12-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Heydər Əliyevin keçmiş mühafizəçisi “Hafka”nı söydüyünə görə vurulub?

02 May 2018, 19:43
Cəmiyyət, Sosial
A A
Heydər Əliyevin keçmiş mühafizəçisi “Hafka”nı söydüyünə görə vurulub?

Mərhum prezident Heydər Əliyevin mühafizə xidmətinin əməkdaşı olmuş sabiq polis rəisi Müşfiq Mədətovu və hazırda Səbail RPİ-nin Əməliyyat işləri üzrə rəis müavini, polis polkovniki Orxan Axundzadəni öldürməyə cəhddə təqsirləndirilən Kazım Abbasov, Məhəmməd İsmayılov, Emil Həsənov və Ramal Ağayevin cinayət işi üzrə məhkəmə davam edib.

”Reportyor.info” lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən birinin vəkili Adəm Məmmədov prosesdə jurnalistlərin iştirak etməməsini istəyib.

O, məhkəməyə müraciət edərək jurnalistlərin zaldan çıxarılmasını istəyib. Hakim isə prosesin açıq olduğunu bildirib və Adəm Məmmədovun vəsatətini təmin etməyib.

Prosesin davamında prokuror ittiham aktını elan edib.

Emil Həsənov, Məhəmməd İsmayılov və Kazım Abbasov özünü qismən təqsirli bilib. Ramal Ağayev isə özünü təqsirli bilməyib.

Prosesdə zərərçəkmiş qismində Müşfiq Mədətov dindirilib. Keçmiş polis rəisi ifadəsində təqsirləndirilən şəxslərdən şikayət və tələbinin olmadığını deyib.

M.Mədətov kafedə olarkən heç bir səbəb olmadan tanımadığı şəxslərin ona hücum etdiyini və dava olduğunu deyib: “Yanımda iki dostum var idi. Hər gün orda olurdum. Onlar yaxınlaşan kimi vurdular. Elə divanda uzandım. Yanımdakılar da müdaxilə etmədi”.

Dövlət ittihamçısının suallarından aydın olub ki, hadisəyə M.Mədətovun kafedə “Hafka” ləqəbli iş adamı Hafiz Məmmədovun ünvanına söyüş söyməsi səbəb olub. Amma M.Mədətov bununla razılaşmayıb. Deyib ki, Məmmədovu söyməyib.

Qeyd edək ki, Bakı şəhər Prokurorluğun yaydığı məlumata görə, oktyabrın 14-də saat 19 radələrində Bakı şəhəri, Səbail rayonu, Ş.Şamil küçəsi 16 saylı ünvanda yerləşən çay evində naməlum şəxslər Mədətov Müşfiq İsrafil oğluna qarşı xuliqanlıq hərəkətləri edib, ictimai qaydanı kobud surətdə pozaraq sonuncunu bıçağın dəstəyi ilə vurub ona xəsarət yetiriblər.

Həmin faktı üzrə Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.

Oktyabrın 15-də saat 04.00 radələrində həmin cinayət işi üzrə hadisəni törətmiş şəxslərin müəyyən edilməsi istiqamətində Səbail RPİ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri zamanı Bakı şəhəri, Nizami rayonu ərazisində “Lexus” markalı 90-LT-997 dövlət nömrə nişanlı avtomaşında olan şəxslər üzərlərində olan odlu silahlardan əməliyyat tədbirində iştirak etmiş polis əməkdaşlarına atəş açıb, nəticədə Səbail RPİ-nin Əməliyyat işləri üzrə rəis müavini, polis polkovniki Axundzadə Orxan Abdulla oğlu xəsarət alıb.

Hadisəni törədən şəxslər həmin avtomobillə oradan qaçıblar.

Həmin fakt üzrə Nizami rayon Prokurorluğunda Cinayət Məcəllsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb və hadisə yerinə baxış keçirilib. Hadisə yerindən 1 ədəd 12 mm və 6 ədəd 9 mm kalibrli gilizlər götürülüb və müvafiq ekspertizalar təyin edilib.

Cinayət işləri istintaqın davam etdirilməsi üçün Bakı şəhər Prokurorluğunun icraatına verilib.

Bakı şəhər Prokurorluğu və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən aparılmış təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinənlər – 1992-ci il təvəllüdlü Abbasov Kazım Tapdıq oğlu, əvvəllər məhkum olunmuşlar – 1982-ci il təvəllüdlü İsmayılov Məhəmməd Həsən oğlu və 1976-cı il təvəllüdlü, Həsənov Emin Vaqif oğlu olması müəyyən edilib. Onlar Cinayət Məcəlləsinin 221.2.1, 221.3, 29, 120.2.3 və 315.2-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) maddələri ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.

Onu da qeyd edək ki, Müşviq Mədətov 1991-ci ildən 1995-ci ilədək Azərbaycanın eks-prezidenti Heydər Əliyevin mühafizəçisi olub. O, daha sonra Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsinin rəisi vəzifəsində çalışıb.

Daha sonra həbs edilib və 11 il müddətə azadlıqdan məhrum edilib. Prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa buraxılıb.

Əvvəlki yazı

Prezident İlham Əliyev ipoteka kreditləri ilə bağlı sənəd imzaladı –FƏRMAN

Sonrakı yazı

”Millət soruşur ki, ay müdir xanım, yetimlərin malın hara aparırsan?” – Aysundan direktorun ”priton” ittihamına sərt cavab

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.