15-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

HEYDƏROVLARIN BANKI “BÜDRƏDİ” – “Gilan”dan ayrılan kimi…

23 Aprel 2019, 20:19
Dünya
A A
HEYDƏROVLARIN BANKI “BÜDRƏDİ” – “Gilan”dan ayrılan kimi…

Mətbuatda fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bankı kimi tanınan “AFB Bank”ın ilin 1-ci rübünə aid maliyyə göstəriciləri ciddi narahatlığa əsas verir. Belə ki, bankın mənfəətində və aktivlərində kəskin azalma müşahidə olunur.

Rəqəmlərə keçməzdən öncə qeyd edək ki, təxminən 2 ay bundan öncə “AFB Bank” ASC-nin səhmlərinin 99,64%-nə nəzarət edən “Gilan” MMC payını Hikmət Abuzər oğlu İsmayılova satıb.

“Gilan” MMC isə Kəmaləddin Heydərovun ailə şirkəti kimi tanınır. Bu səbəbdən “AFB Bank” ASC-nin əsas səhmdarının dəyişməsi müxtəlif söz-söhbətlərə səbəb oldu. Hətta bankın K.Heydərovun əlindən alındığını iddia edənlər də olub.

Lakin qeyd edək ki, bankın yeni səhmdarı heç də Heydərovlara yad birisi deyil. Mətbuatda dərc edilən məlumatlara görə, Hikmət İsmayılov K.Heydərovun həm bacanağı, həm də biznes şəbəkəsinin əsas fiqurlarından biridir. Ona görə də, bankın Heydərovların nəzarətindən çıxarılması iddiaları o qədər də inandırıcı görünmür.

Onu da qeyd edək ki, Hikmət İsmayılov bank-maliyyə sektorunda bir sıra iri şirkətlərin səhmlərinə sahibdir. Bu şirkətlərin çoxu ya “Gilan Holding”in törəmə şirkətləridir, ya da təsir dairəsindədir. Məsələn, Hikmət İsmayılov “AzSigorta” ASC-nin 100%-lik təsisçisi və sahibidir. Bu şirkət “Gilan Holding” qrupunun strukturu hesab edilir. O, həmçinin “Bank of Baku”nun da səhmlərinin 31 faizinə sahibdir. Bankın digər səhmdarı olan “Nab Holding” (35%) də Hikmət İsmayılovun və Heydərovların iş ortağı sayılır.

Mənfəət 46 dəfə (!), aktivləri isə 20 faiz azalıb

gilan

Rəsmən “Gilan Holdinq”in satdığı “AFB Bank”ın bu ilin 1-ci rübünün yekunlarını əks etdirən maliyyə göstəriciləri bankın ciddi problemlərinin yarandığını düşünməyə əsas verir. Belə ki, bank bu hesabat dövrünü cəmi 111 min manatmənfəətlə başa vurub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 46,8 dəfə (!)azdır. Hansı ki, bankın ötən ilin yekunlarına dair göstəriciləri olduqca yüksək idi. Təkcə onu qeyd etmək kifayətdir ki, “AFB Bank” ötən ili 21 milyon 654 min manat xalis mənfəətlə başa vurmuşdu.

Bu ilin ilk üç ayında “AFB Bank”ın gəlirləri 7,582 milyon manat, o cümlədən faiz gəlirləri 5,252 milyon manat, qeyri-faiz gəlirləri 2,33 milyon manat, xərcləri 5,443 milyon manat, o cümlədən faiz xərcləri 561 min manat, qeyri-faiz xərcləri 4,882 milyon manat, xüsusi ehtiyatlara ayırmaları isə 2,028 milyon manat təşkil edib. Bank mənfəət vergisi ödəməyib. Bununla yanaşı, il ərzində “AFB Bank”ın balans kapitalı 22,4% artaraq 88,05 milyon manata çatıb.

“AFB Bank”ın aktivləri isə 373,531 milyon manat olub. Bu da ötən ilin analoji göstəricisindən 20 faiz azdır. Qeyd edək ki, bankın kredit portfeli də ötən illə müqayisədə 5 faizədək kiçilib.

Ancaq bankın göstəricilərindəki ciddi geriləmələr bununla da bitmir. Belə ki, “AFB Bank”ın müştərilərinin depozit hesablarında da böyük azalma var. Bankın öhdəlikləri 27,6% azalaraq 285,48 milyon manata düşüb. Bunun 161,069 milyon manatımüştərilərdən alınmış depozitlərdir. Bununla da bankın depozit portfeli 35,4% kiçilib. Bu isə müştərilərin banka münasibəti baxımından kifayət qədər ciddi göstərici sayıla bilər.

Onu da xüsusi qeyd etməyə ehtiyac var ki, bütün bu göstəricilərin və problemlərin məhz bankın “əl dəyişməsindən” sonra meydana çıxması kifayət qədər düşündürücüdür.

Cəlal MƏMMƏDOV
AzPolitika.info

Əvvəlki yazı

Yeni nazirin bir ili: “Problem artdı, naşı komanda formalaşdı”

Sonrakı yazı

Azərbaycan Prezidenti İlham Əliyev Çinə işgüzar səfərə gəlib- Fotolar

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.