06-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Hikmət Hacıyev: “Qüdrət Həsənquliyev məmur olsaydı, prezident cəzalandırardı”

23 Sentyabr 2020, 15:17
Siyasət, Manşet
A A
Hikmət Hacıyev: “Qüdrət Həsənquliyev məmur olsaydı, prezident cəzalandırardı”

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Report”un suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik.

– Milli Məclisin deputatı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev Azərbaycan Ordusunun Ermənistan baş nazirinin həyat yoldaşını əsir götürmək üçün səbirsizliklə gözlədiyini deyib. Bu barədə nə deyərdiniz?

– Azərbaycan Ordusu heç vaxt qadınlarla və ümumiyyətlə, mülki şəxslərlə döyüş aparmayıb. Azərbaycan Silahlı Qüvvələri beynəlxalq humanitar hüquq, xüsusilə Cenevrə Konvensiyalarını daim öz fəaliyyətində rəhbər tutub. Qadın, uşaq və yaşlı insanlara qarşı müharibə aparan və onları hədəfə alan məhz Ermənistan silahlı qüvvələridir. 2016-cı ilin aprel döyüşlərində, bu il 12 iyulda Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində baş vermiş toqquşma zamanı biz bir daha bunun şahidi olduq. Ermənistan silahlı qüvvələri tərəfindən yaşayış məntəqələrinin hədəfli şəkildə artilleriya atəşinə tutulması nəticəsində 76 yaşlı vətəndaşımız Əziz Əzizov həlak oldu.

Qüdrət Həsənquliyev təcrübəli siyasətçidir. Uzun illərdir Milli Məclisin üzvüdür. Hər kəs orduya və dövlətə ləkə yaxa biləcək təxribatçı açıqlamalardan çəkinməlidir.

Qüdrət Həsənquliyev dövlət məmuru olsaydı, Prezident tərəfindən cəzalandırılaraq vəzifəsindən azad edilərdi.

Ümid edirik ki, hakimiyyətin qanunverici qanadı olan Milli Məclis tərəfindən qanunda təsbit olunmuş qaydada müvafiq tədbirlər görüləcək.

– Sosial şəbəkələrdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışına çağırılması barədə bəzi spekulativ fikirlər səslənir. Hətta bunu səfərbərlik kimi qələmə verənlər də vardır. Bunu necə şərh edərdiniz?

– Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışına çağırılması qanunda nəzərdə tutulmuş və müntəzəm əsasda həyata keçirilən tədbirdir. Bunun səfərbərlik adlandırılması tamamilə yanlışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətlə tam şəkildə komplektləşdirilmişdir. Xüsusi səfərbərlik tədbirlərinə ehtiyac belə yoxdur. Ehtiyatda olan hərbi vəzifəlilərin hərbi hazırlıq və bacarıqlarının yoxlanılması, onların hazırlıq səviyyəsinin daim artırılması dünyanın əksər ölkələrində də geniş tətbiq olunan praktikadır. Müqayisə üçün qeyd edək ki, İsveçrə, İsrail, Skandinaviya ölkələrində bu sahədə çox tələbkar sistem mövcuddur.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ölkəmizdə hərbi toplanış tədbirləri həyata keçirilir ki, buna başqa bir don geyindirmək və ya cəmiyyətdə təşviş yaratmaq tamamilə əsassızdır. Ermənistan xüsusi xidmət orqanlarının kiber diversant qruplarının azərbaycanlı adını daşıyan saxta sosial media ünvanları vasitəsilə bu kimi təxribatçı mövzuları yayması da istisna edilməməlidir.

Ordu və Əsgər müqəddəs mövzudur. Bu mövzuda yazan, sosial mediada paylaşım edən hər bir şəxs öz vətəndaşlıq borcunu və məsuliyyətini dərk etməlidir.

– Bu günlərdə xarici mediada və bəzi sosial şəbəkə profillərində guya Suriyadan Azərbaycana döyüşçülərin gətirilməsi barədə məlumatlar verilmişdir. Bu barədə nə deyərdiniz?

– Birmənalı şəkildə qeyd etmək istərdim ki, bu, yalan və saxta məlumatdır. Bu məlumatın arxasında Ermənistanın xüsusi xidmət orqanları durur. Azərbaycan Silahlı Qüvvələri şəxsi heyətlə tam komplektləşdirilmişdir. Ordumuzun yüksək döyüş hazırlığı vardır və Ermənistanın hər bir təxribatının qarşısını almağa qadirdir. Muzdlulara və terrorçulara ehtiyac olan məhz Ermənistan ordusudur. 90-cı illərdə Ermənistan-Azərbaycan münaqişəsinin aktiv fazasında Ermənistan Livan, Fransa, ABŞ vətəndaşı olan erməni terrorçularından muzdlu kimi istifadə etmişdir. Xocalı soyqırımının törədilməsində iştirak etmiş və muzdlu terrorçulardan ibarət Arabo və Aramo terrorçu dəstələrinin Ermənistan silahlı qüvvələrinin tərkibində xidmət etməsi faktdır. İndi də Ermənistan Livan və Suriyadan gətirilən erməni mənşəli şəxsləri muzdlu kimi Ermənistan silahlı qüvvələrinin tərkibinə daxil edir. Ermənistan tərəfi Yaxın Şərqdə digər istiqamət üzrə terrorçuların Azərbaycanın işğal olunmuş ərazilərinə gətirilməsi kanalları üzərində iş aparır.

Ona görə də bu xəbərlər növbəti saxta məlumatlardan başqa bir şey deyildir.

– Sosial şəbəkələrdə yayılan saxta məlumatlara və bu kimi manipulativ fəaliyyətlərə qarşı mübarizəni necə görürsünüz?

– Ümumiyyətlə, ölkəmizin sosial şəbəkə seqmentində bəzi davranış və ifadə tərzi, qeyri-peşəkar və məsuliyyətsiz şərhlər, saxta və yalan məlumatların yayılması tezliyi və intensivliyi, ordunun fəaliyyəti haqqında paylaşımlar ciddi narahatlıq doğurur. Birmənalı şəkildə başa düşülməlidir ki, hər hansı fərdin sosial şəbəkələrdə paylaşdığı məlumat və ya xəbər yoxlanılmamış, yanlış, qərəzli və təhrikçi ola bilər. Bəzən iş o həddə çatır ki, peşəkar media araşdırmadan sosial şəbəkədə yayılmış xəbərə istinad edir.

Qeyd olunanlar sosial şəbəkələrin müsbət tərəflərini inkar etmir. Bu problem bütün dünyada mövcuddur. İlk növbədə, ölkə ictimaiyyətində, xüsusilə gənclər arasında sosial şəbəkə maarifləndirilməsinin artırılmasına ehtiyac var. Bu da onlarda sosial şəbəkələrin zərərli təsirlərindən qorunmaq üçün intellektual immuniteti artıra bilər.

Sosial şəbəkələri təsis edən böyük şirkətlər də öz məsuliyyətlərini başa düşməli və yalnız müəyyən etdikləri süni intellektin imkanları daxilində bu problemə baxmamalı, sosial şəbəkələrdə cərəyan edən neqativ tendensiyalara qarşı effektiv tənzimləyici mexanizmlər təqdim etməlidirlər.

Əvvəlki yazı

Vasif Talıbovun övladları Bakıda 110 sot torpaq aldı

Sonrakı yazı

İlham Əliyev: “Balaxanının yeni dövrü başlayır”

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.