir və mütəxəssislər daha kiçik saydan bəhs edirlər. Amma bəri başdan onu da bildirim ki, Azərbaycan dövləti Əli Kərimlisiz də bu problemi öyrənib təhlil edir və əgər qarşıdan gələn dövrdə dövlətin maliyyə durumu buna imkan verəcəksə, kreditlərin məsələsi də nəzərdən keçiriləcək və müvafiq qərar qəbul olunacaq”.

Əvvəlki yazı

Ankaranın təsiri altında Azad Suriya Ordusunun (ASO) muxtar bölgəsi olacaq!

Sonrakı yazı

Prezident İlham Əliyev Türkiyə nümayəndə heyətini qəbul edib –FOTO

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.