Hindistanla Pakistan arasında gərginlik –Liderlər sammitdə görüşmədi

14 İyun 2019 - 15:09
155 oxunma

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Bişkekdə keçirilən sammitində Hindistanın baş naziri Narendra Modi ilə Pakistan hökumətinin başçısı İmran Xan arasında görüş olmayıb.

TASS xəbər verir ki, hətta hökumət başçıları qeyri-rəsmi şam yeməyi zamanı belə bir-birinə ənənəvi nəzakət görüşü etməyiblər.

Bu ziyafəti qonaqların şərəfinə Qırğız Respublikasının prezidenti Sooronbay Jeenbekov  verib.

Bildirilib ki, son aylar Hindistan və Pakistan arasında gərginlik artıb. Rəsmi Nyu-Dehli və İslamabad Cammu və Kəşmirdə bir-birinin qırıcısını vurduğunu da təsdiqləyib.

Mütəxəssislər hesab edirlər ki, üzv dövlətlər arasındakı münasibətlərin gərginliyi səbəbindən Şanxay Əməkdaşlıq Təşkilatı perspektivsiz qurumdur. Belə bir şəraitdə isə təşkilata yeni üzvlərin qəbulu az ehtimal edilir. Çünki üzv dövlətlər qurumun imkanlarından faydalana bilmir. Bu həm də Şanxay Əməkdaşlıq Təşkilatının cəlbediciliyinə zərbə vurur.

Qeyd edək ki, iyunun 14-də Bişkekdə ŞƏT-in sammiti keçirilib. Zirvə toplantısında Rusiya prezidenti Vladimir Putin də iştirak edib/Report.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"