Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın problemləri və gender məsələləri şöbəsinin müdiri Kəmalə Ocaqova Rasim qızı (məşhur kinorejissor Rasim Ocaqovun qızı) Səbayel rayonu Mərdanov qardaşları küçəsi 8-də mansardı ilə birlikdə 4 mərtəbəli mehmanxana biması tikdirir. Reportyor.info xəbər verir ki, Tikintiyə bu ilin iyul ayında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən icazə verilib.
Ümumi sahəsi 5136,44 kvadrat metr olan mehmanxana binası “Kon-Lay Proyect” MMC tərəfindən layihələndirilib.
REPORTYOR.info