12-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Heydər Əliyevin sabiq müşaviri:“Bunların Ramiz Mehdiyev tərəfindən önə çəkilməsi mühüm məsələdir”

20 Aprel 2018, 10:47
Seçmə
A A
Heydər Əliyevin sabiq müşaviri:“Bunların Ramiz Mehdiyev tərəfindən önə çəkilməsi mühüm məsələdir”

Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin “Prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri” adlı məqaləsi cəmiyyətdə geniş rezonans doğurub. Məqaləni İlham Əliyevin yaxın 7 illik hakimiyyət dönəmi üçün nəzərdə tutduğu “yol xəritəsi” hesab edənlər az deyil.

Xatırladaq ki, R.Mehdiyevin məqaləsində yeni mərhələdə həyata keçiriləcək kadr, struktur islahatları ilə bağlı ciddi siqnallar əksini tapıb.

PA rəhbərinin üzərində dayandığı vacib məqamlardan biri struktur islahatlardır: “Dövlət idarəetmə sistemində islahatlar ağrılı və çətin prosesdir. Lakin siyasi hakimiyyəti güclü və sabit olan ölkələrdə iqtisadi islahatlar və struktur dəyişiklikləri rəvan bir şəkildə həyata keçirilir. Çünki hakimiyyətin siyasi gücü həmin islahatların aparılması yolunda qarşıya çıxan ”maneələri” asanlıqla dəf etməyə imkan verir”.

Qeyd edək ki, PA rəhbəri barəsində çoxdan danışılan iqtisadi sferadakı bir-birini təkrarlayan dövlət qurumlarının ləğv ediləcəyinin anonsunu da verib. Məqalədə deyilir ki, iqtisadi yönümlü dövlət orqanlarının bir çoxunun fəaliyyətində bir-birini təkrarlayan funksiyalar və vəzifələr mövcuddur. R. Mehdiyevin məqaləsində struktur islahatlarında büdcəyə daxilolmalara ciddi önəm veriləcəyinə mesajlar var.

Administrasiya rəhbərinin ciddi siyasi platforma xarakterli məqaləsini dəyərləndirən politoloq Qabil Hüseynlinin fikrincə, məqalədə Azərbaycan dövlətçiliyinin gələcək inkişaf yolları əsasən 3 istiqamətdə cəmləşdirilib: “Bunlar kadr siyasəti, struktur islahatları və dövlət vəsaitlərinin qənaətlə xərclənməsi, onlardan səmərəli istifadə məsələləridir. Doğrudan da, ölkədə prezident İlham Əliyevin vahid komanda prinsipi ilə işləyən komandası formalaşıb. Lakin bu komandanın təkmilləşməyə, gəncləşməyə, yeni təcrübəli, savadlı, gözü-könlü tox adamlarla zənginləşdirilməsinə böyük ehtiyac var. Ramiz Mehdiyev də öz fikirlərini bu istiqamətdə cəmləşdirib. Doğrudan da bütün dövrlərdə hər şeyi kadrlar həll edir. İndiki dövrdə də kadr siyasətindən dövlətin uğurlu inkişafı asılıdır. Bu nöqteyi-nəzərdən düşünürəm ki, yeni formalaşdırılacaq kadr korpusu günün tələblərinə, beynəlxalq ölçülərə, əsas standartlara cavab verəcək, əqli-mənəvi cəhətdən təmiz və öz dövlətini sevən, vətənpərvər insanlardan ibarət olacaq”.

R.Mehdiyevin məqaləsində vurğulanan ikinci məqama-struktur islahatlarına gəlincə, Q.Hüseynlinin sözlərinə görə, onların aparılması zəruridir: “Çünki keçmiş sosialist respublikalarının bir çoxunda sovet dövründən qalma idarəçilik təcrübəsi, idarəetmə metodları, eləcə də bu metodları həyata keçirən idarəçilik strukturları qalmaqdadır. Müstəqil dövlətin öz müstəqil dövlətçilik prinsipləri olmalıdır. Bu prinsiplər idarəetmə aparatının, bürokratiyanın bütün istiqamətlərinə öz təsirini göstərməlidir. Zənnimcə, struktur islahatlarına artıq İlham Əliyev tərəfindən başlanılıb. Yenidən seçildikdən sonra bu islahatların daha dəqiqliklə, son məqama qədər, riskli addımlar atılmaqla həyata keçirilməsi, fikrimcə, idarəetmə aparatının sadələşdirilməsi, ucuzlaşdırılması, həm də idarəetmənin keyfiyyətinin yüksəldilməsinə gətirib çıxara bilər”.

Politoloq onu da deyir ki, dövlət vəsaitlərindən qənaətlə və səmərəli istifadə məsələsi də hazırda Azərbaycan üçün aktual istiqamətlərdən biridir: “Bu, çox ciddi əhəmiyyət kəsb edən məsələdir. Belə ki, artıq neft erasının elə bir mərhələsinə gəlib çatmışıq ki, dövlət vəsaitlərinə, büdcə pullarına ciddi qənaətlə yanaşmalı, hər qəpiyin qədrini bilməliyik. Xüsusən də bu sahədə olan dələduzluq, talançılıq, dövlət vəsaitlərinin mənimsənilməsi kimi hallara yol verilməməlidir. Bu prinsiplərin Ramiz Mehdiyev tərəfindən önə çəkilməsi mühüm məsələdir”. (Musavat.com)

Əvvəlki yazı

Tibb bacısı şikayət etdi, özünü işdən çıxarırlar! – “Elə bil poliklinikanı özəlləşdiriblər”

Sonrakı yazı

Almaniyanın prezidenti İlham Əliyevi təbrik etdi:“İslahatlar prosesində dəstəyimizə güvənə bilərsiniz”

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.